• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu komandaya qarşı diqqət olunmalıdı"

Manşet / Avropa Liqası

4-10-2023, 22:0

Sabah Avropa Liqasının 2-ci turunda "Qarabağ" "Həkken"lə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdı. Futbolçularım meydanda ən yaxşısını etməyə çalışacaq”.

- Minlərlə insan Qarabağdan köçürlər. Bu, kluba necə təsir etdi?
- Ətraflı məlumat verməyə ehtiyac yoxdu. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdısa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orda deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandı.

- Avrokuboklarda məqsədiniz nədi?
- Böyük təcrübəyə malikik. Neçə illərdi ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdi. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdi.

- Necə oldu ki, uğurlu nəticələr əldə etdiz? Bunun arxasında dayanan nədi?
- Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin də, bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidi. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandı. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazı. Çünki razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib. Hansı ki, bunu bacarmamışıq. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı.

- Bu mövsümkü hədəf nədi?
- Dəfələrlə demişəm ki, qarşımızda elə hədəf yoxdu ki, mütləq qrupdan çıxmalıyıq və ya 1/8 finala kimi getməliyik. Amma hansı turnirdə iştirak ediriksə, həmin turnirdə ən yaxşısı olmağa çalışırıq.

- "Qarabağ" uğuru ilə Qarabağ həqiqətlərini həmişə dünyaya çatdırıb. Hər zaman avrokubok oyununuzda təxribat baş verə bilər. Bu yaxınlarda Avropa mətbuatında da sabahkı matçda təxribat baş verə biləcəyi haqda xəbər çıxmışdı. Bu mənada, oyundan əvvəl komanda ilə bu haqda danışmısız?
- Bəli, belə hallar olub. Dəfələrlə bunun şahidi olmuşuq. Futbolçularla daim bu haqda söhbətimiz baş tutur. Çünki biz Azərbaycanı təmsil edirik və çalışmışıq ki, özümüzü klub intizamlı aparaq. Bu o demək deyil ki, kimdənsə qorxuruq, çəkinirik. Sadəcə, çalışmışıq ki, özümüzü idman prinsiplərinə uyğun aparaq və ölkəmizi layiqincə təmsil edək. Burada tək oyunumuz deyil, meydanda və meydandan kənardakı davranışımız da çox vacibdi. İstənilən təxribata öz reaksiyamızı göstərmişik. Bunu da çox intizamlı formada etmişik. Təxribatlara ancaq qorxaqlıq kimi baxıram. Bizim üçün bunun önəmi yoxdur. Sadəcə reaksiya verməli deyilik. Amma lazım olanda, reaksiya da veririk.

- "Həkken"lə iki matçlarda dörd xal sizi razı salacaq?
- Hədəfimiz ilk olaraq odu ki, oyun intizamımızı qoruyub-saxlayaq. Belə olduqda, nəticə mütləq gələcək. Bu cür turnirlərdə bəzən düşünmədiyin nəticələr olur. Rəqib də düşünmədiyin oyunu qurur. "Həkken"ə öz oyununu oynamağa imkan verməməyi planlaşdırırıq. Onda yaxşı nəticə əldə edə bilərik. Çox istəyərdik ki, üç xal qazanaq. Amma bu oyunda bir xal da bizə yenə də sərf edəcək. İstənilən halda, qrupun sonunda bilinəcək ki, bu matçda bir, yoxsa üç xal sərfəli olardı. Ona görə deyə bilməyəcəm ki, bizə tam olaraq üç, ya bir xal lazımdı. Biz çox istəyirik ki, burada yaxşı oyun göstərək, mübarizə aparaq.

- Marko Veşoviçi nə vaxt heyətdə görəcəyik?
- Hələ ki, komandaya qoşulmayıb, fərdi məşqlərə başlayıb. Meydanlara qayıtması xeyli vaxt alacaq. Böyük ehtimalla, bir ay olmayacaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

16-08-2023, 22:0

“Ən yaxşısını etməyə çalışacağıq”

Manşet / Avropa Liqası

23-08-2023, 23:0

“Meydanda maraqlı mübarizə olacaq”

Manşet / Avropa Liqası

26-10-2022, 21:0

"Düşünmürəm ki, favorit bizik" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Manşet / Avropa Liqası

30-08-2023, 18:0

“Bakıda daha ciddi olmalıyıq”

Premyer-liqa

30-10-2022, 17:0

“Çox vacib qalibiyyət əldə etdik” - Qurban Qurbanov

Aktual
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Bu gün, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Bu gün, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Bu gün, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Bu gün, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Bu gün, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Bu gün, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Bu gün, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Bu gün, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Bu gün, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Bu gün, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Bu gün, 14:11
    “Bozqurd” yatmaz!
  • Bu gün, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Bu gün, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Bu gün, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Bu gün, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Bu gün, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
Daha çox
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 132
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə