• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Məşqçilik tam yeni bir dünyadı” - Arda Turan Simeoneni Terimə bənzətdi

Dünya futbolu

18-09-2023, 14:0

Türkiyə futbolunda özünəməxsus yeri olan və gelmiş-getmiş ən yaxşı futbolçulardan sayılan Arda Turan artıq baş məşqçi kimi fəaliyyət göstərir. Onun çalışdırdığı “Eyupspor” 1-ci liqada 4 oyuna 4 qələbə qazanıb və superliqaya yüksəlməyə əsas namizəddi. “Atletiko” və “Barselona” kimi önəmli klublarda forma geymiş Arda dünən İspaniyanın ünlü “Marka” nəşrinə müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, o, “Atletiko”nun həyatındakı rolundan, Çağlar Söyüncünün bu kluba transferindən, Dieqo Simeone ilə Fatih Terimin bənzərliyindən və bir çox başqa məqamlardan danışıb.

* Futbol həyatımın ən önəmli parçası və ayrılmaz hissəsi oldu. Uşaqlığımdan bəri qazandığım uğurlara, xöşbəxtliyə, arzularımın həyata keçməsinə görə futbola borcluyam. Futbolçu kimi bütün duyğuları yaşadım. Amma baş məşqçiliyə addım atanda bunun tamamilə yeni bir dünya olduğunu gördüm. Sanki hər şeyə sıfırdan başlayıram. Hədəfim futbolçu kimi qazandığım uğurların daha artığını baş məşqçi kimi qazanmaqdı. Meydanın kənarında olmaq meydanın içində olmaqdan çox fərqlənir. Karyeram boyunca qazandığım təcrübədən burda da faydalanmaq və hər ötən gün özümü inkişaf etdirmək istəyirəm. Karyeram ərzində çalışdığım öəmli məşqçilərin hər birindən çox şey öyrəndim. Artıq bu təcrübəmi oyunçulara ötürməliyəm. Çox uzun bir yolun başlanğıcındayam. Bu sahədə öyrəniləcək çox şey və qazanılacaq çox təcrübə var. Hələ ki hər şeydən məmnunam və belə də davam edəcəyinə ümid edirəm.

* Sistemi oyunçulara anlatmaq və fəlsəfəni komandaya aşılamaq zaman tələb edir. Bu baxımdan “Eyupspor”un başına ötən mövsümün sonlarında keçməyim çox faydalı oldu. Çünki komandanı, oyunçuları tanıdım və gələcəklə bağlı planlar qurmağa vaxtım oldu. Yayda çox yaxşı hazırlıq dönəmi keçdik. Bəzi təcrübəli oyunçular aldıq. Komandaya tez uyğunlaşdılar. Hər kəsin olmaqdan sevinc duyduğu, əyləndiyi, yeni şeylər öyrəndiyi, eyni zamanda sona qədər savaşan bir kollektiv yaratmaq istəyirəm.

* “Eyupspor” futbol dünyasında çox da populyar deyil. Amma burdakı təşkilatçılığın səviyyəsini xüsusi vurğulamalıyam. Burda futbola son dərəcə peşəkar bir yanaşma var. İstər klub prezidentinin, istərsə də digər yönəticilərin çox gözəl baxış tərzi var. Tək əsas komanda üçün yox, “altyapı” üçün də gözəl şərait qurulub. “Eyupspor” keçmişi olan, birəsrlik klubdu. Burda komandanın tək bugününü yox, gələcəyini də düşünürlər. Bütün bunların qarşılığında nəticələr də yaxşı olanda fanatlarımız böyük məmnunluq duyur. Belə şeylər hamımızı motivasiyalandırır.

* Yaşıl meydanlardan baş məşqçiliyə keçsəm də, arzularım dəyişməyib. Futbolçu ikən qalib gəlmək istəyirdimsə, baş məşqçi kimi də qalib gəlmək istəyirəm. O zaman da heç vaxt həvəsdən düşüb əllərimi yanıma salmadım. Elə indi də həvəsdən düşmək niyyətim yoxdu. Yeganə fərq ondadı ki, oynadığım dönəmdə yalnız özümə görə cavabdehlik daşıyırdımsa, indi hər oyunçuya görə cavabdehlik daşıyıram. Bütün komandanın yükü mənim üzərimdədi. Mən futbol fəlsəfəsinə inanıram və bunu inkişaf etdirmək üçün hər detalın üzərində çalışıram. Hər gün sübh tezdən bazaya yollanıram. Oyunları izləyir, təhlil edir və qeydlərimi aparıram. Köməkçilərimlə bir araya gəlib bəzi məqamların üzərində fikir mübadiləsi aparırıq. Futbol çox dinamik və dəyişkən oyundu. Hər gün yeni tərzlər ortaya çıxır və mən də hamısını izləməyə, öyrənməyə, eyni zamanda öz ideyalarımı tətbiq etməyə çalışıram.

* Taktiki cəhətdən həm Dieqo Simeonedən, həm də Luis Enrikedən çox şey öyrəndim. Simeonenin futbolun müdafiə tərəfini anlamaq baxımından mənə böyük faydası dəyib. Luis Enrikedən isə hücumdakı variantları və futbolçunun meydandakı yeri, hər epizoda görə yerinin dəyişməsi baxımından çox şey öyrənmişəm. Simeone oyunçulara mövqelər üzrə özəl tapşırıqlar vermək, müdafiədəki sərtlik, komanda şəklində hərəkət və pressinq etmək, 4-4-2 düzülüşündə rəqibi qarşılamaq, bloklar arasında ötürmə verməmək və standart zərbələrin təşkili kimi məqamlarda, sadəcə, mükəmməl məşqçidi. Luis Enrike isə rəqib müdafiəsini yarmağın yollarına, hücum edərkən və müdafiə olunarkən komandanın verdiyi reaksiya kimi məqamlara daha çox ömən verir. Bundan başqa, Simeonenin köməkçilərini də qeyd etməyə bilmərəm. Mövsümöncəsi hazırlıq baxımından Oskar Orteqa, standart zərbələr üzərində çalışmaq baxımından isə Mono Burqos, sadəcə, əvəzedilməzdi.

* Simeonenin ən önəmli özəlliyi dürüst və açıq danışmasıdı. Nə istədiyini konkret oyunçunun üzünə söyləyir. Mən də onun bu özəlliyini mənimsəmişəm. Futbolçularımla ünsiyyətdə onun qədər açıq və konkret olmağa çalışıram. Simeone kənarda sanki oyunu yaşayan məşqçilərdəndi. Fatih Terimdə də bu keyfiyyət var. Kənarda olsalar da, sanki oyunun içindədilər. Onun komandasında oynayırsansa, kənara baxanda başa düşürsən ki, orda ən azı futbolçu qədər qalib gəlmək istəyən bir məşqçi dayanıb. Bu məqam həmişə oyunçulara müsbət təsir göstərir. Mən də belə olmağa və kənardan enerjimi oyunçulara ötürməyə çalışıram.

* “Atletiko”nun həmişə həyatımda özəl bir yeri var. Vətəndən kənarda ilk təcrübəmi məhz orda yaşamışam. Böyük bir ailə idik. Qazandıqlarımız da bunu sübut edir. Orda mənə özümü həmişə özəl, hətta əfsanə oyunçu kimi hiss etmək üçün şərait yaratdılar. Nə vaxt zəng vursam, dərhal böyük məmnuniyyətlə cavab verirlər. “Atletiko” ilə bağlı xatirələrim təkcə uğurlu nəticələrlə məhdudlaşmır. Başqa bir çox özəl anlar da yaşamışam. Məsələn, ordan ayrıldığım gün insanların mənimlə vidalaşmaq üçün stadiona gəlmələrini, mənə vida hədiyyəsi vermələrini həyatımın sonuna qədər unutmayacam. Bu olay məni çox qürurlandırmışdı. O gün tək futbol tarixinin ən özəl komandalarından birində oynamadığımı, eyni zamanda çox özəl bir ailənin parçası olduğumu yenidən xatırladım. İndi məşqçi karyeramın əvvəlindəyəm. Dediyim kimi hələ böyük bir təcrübə qazanmalıyam. Kim bilir, bəlkə də bir gün “Atletiko” ilə yollarımız yenidən kəsişəcək. Amma indi bütün hədəfim və arzularım “Eyupspor”la bağlıdı.

* Məndən öncə də Türkiyəni Avropada uğurla təmsil etmiş futbolçular olub. Biz onların açdığı ciğirla irəlilədik. İndi də başqa türkiyəli oyunçular həmin cığırla irəliləyir. Əminəm ki, onlar bizim əldə etdiklərimizdən də böyük uğurlar qazanacaqlar. Çağlar Söyüncü tək istedadı ilə yox, həm də xarakteri və futbol sevgisi ilə diqqəti çəkən oyunçudu. “Atletiko” onun üçün ən ideal yerdi. Bu klubda çox şey öyrənəcək və özünü inkişaf etdirəcək. Çağlar da Simeone kimi savaşcıldı. Ona görə də bir-birini əla anlayacaqlar. Zatən indiyə qədər həm yığma, həm də klub karyerasında kifayət qədər təcrübə toplayıb. Amma “Atletiko” ilə birlikdə yeni səviyyəyə qalxmaq fürsəti əldə edəcək. Çağları həm futbolçu, həm də insan kimi çox sevirəm. Mənə hər zaman hörmətlə yanaşır və “kapitanım”, “qardaşım”, “hocam” deyə müraciət edir. Məndən məsləhət istədikdə “Atletiko”nun tək futbol klubu yox, həm də böyük bir ailə olduğunu söylədim. Simeonedən və köməkçilərindən tək oyunçu kimi yox, insan olaraq da çox şey öyrənəcəyini dedim. Ona Madriddə yaxşı restoranlar, əyləncə məkanları ilə bağlı zatən həmişə yardım etməyə hazır olduğumu bildirdim. Bu transfer zamanı “Atletiko” rəsmiləri bir neçə dəfə mənimlə əlaqə qurdular.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-07-2023, 16:0

Çağlar Söyüncünün “Atletiko”ya keçidinin detalları

Dünya futbolu

27-08-2023, 13:0

Arda Turandan möhtəşəm cavab

Dünya futbolu

18-02-2023, 13:0

Arda Turan yığmada işləyəcək

Dünya futbolu

12-09-2022, 16:0

Arda Turan karyerasını bitirdi

Dünya futbolu

30-09-2022, 09:0

Arda Turan üçün vida oyunu keçiriləcək

Dünya futbolu

14-05-2022, 18:0

Arda Turan karyerasını bitirir

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
Daha çox
Oxunub: 256
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə