• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Naqelsmannın təyinatı ətrafında düşüncələr

Dünya futbolu

29-09-2023, 20:0

Bir neçə gün əvvəl Almaniya yığmasında baş məşqçi problemi yoluna qoyuldu.

"Football-plus.az" xəbər verir ki, Hans-Diter Flikin istefaya göndərilməsindən sonra boş qalan vəzifəyə Yulian Naqelsmann təyinat aldı. Almaniya Futbol İttifaqı (AFİ) çox götür-qoydan sonra ölkənin əsas komandasını gənc mütəxəssisə tapşırmağı lazım bildi. Son illər “Hoffenhaym”la “Leyptsiq”i daha yüksək səviyyəyə çıxaran və “Bavariya”da ilyarım işləyən 36 yaşlı Naqelsmann bundan sonra bundestimi əvvəlki iddialı səviyyəsinə qaytarmağa çalışacaq.

AÇ-2024-də uğursuz olmaq təhlükəsi
Ötən mövsümün gedişində “Bavariya”dan qovulan mütəxəssisin AFİ ilə bağladığı müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Amma bu müddət nəticədən asılı olaraq artırıla bilər. Hələ ki Naqelasmann bundestimi onun vətənində keçiriləcək qitə çempionatının final mərhələsinin sonuna qədər çalışdıracaq.

Ortaya təbii sual çıxır: necə oldu ki, ölkə futbolunun başbilənləri yığmanın tarixində ilk dəfə baş məşçqini istefaya göndərdilər? Bəli, Flikə qədər milli komandaya rəhbərlik etmiş mütəxəssislərin heç biri futbol qurumunun belə qərarı ilə üzləşməmişdilər: ya çalışdırıcılarla müddəti bitən müqavilə yenilənməmiş, ya da onlar öz qərarı ilə istefaya yollanmışdılar. Sualın təbii cavabı da var. Milli komandanın DÇ-2014-dən sonra yalnız zirvədən aşağı enən yolda olduğu heç kimə sirr deyildi. Yoahim Lövün başçılığı altında Braziliyada keçirilən mundialda qalib gələn bundestim AÇ-2016-da yarımfinala qədər irəliləmiş, DÇ-2018-də isə sensasiyalı şəkildə mübarizəni qrup mərhələsində dayandırmışdı.

AFİ-nin rəhbərliyi komandanın AÇ-2020-də 1/8 finalı adlaya bilməməsindən sonra nəsildəyişmə prosesinə başlamağı lazım bildi. Baş məşqçi vəzifəsinə Flik gətirildi. O, qısa müddətdə “Bavariya”da fenomenal işlər görmüş, münhenliləri Çempionlar Liqasında qələbəyə daşımışdı. “Alman maşını”nın yeni çalışdırıcısı yalnız bir böyük turnirdə sınaq verdi. Bu sınaq isə fiasko ilə nəticələndi: Flikin komandası da DÇ-2022-də mübarizəni qrupdaca dayandırmalı oldu. Qətərdə keçirilən turnirin ilk oyununda Yaponiyaya məğlubiyyət (1:2) İspaniya ilə heç-heçə (1:1) və Kosta Rika üzərində qələbə (4:2) ilə müşayiət olundu. İspaniya ilə eyni – 4 xala malik olan Almaniya pireneylilərdən topların fərqinə əsasən geri qalaraq evə çox erkən qayıtdı.

AFİ bu uğursuzluğa baxmayaraq, Fliklə əməkdaşlığı davam etdirməyi lazım bildi. Lakin bu ilin sentyabrında qeydə alınan nəticələr futbol məmurlarını əməlli-başlı düşünməyə vadar etdi. Almaniyanın evsahibliyi edəcəyi Avropa çempionatı nəhəng futbol turnirlərindən hesab olunur. Belə yarışda uğursuzluq bundestim üçün qəbuledilməzdi. Məlum səbəbdən seçmə turnirdə oynamayan komandanın Flikin başçılğı altında bu aya qədər keçirdiyi son 5 yoldaşlıq matçında 4 dəfə uduzması və bir oyunu heç-heçə (Ukrayna ilə oyun 3:3 hesabıyla nəticələnib) başa vurması AFİ və ölkə futbolu üçün ciddi həyəcan siqnalı idi. Odu ki, onunla yolları ayıran futbol qurumu yeni məşqçi axtarışına çıxmalı oldu.

Van Qal ilə Klopp AFİ-yə “yox” dedi
Flikin yerinə namizədlərin siyahısı spesifik xarakteri ilə seçilirdi. Amma reallığı anlamaq lazımdı. Almaniya yığması futbol tarixinin ən titullu komandalarından biridi. Amma bu komanda cari əsrdə ardıcıl iki dünya çempionatında 1/8 finala çıxa bilməyib, sonuncu qitə çempionatında isə mübarizəni elə bu mərhələdə dayandırıb. İndi Almaniya futbol ictimaiyyətini yığmanın gələn il evdə keçiriləcək qitə birinciliyini hansı nəticə ilə başa vuracağı qayğılandırır. Bundestimdən yalnız çempionluq gözlənilməsi təbii qarşılanmalıdı. Ancaq komandanın hazırkı vəziyyəti belə ümidlə yaşamağa nə dərəcədə əsas verir? Qitə çempionatının startına 9 aydan da az qalır. Belə məqamda sınaq matçlarında da olsa, istənilən məğlubiyyət ictimaiyyəti bədbin düşüncələrə qərq edir.

Şübhəsiz, yeni çalışdırıcı ilk növbədə üzərinə götürdüyü böyük məsuliyyət yükünün ağırlığını daşımağı bacarmalıdı. AFİ-nin bossları məhz bunu nəzərə alaraq Flikin yerinə təcrübəli həmkarlarından birini gətirməyi planlaşdırmışdı. Siyahıda hətta bundestim üçün uyğun olmayan əcnəbi Lui van Qalın adı da vardı. Qocaman niderlandlı ölkəsinin əsas komandasını DÇ-2022-nin 1/4 finalına qədər aparmış və bu mərhələdə gələcək çempion Argentinaya oyunsonrası penalti seriyasında məğlubiyyətin məyusluğunu yaşamışdı. Sözsüz, 72 yaşlı mütəxəssisin uzunmüddətli karyerasında müxtəlif komandalarla qazandığı uğurlar da onu almanlar üçün cəlbedici etmişdi. Lakin Van Qal ona edilən təklifə məntiqi cavab verdi: bundestimə heç vaxt xaricdən gələn mütəxəssisin başçılıq etmədiyini bildirməklə “yox” dedi.

Namizədlər sırasında Mattias Zamerin də adı hallanırdı. Maraqlıdı ki, yığmada 51 oyuna 8 qol vuran sabiq yarımmüdafiəçi sonuncu dəfə 2004/05 mövsümündə “Ştutqart”ı çalışdırmşdı. Yürgen Klopp variantı isə bütün almanların ürəyincə idi. Lakin onun “Liverpul”un bossları ilə münasibətləri əladı və 56 yaşlı mütəxəssis 2015-ci ildən çalışdırdığı komandanı yarıyorda qoymağı ağlından belə keçirmirdi.

Naqelsmann maaşının kəsilməsini istəməsə də...
Nəticədə Almaniya pasportuna malik olan və hazırda heç bir komandanı çalışdırmayan mütəxəssislər arasında bircə variant qaldı. O da Naqelsmann oldu. Halbuki onun adı əvvəlcə yalnız ehtiyat variantlar sırasında çəkilirdi. Yerli mənbələr gənc mütəxəssisin bu ilin yazında qovulduğu “Bavariya” ilə müqaviləsinin hələ də qüvvədə olduğunu iddia edirdi. Başqa sözlə, o, vəzifəsindən azad edilsə də, müqavilə üzrə maaşını almağa davam edirdi. Münhen klubu sabiq çalışdırıcısını bundestimə təzminatsız buraxmağa da hazır idi. Bir şərtlə ki, Naqelsmannın “Bavariya”dan almalı olduğu məvacibi AFİ ödəsin.
Məlumunuz olsun ki, tərəflər arasındakı danışıqlar heç də asan keçməyib. Naqelsmannı narazı salan məqam AFİ-nin ona “Bavariya”dan aldığı maaşdan 3 milyon avro az məvacib təklif etməsi olub. Ölkənin ən köklü klubu isə gənc çalışdırıcıya illik 5 milyon avro ödəməyə davam edirdi. Bu proses bir də 2026-cı ilin yayında sona çatacaqdı. Milli komandaya təyin ediləcəyi halda isə böyük məbləğdə puldan imtina etməli olacaqdı. Çox çək-çevirdən sonra Naqelsmann güzəştə getməli olub. Onun təyinatı yalnız bundan sonra - sentyabrın 22-də rəsmən açıqlanıb.

Məsələ yalnız məşqçi ilə bağlı deyil
Şübhəsiz, onu yeni iş yerində heç də asan fəaliyyət gözləmir. Gənc məşqçinin üzərinə ağır yük götürdüyünü yuxarıda vurğuladıq. Onun problemlərin həlli üçün vaxtı da çox olmayacaq. Almaniyada təşkil ediləcək qitə çempionatındakı nəticə isə xüsusilə ciddi dəyərləndiriləcək.

Əlbəttə, Naqelsmannın yaşı ilə bağlı bədbinlik də mövcuddu. O, əvvəllər hansısa yığmada işləməyib. Və birdən-birə ölkəsinin əsas komandasında saysız-hesabsız problemlərin həllini üzərinə götürüb. Sözsüz, belə gənc çalışdırıcının milyonlarla futbolsevərin diqqət mərkəzinə düşərək gərgin atmosferdə işləməyə razılıq verməsi böyük cəsarət tələb edirdi.

Onu yeni iş yerində elə Flikin üzləşdiyi problemlər gözləyir. Sələfi bundestimdə dünya səviyyəli oyunçu qıtlığının olduğunu etiraf edib. Onun fikrincə, yalnız iki futbolçunu – Camal Musiala ilə Yozua Kimmixi belə səviyyəyə aid etmək mümkündü. Leroy Sane, Serj Qnabri və Kay Haverts son vaxtlar əvvəlki səviyyəsində çıxış edə bilmir. “Bayer-04”ün yarımüdafiəçisi Florian Virts isə yığmaya yenicə uyğunlaşmağa çalışır.

Qısası, məsələ yalnız məşqçi ilə bağlı deyil. Naqelsmannın işi ilk vaxtlar daha çox və ağır olacaq. O, komandanı ABŞ, Meksika və Avstriya ilə qarşıdakı yoldaşlıq matçlarına mümkün qədər yaxşı hazırlamağa çalışacaq. Əsas məqsəd isə “alman maşını”nı yenidən qurmaq və gələnilki qitə çempionatında uğur qazanmaqdı. Flikin xələfi buna nail ola biləcəkmi? Bu suala yalnız zaman cavab verəcək...

Fakt
36 yaşlı Naqelsmann bundestimin tarixinə ikinci ən gənc baş məqşçi kimi düşüb. Bu planda rekordçu yığmaya 1926-cı ildə 34 yaşında təyinat alan Otto Nertsdi. 1949-cu ildə vəvat edən Nerts milli komandanı 10 il çalışdırıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-09-2023, 22:0

Flikin yerini Naqelsmann tutdu

Dünya futbolu

12-09-2023, 20:0

Bundestimi qəbul etməyə hazırdı

Dünya futbolu

25-06-2023, 20:0

Flikin aqibəti müəyyənləşdi

Dünya futbolu

26-03-2023, 19:0

Naqelsmann hara boylanır?

Dünya futbolu

28-03-2023, 20:0

“Bavariya” Naqelsmanna görə nə qədər geri düşəcək?

Dünya futbolu

27-04-2023, 19:0

Naqelsmann özünə yeni iş tapdı

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 172
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə