Eddi İsrafilov millimizin heyətindən çıxarıldı

9.10.2023 17:52 222
Yığma
Eddi İsrafilov millimizin heyətindən çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

“Neftçi”nin oyunçusu AÇ-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin kollektivi bundan üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.