• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Poqanın dopinqə görə 4 illiyə cəzalanması gözlənilir

Dünya futbolu

18-09-2023, 14:0

A seriyasının 1-ci turunun “Udineze” ilə oyunundan sonra “Yuventus”un xavbeki Pol Poqbanın dopinq-testi müsbət nəticələnib – onda testosteronun yüksək səviyyəsi aşkarlanıb. Maraqlıdı ki, fransalı həmin oyunda, ümumiyyətlə, meydana çıxmayıb, sonrakı iki turda isə sonradan oyuna qoşulub. İndi Poqba dördilliyə cəzalanmaq təhlükəsi ilə üz-üzədi. Belə görünür ki, çox parlaq alına biləcək karyeranın sonuna yaxınlaşıb.

Çox şey vəd edirdi

2012-ci ildə 19 yaşlı Poqba “Mançester Yunayted”dən “Yuventus”a azad agent kimi yollandı. Çox cəsarətli qərar idi – Mançesterdə hələ də ser Aleks Ferqyuson hökmranlıq edirdi. Ancaq gənc futbolçunun ona gələcəkdə komandanın aparıcı oyunçusu olacağını vəd edən, sadəcə, gözləməli olduğunu deyən böyük məşqçiyə “yox” deməyə cəsarəti çatdı. Yarımmüdafiəçi gözləmədi və Turinə şütüdü. Çox qıcıqlandırıcı (MY fanatları onda Poqbaya nifrət etməyə başladı) hərəkət olsa da, karyera qurmaq baxımından doğru idi.

İtaliyada Polu fərqli həyat gözləyirdi – Mançesterdə ona etibar etmirdilərsə, “Yuve”də dərhal start heyətində yer verdilər. Yanında Pirlo var idi ki, gənc futbolçunu çox sevirdi və haqqında dəfələrlə xoş sözlər demişdi. Həmçinin meydanın mərkəzində Markizio ilə Vidaldan da dəstək görürdü, bu futbolçular birlikdə möhtəşəm orta xətt yaratmışdı. Belə şəraitdə Poqbanın möhtəşəm istedadı bütün çılpaqlığı ilə parlayırdı.

Fransalı həmin möhtəşəm “Yuventus”un bir hissəsi oldu, komandaya İtaliyada dominantlıq etməkdə və zaman-zaman avrokuboklarda özünü göstərməkdə yardımçı oldu. O, yaşına baxmayaraq, Antonio Kontenin taktiki sxemlərinin vacib halqası idi. Poqba normal qrafiklə qollar vurur, çoxlu məhsuldar ötürmə verir, böyük ulduzlara xas estetika ilə oynayırdı. “Qoca sinyora” ilə birgə 4 skudetto, 2 kubok və 3 Superkubok qazandı, üstəlik Çempionlar Liqasının finalında oynadı. 2013-də “Golden Boy” mükafatı Poqbaya veriləndə bütün dünya onu başqa böyük fransalı futbolçular – Patrik Vieyra və ya hətta Zinəddin Zidan ilə müqayisə etməyə başladı. “Mançester Yunayted” isə 2016-cı ildə ona rekord məbləğ – 105 milyon avro ödəməklə heyətinə qaytardı.

“Yunayted”də işlər qaydasında getmədi

Mançesterdə Poqbanın işləri alınmadı. Demək olar ki, dərhal MY-nin “Yuventus” olmayacağı anlaşıldı. “Qırmızı şeytanlar” Çempionlar Liqasında çıxış etmirdi, titullar uğrunda mübarizə aparmırdı, Poqbanın oyundaşları arasında Pirloya və ya Markizioya oxşayan yox idi. Baş məşqçi isə onu vurğun olan Konte yox, hər adama etibar etməyən və sərt Joze Mourinyo idi.

Təbii ki, 100 milyon avrodan artıq ödənilən futbolçudan Mançesterdə daha artığını gözləyirdilər. Ancaq Poqbanın karyerasının ən kədərli anı da elə bu məqamda gizlənir – o, ətrafında hər şey ideal olanda parlaya bilir. Söhbət ilk növbədə qarşılıqlı münasibətlərdən gedir. Mourinyoda bu baxımdan hər şey fərqlidi. Sən ya nəticə verirsən, ya da yox, kimsə sənlə incə psixoloji iş aparmayacaq.

Portuqaliyalının dönəmində Poqbanın statistikası üzüaşağı getməyə başladı. 2016/17 mövsümündə bütün turnirlərdə “qol+ötürmə” sistemi üzrə 9+6 topladı. Müqayisə üçün deyək ki, İtaliyadakı son iki mövsümündə göstəriciləri 10+11 və 10+13 olmuşdu. Göründüyü kimi, tam fərqli mənzərədi. Ancaq 9+6 da quru statistikadı. Axı fransalı futbolçunun bundan əlavə azarkeşlər və media ilə də nəhəng problemləri yarandı. Ondan MY-nin ümumi səviyyəsini qaldırmağı gözləyirdilər, daha tənəzzül etməyi yox.

Poqba Mançesterdə qətiyyən ümidləri doğrultmadı. Hətta nifrət etdiyi Mourinyo (portuqaliyalı fransalı üçün həqiqətən elə idi, onlar arasında az qala açıq müharibə gedirdi) gedəndən və Sulşer gələndən sonra da vəziyyət dəyişmədi

Mançesterdəki son mövsümlər – darıxmaqlıq

Sulşerə Mançesterdə, sadəcə, “zəhərli” və hamını bezdirən Mourinyonun əvəzedici kimi yox, həm də dəyişikliklərlə bağlı ümidlərin daşıyıcısı kimi baxırdılar. Sıradan çıxan mexanizmin bütün detalları dəyişdi – bu proses qeyri-sabit Poqba da ağuşunu aldı. Hərçənd ilk vaxtlar hər şey super görünürdü: məşqçi demişdi ki, komandanı Polun ətrafında qurmaq istəyir, fransalı da bu çağırışa oyunu ilə cavab verdi. Norveçlinin ilk mövsümündə 16 qol və 11 məhsuldar ötürmə ilə yada qaldı, lap parlaq vaxtlarında olduğu kimi. Ancaq növbəti il vəziyyət dəyişdi. Fransalı zədə epidemiyası ilə üzləşdi – demək olar ki, 2019/20 mövsümü boyunca müalicə aldı. Sulşer bu müddətdə komandanı onsuz oynamağa öyrətdi. Bu isə diqqəti və sevgini hər ay saç düzümünü dəyişmək dərəcəsində vacib sayan Poqba üçün faciəvi nəticə verdi. O, bundan sonra gedənə qədər heç bir mövsümdə MY-nin heyətində 2 min dəqiqə oynamadı. Başqa sözlə desək, əsas heyətdən uzaqlaşdı. “Qırmızı şeytanlar”ın Ralf Ranqniklə keçirdiyi qorxunc mövsüm Poqba üçün sonuncu oldu – depressiyaya düşən yarımmüdafiəçi də ümumi mənzərəyə uyurdu.

“Yuventus” – iflasın davamı

“Yuventus”a yaxşı maaş (ildə 8 milyon avro) arxasınca gedən, üstəlik 10 nömrəli formanı da əyninə keçirən Poqba, çox güman, ən yaxşı vaxtlarına dönmək niyyətində idi. Psixoloji cəhətdən yaxşı gediş idi. Pol onilliyin əvvəlində “Yuve”nin heyətində göstərdiyi oyunu sonra heç bir yerdə təkrarlaya bilməmişdi, Fransa yığması ilə böyük turnirlərdə epizodik şəfəq saçmasını nəzərə almasaq. Ancaq Poqba bir məqamı nəzərə almamışdı – o, artıq dağılmış imperiyaya dönmüşdü. Turinlilərin paltardəyişmə otağında daha titanlar yox idi, İtaliya çempionluğunu artıq başqa komandalar bayram edirdi – “Yuve”nin onlarla rəqabət aparması çətin idi. Bir sözlə, “Yuventus” da Ferqyusondan sonrakı “Mançester Yunayted”in surətinə bənzəyirdi.
Əlbəttə, Poqba da daha 20 yaşında deyil. 30-da artıq orqanizm “ölməyə” başlayır. Pol köhnə-yeni kluba gələn kimi dizini zədələdi və həmin vaxtdan bəri 54 oyun buraxdı. Massimiliano Alleqri yazda köhnə tanışına çox inanırdı: “Söhbət meydanın rəqibə aid hissəsində oyundan gedəndə Poqba möhtəşəm futbolçudu. Əlbəttə, mən onu hər oyunda start heyətində meydana buraxardım, amma optimal formada olsa”.

Belə görünür ki, daha yenidən zühur etməklə bağlı stimul qalmayıb. Avqustun 20-də keçirilən “Udineze” – “Yuventus” oyunundan sonra dopinq-test zamanı fransalı “ilişib”. Əzələ və sümük kütləsinin artımına imkan verən testosteronun hədsiz yüksək səviyyəsi üzündən.

Bu xəbər sentyabrın 11-də açıqlanıb və hər kəsi şoka salıb. “Yuventus” rəsmi müraciətində sonrakı prosessual hərəkətlərlə bağlı hüququn özündə olduğunu açıqlayıb, futbolçunun agenti onun günahkar olmadığını iddia edir, Pol özü isə susur. Onu müvəqqəi diskvalifikasiya ediblər. Fransalı bəraət qazanmasa və ya nəticələri inkar edə bilməsə, 2 ildən 4 ilə qədər futboldan uzaqlaşdırılması gözlənilir. Bu isə ən azı top səviyyədə karyeranı vaxtından əvvəl bitirməyə bərabərdi.

Qapıçı Andre Onananın 2021-ci ildə səhvən xanımının “furosemid” həbini qəbul etdiyinə görə cəzalandığını nəzərə alsaq, Poqba üçün heç də yaxşı perspektiv görünmür. Çox güman, diskvalifikasiya olunacaq. Və bununla da Polun böyük karyerasına prinsipcə son qoyulacaq. Bəli, o, dünya çempionu oldu və bir neçə parlaq mövsüm keçirdi. Ancaq böyük istedadını heç yarısını da reallaşdıra bilmədi.

Titulsuz altı il

Poqba yüksək səviyyədə karyerasının ilk 6 mövsümündə klublarla 11 titul qazanıb – doqquzunu “Yuventus”la, ikisini “Mançester Yunayted”lə. Ancaq MY ilə Avropa Liqasının 2016/17 mövsümündə uğur qazanandan sonra xavbek yalnız Fransa yığmasının heyətində “qızıl”a sevinib: 2018-ci ildə dünya çempionu, 2021-də isə Millətlər Liqasının qalibi olub.

Poqbanın klub karyerası
mövsüm klub oyun* qol ötürmə titul
2011/12 Mançester Y. 7 - - -
2012/13 Yuventus 37 5 – çempionluq, Superkubok
2013/14 Yuventus 51 9 16 çempionluq, Superkubok
2014/15 Yuventus 41 10 11 çempionluq, kubok
2015/16 Yuventus 49 10 13 çempionluq, kubok, Superkubok
2016/17 Mançester Y. 51 9 6 Avropa Liqası, Liqa kuboku
2017/18 Mançester Y. 37 6 12 –
2018/19 Mançester Y. 47 16 11 –
2019/20 Mançester Y. 22 1 4 –
2020/21 Mançester Y. 42 6 9 –
2021/22 Mançester Y. 27 1 9 –
2022/23 Yuventus 10 – 1 –
2023/24 Yuventus 2 - - -
Cəmi Mançester Y. 233 39 51 Avropa Liqası, Liqa kuboku
Yuventus 190 34 41 çempionluq (4), kubok (2), Superkubok (3)
* bütün rəsmi turnirlərdə.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-09-2023, 12:0

Poqba dopinq qəbul edib?

Dünya futbolu

10-07-2022, 21:0

Poqbanın təqdimatı bazar ertəsi olacaq

Dünya futbolu

8-07-2022, 22:0

Poqba yenidən "Yuventus"da

Dünya futbolu

26-07-2022, 12:0

Poqba iki ay oynamayacaq

Dünya futbolu

9-03-2022, 14:0

"Yuventus" onu heyətinə qatmaq istəyir

Dünya futbolu

26-04-2022, 13:0

Poqba "Mançester Yunayted"i tərk edəcək

Aktual
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
“Yayda gətirdiyimiz futbolçular gözləntilərin tam əksinə çıxış etdi” - “Araz-Naxçıvan” rəhbərliyi futbolçulardan narazıdı 
Musanın rəqibi müdafiəçilər yox, şanssızlıqdı! - yazı
Aqşin Mürsəlov: “Heç kimi tutub saxlamayacağıq ki, getmə” - Kaşkilya "İmişli"dən gedir?
Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
Son xəbərlər
  • Bu gün, 12:51
    “Bavariya”nın budəfəki geridönüşü yalnız 1 xal üçün kifayət etdi - İCMAL
  • Bu gün, 12:25
    Sarr turnirin tarixinə düşdü! - İCMAL
  • Bu gün, 11:54
    Musa mövsümü başa vurdu
  • Bu gün, 11:23
    “Aston Villa”nın 9 oyunluq seriyası qırıldı - İCMAL
  • Bu gün, 10:52
    Nəqşi Mərdəkan...
  • Bu gün, 10:31
    Qızlardan ibarət millimiz İnkişaf Turnirində çıxış edəcək
  • Bu gün, 10:00
    Azərbaycanı "Böyük Dəbilqə"də təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 00:56
    "Arsenal" 20 ildən sonra ÇL-in finalında!
  • Dünən, 22:59
    Millimizə yeni baş məşqçi təyin edildi
  • Dünən, 22:30
    Qusar Mingəçeviri şoka saldı
  • Dünən, 21:42
    Dambrauskas baxdı, “Sabah”ın basketbol komandası da çempion oldu!
  • Dünən, 21:36
    “Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
  • Dünən, 20:57
    Türkiyə çempionatının debütantı İkardini ''Qalatasaray''dan qoparmağa çalışacaq!
  • Dünən, 20:12
    ''Qalatasaray'' 30 milyona satdığı futbolçuya görə 15 milyon ödəmək istəmir
  • Dünən, 19:42
    Çempionluq itirilsə də, müqaviləsi yeniləndi
  • Dünən, 19:13
    “Düşünmürəm ki, birinci qol bizi sındırdı” – Fizuli Məmmədov
  • Dünən, 18:46
    “O məğlubiyyətdən sonra söz tapa bilmirdim” – Yuri Vernidub
  • Dünən, 18:13
    “Yayda gətirdiyimiz futbolçular gözləntilərin tam əksinə çıxış etdi” - “Araz-Naxçıvan” rəhbərliyi futbolçulardan narazıdı 
  • Dünən, 18:06
    Millimiz Malta və San Marino ilə qarşılaşacaq
  • Dünən, 17:57
    "Neftçi" "Karvan-Yevlax"ı darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 17:56
    “Real”ı tərk edəcək
  • Dünən, 17:28
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 16:50
    “Liverpul”dan o da ayrılacaq?
  • Dünən, 16:29
    Klubunda hamını arxada qoydu
  • Dünən, 15:42
    La Liqanın tarixində 5-ci mütəxəssis oldu
  • Dünən, 15:27
    "Karvan-Yevlax" - "Neftçi"' START HEYƏTLƏRİ
  • Dünən, 14:50
    Böyük bəxtsizlik: debüt oyununda meydanı xərəkdə tərk etdi...
  • Dünən, 14:18
    ''Fənər''in bu futbolçusu Fərdi Kadıoğlu ilə yenə komanda yoldaşı ola bilər
  • Dünən, 13:52
    Volkan Dəmirəl qovuldu və tarixə düşdü!
  • Dünən, 13:33
    Leandro 60-a çatdı
  • Dünən, 12:51
    Juninyo bitib e, Qurban bəy! – o hara, “Qarabağ” hara?!
  • Dünən, 12:23
    Musanın rəqibi müdafiəçilər yox, şanssızlıqdı! - yazı
  • Dünən, 11:52
    Aqşin Mürsəlov: “Heç kimi tutub saxlamayacağıq ki, getmə” - Kaşkilya "İmişli"dən gedir?
  • Dünən, 11:12
    Premyer-liqada mövsümün rekordu təkrarlandı
  • Dünən, 10:41
    Final oyununun biletləri satışda
Daha çox
Oxunub: 153
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 150
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 138
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 134
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 134
Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!
Oxunub: 120
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə