“Qəbələ” Macarıstan komandası ilə heç-heçə etdi

4.10.2023 17:59 234
Ölkə futbolu
“Qəbələ”nin U-19 komandası Gənclər Liqasında 2023/2024 mövsümünün ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.