Eddi İsrafilov millinin düşərgəsindən ayrılacaq

25.03.2023 16:28 252
Yığma / Manşet
AÇ-2024-ün seçmə mərhələsinin Avstriya - Azərbaycan qarşılaşmasında (4:1) komandamızda ciddi itki baş verib.

"Football-plus.az" xəbər verir ki, oyunun gedişində zədələnən Eddi İsrafilov millimizin martın 27-də İsveç yığmasına qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.