“Orlando” sentyabrın 13-də sabiq forvardı Brendon Hanterin ölüm xəbərini yayıb.
“Football-plus.az” xəbər verir ki, noyabrda onun 32 yaşı tamam olmalıydı. Klubun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
“Böyük kədər hissi ilə sabiq komanda yoldaşımız Brendon Hanterin vəfat etməsi xəbərini bölüşürük. Onun ailə üzvlərinə dərindən kədərləndiyimizi bildirir, başsağlığı veririk”.
“Boston” Hanteri MBA-nın 2003-cü ildəki draftında ümumi 56 nömrə altında seçmişdi. O, karyerası boyunca MBA-da 67 oyun keçirib, ardından idman menecmenti sahəsində çalışıb.