• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Adamlar mən qol vuranda yox, qol vurmayanda daha çox təəccüblənir!”

Dünya futbolu

13-10-2023, 23:0

Müasir futbolun ən böyük ulduzlarından biri Erlinq Holann “Mançester Siti”yə keçəndən bəri ilk geniş müsahibəni “The Telegraph” qəzetinə verib.

"Football-plus.az" xəbər verir ki, norveçli hücumçu həmin müsahibədə ən müxtəlif məsələlərə toxunub.

Çempionlar Liqasındakı qələbədən sonrakı emosiyalar…
“Mançester Siti”nin “İnter” üzərindəki minimal hesablı qələbəsindən sonra Holann hətta göz yaşını saxlaya bilmədi. İndi həmin anı belə xatırlayır: “Ən böyük arzularımdan biri gerçəkləşdi. Bunu uşaqlıqdan arzulayırdım və artıq arzuma çatmışdım. Möhtəşəm hisslər yaşayırdım. Elə xoşbəxt idim ki… Final fitindən sonrakı 30 saniyə... Ümid edirəm ki, bir daha həyatda belə hiss yaşayacam. Nə vaxtsa yaşadığım hisslərdən ən gözəli idi. Qeyri-real dünyadaydım”.

Holannın hər səhər Çempionlar Liqasının himni altında yerindən qalxdığı hər kəsə bəllidi. Bəs indi? Gülür: “Bu gün səhər 8.15-də oynadım. Bu melodiya hələ də məni həyəcanlandırır”.

Trebl var, bəs sonra? Daha biri!
“Mənim üçün hər şey aydındı. İndi ən böyük arzum trebli təkrarlamaqdı. Sadəcə, təsəvvür edin! Bu ki asandı. Sanki yenidən qol vururam və bunu dəfələrlə etmək istəyirəm. ÇL ilə bağlı da həmin məsələdi. Onu artıq qazansam da, bir daha qazanmaq istəyirəm. Bu da əlavə motivasiya deməkdi. Heç vaxt olmadığı qədər qələbə acıyam”.

Het-triklərdən sonra topu özünə götürür. Bəs sonra?
“Məncə, onların sayı artıq 19-a çatıb. Norveçdə, İngiltərədə və İspaniyada saxlayıram. Yaxşı sistem qurmuşam – bir oğlan mənim üçün şüşədən dayaq düzəldir. Hər het-trikdən sonra topu özümə götürürəm. Üzərində tarixi və bəzi başqa şeylər yazıram ki, yadda qalsın”.

Bəs “Qızıl top”?
“Atam həmişə deyir ki, hansı mükafatı və ya adı almağın önəmli deyil. Sənə, əməyinə dəyər verənləri sən də həmişə qiymətləndirməlisən. Bunu mənim beynimə yeridib. Mükafatlarım artıq var – bu isə o deməkdi ki, nəyisə düz etmişəm. Mənim də xoşuma gəlir kostyum geyib səhnədə müsahibə vermək... “Qızıl top” da eləcə. Yalan danışmayacam, onu qazanmaq əla olardı. Ancaq bu əsas məqsəd deyil, komanda tərəqqi etməyə, titullar qazanmağa çalışır, qalanı bunlardan sonra gəlir”.

Rəqibin cərimə meydançasında özünü necə hiss edir?
Yəqin siz də “Siti”nin qollarının müəllifləri arasında Holannın adını görməyəndə təəccüblənirsiz. O da bu məqama toxunur: “Adamlar mən qol vuranda yox, qol vurmayanda daha çox təəccüblənir! Mən qol vurmayanda Norveç mediası bunu manşetə çıxarır. Bu yaxşıdı. Qətiyyən heyifsilənmirəm, “Siti”yə ona görə keçmişəm ki, qollar vurum”.

Meydanda özünü necə hiss edir?
“Oyunlar vaxtı adamlar məni, adətən, topa toxunmadığıma görə tənqid edirlər. Guya bir neçə dəfə toxunuram, sadəcə, gəzirəm, dayanıram, sanki başqa dünyada yaşayıram... Bunu izah etmək çətindi. Bədənimi tərk edib zombiyə çevrilirəm, bir növ qapanıram. Sanki ətrafa baxıram. Şans gözləyirəm. Şans yarananda isə hazır olmalı olduğumu bilirəm. Eyni zamanda gəzirəm və yaşananların şəklini çəkirəm. Şans gözləyirəm və düşünürəm: "Top ora düşsə, bu baş verəcək, bura düşsə, belə olacaq". Komanda müdafiədən hücum quranda bilirəm ki, müdaxiləmə ehtiyac yoxdur. Mən uyğun anı gözləyirəm”.
İlk turda “Bernli”nin qapısına vurduğu qollardan danışarkən ilk topu belə izah edir: “Yavaşıdılmış çəkilişə bənzəyirdi – Rodri topu saxlayır, mən qol vurmalıyam. Məndə belə hiss var idi ki, top məhz dayandığım nöqtəyə gələcək. Bu instinkt səviyyəsindədi, “Bernli”nin qapısına vurulan ilk qol məhz instinktin nəticəsi idi. Topun hara uçacağını hiss etdim, ora qaçdım və zərbə vurdum. Hədsiz çox düşünməyə çalışmıram. Hisslərimə tabe olmaq istəyirəm. Müdafiəçidən qurtulmaq üçün hansısa hərəkət etməyə çalışıram. Vəziyyət çətindi, adətən, ikisi məni saxlayır, zərbə vurmaq üçün hərəkət etməyə məcburam”.

Təzyiq hiss edirmi?
“Böyük təzyiq altındaydım. Yeni ölkəyə qədəm qoymuşdum, bütün baxışlar mənə yönəlmişdi, adamlar maraqlanırdılar: “görəsən, ilk mövsümdə özünü göstərə biləcəkmi? Ona vaxt lazımdı” kimi söhbətlər dolaşırdı. Mən isə gələn kimi özümü göstərməyi bacardım. Təzyiq nə qədər ciddi olsa da, xoşuma gəldi”.

Bəs nə vaxt vəziyyət düzəldi?
“Biz premyer-liqa çempionluğunu qazanandan sonra. Ona görə ki, mövsüm boyunca “Arsenal”ın təzyiqini hiss edirdik. “Siti” buna qədər ardıcıl iki dəfə çempionluğu bayram etmişdi. Kluba gəldiyim mövsümdə “Siti” titulsuz qalsaydı, mənzərə belə olacaqdı: Erlinqin nə faydası var? O gələnə kimi çempionluq qazanırdıq, indi isə heç nə qazanmırıq! Odu ki, premyer-liqa çempionluğundan sonra xeyli yüngüllük hiss etdim”.

Qvardiola ilə çalışmaq necədi?
“Peplə çalışmaq asan deyil – çox tələbkardı. Keçid ərəfəsində onunla danışanda mənə dedi ki, nə etdiyin məni maraqlandırmır, istədiyini et. Ancaq məşqdə tam köklənməlisən. Belə olmasa, vuracam”. Onun fəlsəfəsi belədi. Hər gün məşq saatlarında ancaq futbola köklənməlisən, sonra isə yüngülləşə, futbol haqda düşünməyə bilərsən.

Bəs Holann Qvardiolanın rəhbərliyi altında tərəqqi edibmi? “Bəli, xeyli artıq. İndi özümü daha təcrübəli hiss edirəm. Ötən mövsüm hardasa 53 oyuna çıxdım. Bu mövsüm nədə “artırdığımı” görəcəksiz. Ya bəlkə də artıq görmüsüz”.

Atası ona böyük qardaş kimidi
Erlinqin atası Alf-İnqe Holann uzun müddət premyer-liqada oynayıb. Lidsdə dünyaya gələn ulduzun İngiltərə yığmasında oynamaq fikri olmayıb: “Mən norveçliyəm, heç vaxt başqa yığma haqda düşünməmişəm. Kiçik olarkən atama baxır və düşünürdüm ki, kaş mən də İngiltərə premyer-liqasında oynaya biləydim. Beynimdə həmişə bu fikir var idi. Norveçdə hər gün futbol oynayır və düşünürdüm ki, atamdan daha yaxşı futbolçu olmaq istəyirəm. Və öz üzərimdə çalışmaqda davam edirdim. Atamla hər gün danışırıq. O atamdı, ancaq hansısa mənada mənlə böyük qardaş kimi davranır. Demək olar ki, dostluq edirik və bu çox vacibdi. Atamın hansısa təzyiqini hiss edirəmmi? Məsələn, mən futbolu atmaq istəsəydim, yəqin ki, belə deyərdi: yaxşı, problem yoxdu. O qolfu sevir, bəlkə də qolfçu olmağımı istəyəcəkdi”.

