• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Emenalo böyükmiqyaslı strategiyadan danışdı

Dünya futbolu

15-09-2023, 23:0

Sözsüz, yay “transfer pəncərəsi” dövründə Səudiyyə Ərəbistanı klublarının hədsiz fəallığı dünya futbol ictimaiyyətinin diqqət mərkəzində oldu.

"Football-plus.az" xəbər verir ki, Avropada çıxış edən Neymar, Kərim Benzema, Nqolo Kante, Kalidu Kulibali, Sadio Mane, Emerik Lyaport və bir çox tanınmış futbolçu məhz Asiyanın bu ölkəsinə üz tutdu. Transfer əməliyyatları başa çatandan sonra Səudiyyə Ərəbistanı liqasının texniki direktoru Maykl Emenalo jurnalistlərin aktual suallarını cavablayıb. 2011-17-ci illərdə “Çelsi”də, 2017-19-cu illərdə “Monako”da eyni vəzifəni icra etmiş 58 yaşlı funksioner əsas hədəfin ölkə çempionatının daimi inkişafını təmin etmək olduğunu vurğulayıb.

- Mövcud vəziyyətin bir neçə il əvvəl Çində baş verən prosesin təkrarı olduğunu deyənlərə sözünüz nədi? Onda Çin klubları transfer dövründə həddən artıq pul xərcləmişdilər və əməliyyatlar qısa zamanda başa çatmışdı. Bu proses Səudiyyə Ərəbistanı liqasında daha uzun çəkəcək?
- Bu proses nəinki uzun sürəcək, həm də daimi xarakterli olacaq. Mən buna inanıram. Kimsə Səudiyyə Ərəbistanı futboluna diqqət yetiribsə, yerli əhalinin bu oyunla çox maraqlandığını görüb. Bu, artıq çoxdan mövcud olan düşünülmüş plandı. Sadə bir fakt var: yay “transfer pəncərəsi” dövründə göstərilən səylər liqamıza qoşulan ən yaxşı futbolçulara marağın getdikcə artacağını göstərir. Biz yalnız oyunçuları dəvət etmir, onlara liqamızda bir neçə gün qaçmağa və daha da məşhurlaşmağa görə pul ödəmirik. Ölkə çempionatının infrastrukturunu yaxşılaşdırmaq və klubların akademiyasını inkişaf etdirmək üçün planımız mövcuddu. Bunun üçün böyükmiqyaslı strategiya hazırlanıb. Bu strategiya yalnız xaricdən oyunçu gətirilməsindən ibarət deyil. Buna görə də liqanın uzun müddət inkişafda olacağını düşünürəm.

- “Liverpul”un azarkeşləri “transfer pəncərəsi”nin son günlərində Məhəmməd Salahın “Əl-İttihad”a mümkün keçidinə görə çox narahatçılıq keçirdilər. Amma o, İngiltərədə qaldı. Necə düşünürsünüz, Səudiyyə klubları onu sıralarına qatmaq üçün növbəti cəhdlərə əl atacaqlar?
- Əvvəlcə Salahın planetin ən yaxşı futbolçularından biri olduğunu deməliyəm. Mən bir müddət əvvəl bizim çempionatımıza gəlmək istəyən hər bir oyunçunu səmimi qəlbdən qəbul etdiyimizi rəsmən açıqlamışdım. Bu fikir Salaha da şamil olunur. Amma gərək bütün işlərimizi peşəkarcasına və qarşı tərəfə hörmət etməklə həyata keçirək. Bunlar bizim burda olmağımızı şərtləndirən amillərdi. Liqamız bu amillərin əsasında peşəkarlıq mühiti formalaşdırmaq, effektivliyə hörmət etmək və bütün işləri mütəxəssis kimi görmək üçün inkişaf edir. Salahın transferi baş tutmayıbsa, bu, heç də artıq bu oyunçunu bəyənmədiyimiz və ya “Liverpul”la problemlərimizin olduğu anlamına gəlmir. Keçid ona görə reallaşmayıb ki, tərəflər bəzi detallarda razılığa gələ bilməyiblər. Buna görə heç kim əsəbləşmir. Biz irəli hərəkət edir və qarşıda nəsə etmək və bunu ən yaxşı şəkildə reallaşdırmaq imkanı yaranarsa, qapıları açıq saxlayırıq. Nəticədə Məhəmməd Salah Səudiyyə Ərəbistanı liqasına gələrsə, buna görə çox məmnun olacağıq.

- Məlum prosesin başlamasına Ronaldonun çox təsir etdiyini düşünürsüz? Məhz onun Səudiyyə Ərəbistanına gəlişindən sonra başqa futbolçuların “Kriştiano bir halda ki belə addım atıb, onun ardınca yollanmaq bizə də rahatlıq gətirər” düşüncəsi ilə hərəkət etməsi fikrini bölüşürsüz?
- Birmənalı şəkildə. Onun statusunu, belə qərar vermək cəsarətini nəzərə alarkən atılan addımın doğruluğunu düşünməmək olmur. Bu oyunçular bir-birini tanıyırlar, xüsusilə elita içində olanlar. Onlar arasındakı söhbətlərin ruhu “oho, sənin bunu etdiyinə inana bilmirəm!” – “amma mən bunu etdim və hər şey möhtəşəmdi” kimi olub. Odu ki, bir çox həmkarlarında liqamıza maraq oyatdığı üçün Ronaldonun haqqını vermək lazımdı.

- Müzakirə olunan bəzi rəqəmlərə toxunaq: oyunçulara rekord təkliflər edilsə də, 2 və ya 3 milyon funt sterlinq ödənilir. Bu məlumat dəqiqdi?
- Məlumat böyük ölçüdə dəqiq deyil. Yayılan xəbərlərlə real faktlar arasında böyük fərqlər var. Bizim liqada çıxış edən futbolçular arasında əla qazananlar var? Əlbəttə. Amma bu məqamda “Barselona”dakı “Drim-Tim”i və “Real”dakı “Qalaktikos”u xatırlayıram. Bu rəqəmlərin ortaya atılması hamını səksəndirdi. Ronaldo vaxtilə “Mançester Yunayted”dən “Real”a 80 milyon avroya satılarkən hamı keçidin bu qiymətə reallaşmasını ağılsızlıq kimi qələmə vermişdi. Və futbolun ağlını itirdiyini düşünürdülər. Mən sizə həm də başqa idman növlərinə, məsələn, beysbola diqqət yetirməyi məsləhət görərdim. Bəzi rəqəmlərlə və oyunçuların müqavilələri ilə tanış olmağı tövsiyə edirəm. Bu biznesdi. Futbolu əvvəlcə peşəkar idmana, sonra gəlirli biznesə çevirməyin zəruri olduğunu qışqıranlar indi istənilən biznesdə olduğu kimi, bu sahədə də rəqəmlərin astronomik həddə yaxınlaşmasından şikayətlənirlər. İqtisadi göstəricilərin böyük olduğu doğrudu, amma mediada göstərilən rəqəmlərin çoxu yanlışdı.

- Səudiyyə Ərəbistanı liqasına futboldankənar səbəblərə görə gəlmək istəməyən futbolçular olub?
- Biz bir dəfə də belə halla üzləşməmişik.

- Başqa sözlə, heç kim insan hüquqları vəya LGBT-yə daxil olanların hüquqları ilə bağlı məsələləri qaldırmayıb? Heç bir oyunçu bu səbəblərdən Səudiyyə Ərəbistanında oynamaq istəmədiyini dilə gətirməyib?
- Xeyr. Mən başa düşə bilmirəm ki, bu məsələlər sərbəst bazarda peşəkar olanları niyə narahat etməlidi? Onlar müəyyən sahələr üzrə eskpertlərdi və karyeraları ilə bağlı qərar verərkən məhz bu planda məlumatlara müraciət etməlidilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-06-2023, 21:0

Gözlənilən transfer rəsmiləşdi

Dünya futbolu

1-01-2023, 18:0

Daha iki məşhur “Əl-Nəsr”in hədəfində

Dünya futbolu

15-06-2023, 18:0

Cerrard da Səudiyyə Əribistanına getdi

Dünya futbolu

15-12-2022, 18:0

Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

Dünya futbolu

28-07-2023, 19:0

Dövlət klublara transferlər üçün 19,7 milyard avro ayırdı

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə