Bəzi saytlarda belə zəif nəticələrə görə baş məşqçi Xəyal Abdullayevin artıq istefaya göndərildiyi yazılır. Bu xəbərin nə dərəcədə həqiqətəuyğun olduğunu aydınlaşdırmaq üçün "Şəmkir"in prezidenti Vüsal Məmmədovla əlaqə saxladıq:
"Haqqımızda yazılanlar reallığı əks etdirmir. Baş məşqçi ilə yollarımızı ayırmamışıq. Xəyal Abdullayev bizimlədi və komandanı növbəti oyuna hazırlayır. Uğursuzluqlara gəlincə, yeni yaradılmış komandayıq. Yaxşı nəticələr üçün bizə vaxt lazımdı. Oyundan-oyuna artıracağıq".
ABDULLA İSMAYILOĞLU