Qolf?
“Yeniyetmə vaxtı həndbol, futbol və qolf oynamışam. Anam da yüngül atletika məşqçi keçirdi. Bütün idman növlərində özümü göstərirdim. Böyük qardaşımla birgə uzun müddət müxtəlif idman növləri ilə məşğul olduq və uğur qazandıq. İkimiz də atletik bədən quruluşuna malikik. Qolfu bəyənsəm də, atam təzyiq göstərməyib, məni nəyəsə məcbur etməyib”.

Adi oğlanın gəzib-dolaşması çətinləşib
“Mən “Mançester Siti”nin hücumçusuyam, hər həftə oyunuma milyonlarla adam baxır. Digər tərəfdən isə Norveçdən olan, İngiltərədə yaşayan, məni əhatə edən adamlarla mənalı vaxt keçirmək istəyən adi oğlanam”.

İlk vaxtlar Mançesterdə gəzib-dolaşmaq ona asan idi, bəs indi? “Bu mənada vəziyyət bir qədər çətinləşib. Gileylənmirəm və heç vaxt da gileylənməyəcəm. İstədiyim elə bu idi. Ancaq həyatım ciddi şəkildə dəyişib. Bəzi xırdalıqlar artıq əlçatmazdı. Bura gələndən dərhal sonra supermarketə getdim. Və qəzetlər o dəqiqə nə aldığımı, neçəyə aldığımı yazmağa başladı”.

Bəs yumor hissi?
“Özünə hədsiz ciddi yanaşmamaq çox vacibdi. Hər kəs az qala ideal olmağa çalışır, mən isə öz-özümə deyirəm ki, yaxşı bir qədər rahat ol”.
Bəs jurnalistlərdən eşitdiyi qəribə suallara necə yanaşır? “Həmişə deyirəm ki, adamlar sənə axmaq sual verəcəksə, axmaq da cavab eşidəcəklər. Məsələn, siz mənə sual verə bilərsiz ki, alt paltarın hansı rəngdədi? Onda mən də soruşacam ki, bəz sizdə? Yəni eyni dərəcədə axmaq cavab verəcəm. Həyatımın önəmli anlarından biri də zarafat etməkdi. İngilislərdə olan yumor hissi əksər norveçlilərdə də var. Özünüzə hədsiz ciddi yanaşmayın! Bu elə başqa komandaların azarkeşlərinə də aiddi. Əlbəttə, onlar məni fitə basırlar. Mən isə bunu adi zarafat kimi qəbul edirəm, hətta belə hərəkətlər xoşuma gəlir”.

Həyata münasibəti – anı dəyərləndirmək və ləzzət almaq
“Adam sabah nə baş verəcəyini heç vaxt bilmir. Hər günü dəyərləndirməlisən, axı ertəsi həyatın hansısa sürprizi ilə üzləşə bilərsən. Dünyada nələrin baş verdiyini görürsüz. Bəzən, sadəcə, nəfəs almaq, ətrafa baxmaq və düşünmək lazımdı: “Həyatım həqiqətən də gözəldi. Məndən daha pis vəziyyətdə olan nə qədər adam var”. Əlində olanı dəyərləndirməlisən. Bir çox adamlar kimi, mənim də bəxtim gətirib: futbol oynayıram, dünyanın ən böyük stadionlarında çıxış edirəm. Bəxtim gətiribsə, bunu etiraf etmək və bundan ləzzət almaq lazımdı. Vaxt uçur. Bəlkə də 10 ildən sonra karyeramı bitirəcəm. Odu ki, hər gündən məmnunluq duymaq lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-04-2023, 20:0

Holann nə vaxt qayıdacaq?

Çempionlar Liqası

18-03-2023, 21:0

Holann hamını qabaqladı

Manşet / Çempionlar Liqası

10-06-2023, 13:0

“Siti”nin məni transfer etməsinin bir səbəbi də ÇL-də qalib gəlmək arzusudu" - Erlinq Holann

Dünya futbolu

25-05-2022, 16:0

Holannın "Siti"yə keçid səbəbi

Dünya futbolu

9-06-2023, 17:0

Holann dünyada ən dəyərli futbolçudu

Dünya futbolu

26-02-2023, 20:0

“Mançester Siti”nin yeni rekordçusu oldu

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 427
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 260
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 251
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 234
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 176
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə