"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, bu gün premyer-liqanın 6-cı turunda "Turan Tovuz"la keçiriləcək səfər oyunu haqda da danışıb:
"Qərb derbisinin prinsipiallığı məlumdu. Azərbaycan çempionatında 2-3 derbidən biridi. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdı. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. Çətinliklərə baxmayaraq Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək”.
Qeyd edək ki, bu gün keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçı saat 16.30-da başlayacaq.





