• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəzən şanssızlıqlar, bəzən də öz səhvlərim üzündən geri düşdüm” - MÜSAHİBƏ

Manşet / Müsahibə

14-10-2023, 13:0

Birvaxtlar Azərbaycan futbolunun ulduzu sayılan, hələ 20 yaşında olarkən İngiltərənin məşhur klubu "Everton"a cəlb olunan Araz Abdullayev indi Kosovo "Lapi"sində  karyerasını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı vinger zaman-zaman yol verdiyi səhvlərə görə məhv etdiyi  karyerasını geri qaytarmaq istəsə də, belə olmadı. Bəs Araz indi nə düşünür, yaşadıqlarına görə özünü günahkar sayırmı?

- Kosovoda işlərin necədi? Sənin üçün uyğunlaşmaq cəhətdən problemin olacağını düşünmürəm. Çünki daha əvvəllər də legioner həyatı yaşamısan.
- Bəli, komandaya uyğunlaşmaqda heç bir problem yaşamadım. Burda mənə xoş münasibət göstərirlər. Sadəcə, yarım mövsüm heç bir komandada oynamadığımdan bir az çətinlik oldu. Həm də yüngül zədələr aldım. Ancaq yavaş-yavaş hər şey qaydasına düşür.

- Araz, niyə Kosovo? Premyer-liqa klublarına lazım olmadın?
- "Sumqayıt"dan ayrılmamış və mövsüm bitməmiş premyer-liqa klublarından təklif var idi. Sadəcə, daha sərfəli təklif gözləyirdim. Lakin istədiyim təkliflər olmadığı üçün qərara gəldim ki, ölkə xaricinə yollanım. Həm də ölkəmi təmsil edim. Belə də oldu. İndiki durumda tam formaya düşməyim baxımından yüngül zədələr məni bir az gecikdirir. Ancaq inanıram ki, gələcəkdə komandama daha çox xeyir verəcəm və mənə inananları qürurlandıracam.

- Başqa ölkələrdən təkliflər var idi?
- Bəzi ölkələrdən maraqlanan klublar olub. Lakin bəzi məsələlərdə anlaşa bilmədik.

- Bir vaxtlar ölkə futbolunun gələcəyi sayılan Araz üçün pul məsələsinə görə qapılarını açan klub olmadı?
- Təklif olub. Lakin bəzi nüanslar var idi. Bu şeylər özümü də məyus edirdi. Həmişə mən ölkəmi yaxşı tərəfdən təmsil etmək, istedadımı kənarda göstərmək və Azərbaycan futbolunun yetərincə yaxşı olduğunu sübut etmək istəmişəm. Çünki futboldan az anlayışı olan bir kütlə nə yazıq ki, çoxluq təşkil edir. Bəzən şanssızlıqlar, bəzən də öz səhvlərim üzündən geri düşdüm. Ancaq düşünürəm ki, özümü daha yaxşı səviyyəyə gətirmək üçün gücüm var. Buna inanıram.

- 7-8 ay futbolsuz qaldın.  Sabiq komanda yoldaşların səninlə maraqlandımı?
- Heç kimdən dəstək gözləmirəm. Məndə elə xarakter var ki, bəzi şeylər mənfi təsir etsə də, kənardakılara bəlli etməməyə çalışıram. Amma görürəm ki, adamlar bunu qiymətləndirmir.

- Geriyə baxanda harda səhv etdiyini düşünürsən?
- Kaş "Neftçi"dən ayrılmayaydım. Hərçənd bu, öz istəyimlə olmayıb. Ancaq sonra ölkə xaricində - Cənubi Kiprdə, Türkiyədə karyeramın yaxşı alındığını düşünürəm. "Qarabağ"da özümün bəzi səhvlərim oldu. Orda tam komandaya uyğunlaşa da bilmədim. Ancaq "Qarabağ"a getdiyim zaman tam başqa cür düşünürdüm. Yenə də səhvi özümdə görürəm.

- Peşmansan?
- Əlbəttə, etdiyim səhvlər sonra məni düşündürür. Ancaq çalışıram ki, bu barədə fikirləşməyim. Gördüyünüz kimi, çox şey tez unudulur. Yenə də pozitivəm və çalışıram ki, qalan zaman ərzində fərqlənərək əvvəlki Arazı sizlərə hiss elətdirim.

- Bir az əvvəl dedin ki, "Neftçi"dən ayrılmaq öz istəyimlə olmayıb. Bəs səni sevdiyin komandadan kim göndərdi?
- Mənə dedilər ki, səni komandada görmək istəmirlər. Mən də heç kimi ayağa vermədən "Neftçi"dən ayrıldım. Ancaq indiyə qədər də azarkeşlər məni qınayır ki, niyə "Neftçi"dən ayrıldın?

- Bəlkə səmimi olub, səni komandadan göndərən şəxsin adını çəkəsən...
- İndiyə kimi ad çəkməmişəmsə, bundan sonra da çəkən deyiləm. Sadəcə, bəzi haqsızlıqları görürsən və buna fikir bildirməlisən ki, adamlar yanlış anlamasın.

- Ulduzunun parlamağına nə səbəb oldu?
- Buna ulduz deməyək də… Sadəcə, potensialımı açmaq üçün şanslarım var idi. Ən böyük şansım isə "Everton"un mənə maraq göstərib müqavilə bağlaması idi. Orda işçi vizası almaq üçün də əsas yığmada çıxış etməyim lazım idi. O zaman da baş məşqçi postunda Berti Foqts idi. Üzdən kömək edirmiş kimi görünüb də, kənardan "Evertona"a getməyimə qıcıqlananlar da var idi. Həmin dönəmdə gənc idim və bəzi məsələləri özüm düzəldə bilmirdim. Ancaq indi baxıram Salaha, Mxitaryana... O vaxt lazımı dəstəyi görsəydim, İngiltərə kimi böyük liqada oynamaqla sonradan gələn gənc nəslin də yolunu rahat açmış olardım.

- Bəs "Qarabağ"da işlərin niyə düzgün getmədi? Qurban Qurbanov səni komandaya transfer etdiyi zaman hər kəs ikinci Araz Abdullayev dövrünün qayıtdığını deyirdi. Lakin hər şey fərqli oldu...
- "Qarabağ"da ilk vaxtlar mənə çox güvənildiyini hiss edir, tam gücümlə çalışırdım. Sonra isə ehtiyatda qalaraq həvəsdən düşdüm. Ancaq indi olsaydım, həvəsdən düşməzdim. Sadəcə, bəzən kənar şəxslər insana çox təsir edir. Ağdam təmsilçisində olduğum ilk vaxtlar çox xoşbəxt idim. İkinci il isə mənim üçün vaxt itkisi idi. Ən gözəl zamanlarımda ehtiyatda qalmaq çox çətin idi və bəzi səhvlər etməyə başladım. Sırf öz səhvlərimə görə müqavilə uzadılmadı. Ancaq Qurban müəllim kişi adamdı. Həmişə ona çox böyük hörmətim var.

- Həmişə azarkeşlərlə yaşadığın problemlərlə gündəmə gəlirsən. Bunlardan biri də "Neftçi" - "Qarabağ" (0:2) oyunundan sonra Ağdam təmsilçisinin rəsmi "instaqram" hesabına iki ürək smayliki yerləşdirməyin oldu. Bu da "Neftçi" azarkeşlərinin xoşuna gəlməyib. Hətta birinə cavab da yazmışdın. Belə münaqişələr yaşamağına nə səbəb olur? Emosiyalarına sahib çıxa bilməməyinin səbəbi nədi?
- O postdakı rəyləri axıra kimi oxusaz, inanıram ki, siz də önyarğılı olduğunuza görə peşman olarsız (gülür). Dəfələrlə olub ki, müsahibə zamanı danışığımla saytda yazılan üst-üstə düşməyib. Yalnız oxunma xatirinə mənası dəyişdirilmiş başlıqlar yazılıb. Bu da oxucular tərəfindən yaxşı qarşılanmayıb. İnanıram ki, siz bunu etməzsiz və daim sizlə müsahibə işlərində güvənərək danışa bilərəm.

- Geri dönmək şansın olsa, "Neftçi"yə qayıdarsan?
- "Neftçi" mənim ilk komandamdı. Orda böyümüşəm. Ağ-qara doğma rəngdi. Əlbəttə, geri dönmək istəyərəm.

- 31 yaşın var. Səncə, hər şeyi düzəltmək üçün vaxtın varmı? Çünki adətən, 30 yaşı aşan futbolçular futboldan soyuyur və bu sahəyə sırf qazanc mənbəyi kimi baxır.
- Bunu zaman göstərəcək. Yenə də deyirəm ki, inanıram və çalışıram. Alınmaması üçün başqa şansım yoxdu.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-08-2023, 12:0

Araz Abdullayev debüt etdi

İdman

23-08-2023, 11:0

Araz Abdullayev bu klubla müqavilə imzaladı

Aktual

24-08-2023, 13:0

Vətəndə lazım olmadı, Kosovoya getdi - AÇIQLAMALAR

Aktual / Manşet

25-03-2022, 11:0

Rövşən Hüseynli "Araz Naxçıvan"dan rəsmən ayrıldı

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Dünən, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Dünən, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Dünən, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Dünən, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Dünən, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Dünən, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Dünən, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Dünən, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Dünən, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Dünən, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Dünən, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Dünən, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Dünən, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Dünən, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Dünən, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Dünən, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Dünən, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Dünən, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Dünən, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 156
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə