• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Doğma meydan üçün darıxmayanlar - KÖŞƏ

Manşet / Yazarlar

29-09-2023, 13:0

Premyer-liqamızın şəninə yeni mövsümdə çox tərif eşidirik.

Bəli, bu təriflərin bir çoxunda həqiqət payı var. Həm təşkilatçılar, həm də çempionatda iştirak edən klublar bu tərifdən pay almağı, xoş sözlər eşitməyi haqq edirlər. Elitada iştirakçıların sayının artması, ölkə çempionatının coğrafiyasının bölgələrə doğru genişlənməsi premyer-liqaya marağı artırıb. Mükafatlar uğrunda mübarizə gərginləşib, xüsusiylə də sürpriz nəticələrin sayı artıb. İndi hansısa komandanı favorit adlandırmaq, hansısa görüşün nəticəsini əvvəlcədən proqnozlaşdırmaq xeyli çətindi. Digər bir vacib məqam isə, sözsüz, azarkeş marağı, tribunalara gələnlərin sayının artmasıdı. Təəssüf ki, “Araz Naxçıvan” hələ də evdə oynaya bilmir. “Turan Tovuz” mövsümün əvvəlində bir neçə oyunu səfərdə keçirməli oldu. Aldığımız informasiyaya görə, “Kəpəz” də tezliklə Gəncədən didərgin düşəcək, şəhərin qəzalı stadionu, nəhayət, təmirə bağlanacaq.

Əlbəttə, bütün bunlar azarkeş sayına təsir edən məqamlardı. Amma ümumilikdə çempionatla bağlı durum ürəkaçandı. İnanmağa dəyər ki, zamanla xırda-para problemlər də düzələcək, səviyyə də, azarkeş marağı da getdikcə artacaq. Sumqayıt şəhərindəki stadion açılışından sonra “gənclik şəhəri”ni təmsil edən komandanın oyunlarında daha çox azarkeş görəcəyimizə şübhə etmirəm. Naxçıvandakı stadionun nə vaxt təmir olunacağı, Gəncədəki təmirin nə vaxta bitəcəyi qeyri-müəyyəndi. Ümid edək ki, bu mövzudakı qaranlıq suallara da tezliklə aydınlıq gələcək, “Kəpəz”lə “Araz Naxçıvan” rəqiblərini doğma meydanda qəbul edib, daha çox azarkeşin dəstəyi ilə oynamaq imkanı qazanacaq. Heç şübhəsiz, bu məqam da əyalət təmsilçilərinin həm oyununa, həm də nəticələrinə müsbət təsir göstərəcək.

Bu yerdə bir vacib məqam var ki, onu mütləq qeyd etməliyik. Geridə qalan yeddi turun nəticələrinə əsasən demək olar ki, nə “Kəpəz”, nə də “Araz Naxçıvan” bu qəribçiliyin gətirdiyi problemləri hiss edir. Bölgə təmsilçiləri səfərdə yaxşı çıxış edir, rəqiblərindən xal almağı bacarırlar. Misal üçün elə “Araz Naxçıvan” “Kəpəz”i Gəncədə məğlub edib, səfər oyunundan vacib qələbə ilə ayrılıb. Əvəzində “Kəpəz” azarkeşlərini iki dəfə Bakıya səfərdən sonra sevindirə bilib. Özü də “Qarabağ” və “Sabah” kimi güclü rəqiblərlə oyunlardan sonra. “Azərsun Arena”da son dəqiqələrdə gələn qolla məğlubiyyətdən qaçan “Kəpəz” bir xalı bayram etmişdi. Son turda Masazırda baş verənlər isə əməlli-başlı sensasiya idi. “Qarabağ”ın “Kəpəz” önündə büdrəməsini “köhlən atlar”ın avrokuboklardakı çıxışına bağlamaq, qrup mərhələsinə düşmək uğrunda mübarizə aparan komandanın yorğunluğa, yaxud da arxayınlığa qurban getdiyi düşünmək olar. Amma “Sabah”ın “Kəpəz”lə oyunda qələbə qazana bilməməsin belə dəlillərlə əlaqəsi yoxdu.

Masazırlılar avrokuboklarda çıxışını çoxdan başa vurub. Konfrans Liqasına qatılan Murad Musayevin komandası RFŞ ilə yaxşı oynayıb, hər iki oyunda qələbə qazanmışdı. Di gəl ki, oxşar uğuru “Partizan”la oyunda təkrarlamaq mümkün olmadı. Görünən odu ki, “Partizan”a məğlubiyyət “Sabah”a düşündüyümüzdən daha ağır təsir göstərib. Yeni mövsümün ilk turundə “Qəbələ”ni Masazıra gəlməyinə peşman edən “bayquşlar” ondan sonra qələbəyə həsrətdi. O oyunun yorğunluğu futbolçuların canından çoxdan çıxsa da, məğlubiyyətin üzüntüsünü başdan atmaq, yerli çempionata köklənmək hələ mümkün olmayıb. Baxmayaraq ki, Murad Musayev bu sözdən xoşlanmır və belə halın yaşanmasını qətiyyətlə təkzib edir. Fakt faktlığında qalar. “Kəpəz” də bu fürsəti yaxşı dəyərləndirib, “Səbail”ə uduzandan sonra küsdüyü azarkeşlərlə barışa bildi.

Kim bilir, bəlkə də Gəncə şəhər stadionunun qəzalı tribunaları və ya ora toplaşan azarkeşlərin qarşısındakı məsuliyyət “Kəpəz”ə mane olur. Buna görə də futbolçular özünü itirir, meydanda potensialını tam göstərə bilmir. Hər halda, mümkün ehtimallardan biri də budu. Səfərdə isə “sarı göylər” daha rahat oynayır, itirəcək nəyinsə olmadığını, buna görə də onları kiminsə qınamayacağını bildiklərindən rahat çıxış edirlər. İstər “Kəpəz”ə, istərsə də “Araz Naxçıvan”a qəribçilik, doğma azarkeşlərdən uzaq düşmək yarayır. Nə deyirik, təki hər şey naxçıvanlı və gəncəli futbolsevərlərin ürəyincə olsun. Onları sevindirməyin tək yolu isə qələbələr qazanmaq, xal ehtiyatını artırmaqdı. Fərqi nədi bunu harda edirsən?! Doğma meydan üçün darıxmayan komandalar səfərdə də işlərini yaxşı görürlər. Bizə isə başverənləri izləmək, futboldan zövq almaq qalır.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-12-2022, 14:0

Klublar azarkeşlərin boykot qərarına hörmətlə yanaşır

Premyer-liqa / Manşet

14-03-2023, 21:0

Azarkeşləri "Kəpəz"dən niyə üz döndərib? - AÇIQLAMA

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Ölkə futbolu / Manşet

18-09-2023, 13:0

Elxan Səmədov: “Məqsədimiz budu ki, premyer-liqada komandaların sayı artsın”

Premyer-liqa / Dünya futbolu / Manşet

15-08-2023, 20:0

Səviyyəsi TFF 1-ci liqadan aşağı olan premyer-liqamız - REPLİKA

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə