Əliyar Ağayev "Rakov"un oyununa təyinat aldı

3.10.2023 10:31 213
Dünya futbolu
Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, oyunun VAR hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdı.

Xatırladaq ki, "Rakov" bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.