MBA-nın müvafiq qurumu srağagün keçirilən “Detroyt” – “Orlando” oyununda baş verən dava ilə bağlı qərarını açıqlayıb.
“Detroyt”un forvardı Killian Heys 3, “Orlando”nun forvardı Mo Vaqner isə 2 oyun buraxacaq. “Pistons”un daha bir oyunçusu Hamidu Diallo 1 oyun meydandan kənarda qalacaq. “Orlando”nun daha 8 oyunçusu – Frants Vaqner, Koul Entoni, Uendell Karter, Mo Bamba, Qeri Harris, Ar Cey Hempton, Terrens Ross və Admiral Skofild də eyni cəzaya layiq görülüb.