• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Flik qovuldu, ancaq problem təkcə onunla bağlı deyil

AÇ

15-09-2023, 22:0

Almaniya Futbol İttifaqının (AFİ) milli komandanın baş məşqçisi Hans-Diter Fliki istefaya göndərdiyini xəbər vermişdik.

"Football-plus.az" xəbər verir ki, Yaponiya ilə yoldaşlıq oyunundakı biabırçı məğlubiyyətin (1:4) ertəsi verilən bu qərar ən gözlənilən və məntiqli ssenaridi. Hərçənd şayiələrə inansaq, AFİ rəhbərliyi bu mütəxəssisə vaxt vermişdi ki, məhz sentyabr oyunlarında bundestimin evdə keçiriləcək AÇ-2024 ərəfəsində rəqabətədavamlı komanda olacağını sübut etsin. Ancaq hər hər şey ortadadasa, Fransa ilə srağagün keçirilən yoldaşlıq oyununu gözləməyin mənası nədi? Almaniya yığması hazırda dərin böhran içindədi. 58 yaşlı mütəxəssis “sükan arxasına” keçərkən belə durumu proqnozlaşdırmaq mümkünsüz idi.

Ən azı ona görə ki, Flikə sehrbaz kimi baxırdılar. Niko Kovaçın ardından onun “Bavariya”da etdiklərinə nağıldan başqa ad vermək çətindi. Flikin sayəsində yenidən hər kəs mükəmməl Münhen maşınının klassik versiyasını gördü. Yox, bu, Xosep Qvardiolanın rəhbərliyi altında taktiki sxemlər və futbolçuların yeni mövqedə sınanması ilə heyran edən komanda deyildi. Flikin “Bavariya”sı Yupp Haynkes dönəminin komandasını xatırladırdı. Yeri gəlmişkən, Haynkes də Fliki varisi və əsl bavariyalı sayırdı.

Hans-Diter nəticədə mümkün olan hər şeyi – Çempionlar Liqası qarışıq – qazandı, özü də klubda möhtəşəm atmosfer yaratdı. “Bavariya” üçün isə bu nəinki işin yarısı, hətta daha artıqdı. Kluba gəncləri inkişaf etdirmək üçün dəvət olunan Flik bir neçə yeniyetmə istedadı əsas komanda səviyyəsinə yüksəltməklə yanaşı, veteranların da tam etimadını qazandı. O veteranların ki, Karlo Ançelottidən tutmuş hər kəsi “yandırmağa” hazırdılar. Çox güman, bu məsələdə Flikin köməyinə Yoahim Lövün köməkçisi kimi yığmada keçirdiyi illər yardım etdi, məhz onda “Bavariya”nın bütün ulduzları ilə xoş münasibətləri formalaşmışdı.

Odu ki, Flik rəhbərlik və konkret idman direktoru Həsən Salihamiciçlə münaqişə üzündən Münhen klubunu tərk edəndə milli komandanın baş məşqçi postuna ideal namizəd kimi göründü. Hər kəs dərhal Hansinin AÇ-2008-in Portuqaliya ilə 1/4 final oyununda Lövü ehtiyat oyunçular skamyasında necə uğurla əvəz etdiyin xatırladı, köməkçinin bundestimin zəfəri ilə bitən DÇ-2014-də standart vəziyyətlər üzərində daha çox çalışmaqla bağlı inadını yada saldı. Flikin yığmada baş məşqçi karyerası da möhtəşəm başladı – Almaniya yeni çalışdırıcı ilə ardıcıl 5 oyunda qalib gəldi və DÇ-2022-nin final mərhələsinə hamıdan tez vəsiqə qazandı.

Ancaq belə görünür ki, hər şey almanların göy qurşağı rənglərində olan sarğını futboldan daha çox düşündüyü Qətər mundialında korlandı. Özü də belə şeylərlə turnir hədəflərinə köklənmək istəyən gənclər yox, təcrübəli adamlar maraqlanırdı. Belədə daha bir alovlanan münaqişə yarandı. Qapıçı mövqeyi ətrafında Manuel Noyerlə Mark-Andre ter Ştegen arasında gedən daimi hesablaşma qədər sərt olmasa da. Bütün bunlar hələ dünya çempionatından əvvəl üzə çıxan oyun problemlərini bir qədər də dərinləşdirdi. Flik hansısa məqamda açıq-aşkar “yandırdı”, heyətlə bağlı eksperimentləri isə get-gedə daha çox sual doğurdu. Sxemlər və futbolçuların meydandakı rolu ilə bağlı daim yerdəyişmələr edir, gah üç mərkəz müdafiəçisi ilə oynayır, gah da sxemi 4-3-3-ə dəyişirdi. Məşqçiyə ünvanlanan sualların sayı isə artmaqda idi. Coşua Kimmixi sağ cinah müdafiəçisi mövqeyinə niyə qaytarmısan? Əmrə Canı müdafiənin mərkəzinə qoymağın mənası nədi, lap bu variant Dortmund “Borussiya”sında çətin vaxtda işə yarasa da. DÇ-2014 vaxtının Benedikt Hövedesinin analoqunu axtarmaq və nominal mərkəz müdafiəçisini sol cinaha göndərmək lazımdımı? Yaponiyaya qarşı Niko Şlotterbek belə oynadı. Və ya məsələn, İlkay Gündoğanın hücum “üçlüy”ündə yer almasının adı nədi? Eksperimentlər prosesi sonsuza qədər davam edəcəkmiş kimi görünürdü. İş o yerə gəlib çatdı ki, ötən şənbə 32 yaşlı Paskal Qross yığmada debüt etdi. Bu xavbekim sistem komandası olan “Brayton”dakı yxşı oyunu hər kəsə bəllidi. Ancaq onun məhz indi yığmaya dəvət olunmasından doğan nəticə budu ki, yığma çıxılmaz vəziyyətdədi, dalana dirənib, baş məşqçi də nə edəcəyini bilmir. Prinsipcə vəziyyətin belə olduğu Flikin oyunsonrası açıqlamalarından da görünürdü. Məsələn, son üç məğlubiyyətdən birinin ardından hansısa hazırlıq mərhələsindən gileylənmişdi.

Nəticədə Almaniya futbolunun hətta dözümlü mövqeyi ilə seçilən bossları belə bu qənaətə gəldilər ki, cərrahi müdaxilə qaçılmazdı. Ancaq indi yığmaya kim gəlir-gəlsin (bu mübarizədə favorit sayılan Yulian Naqelsmann və ya “Ayntraxt”ı çalışdıran Oliver Qlasner), yenə də eyni problemlərlə üzləşəcək. Anlaşılmaz və daim iflas edən müdafiə ilə. Hücumun mərkəzində alternativlərin azlığı ilə. DÇ-də bu mövqedə 30 yaşlı Niklas Füllkruq oynadı, onun əsas alternativi kimi də Kay Haverts qalır.

Nəhayət, yeni baş məşqçi istedadlı yaradıcı baxımından da əziyyət çəkəcək. Musiala, Virts, Sane və Qnabri yaxşı günlərin birində istənilən komandanı parça-parma edə bilər, ancaq nəsə qayasında getmirsə, heç nə bacarmırlar. Almaniya yığmasının indiki modelində sanki alman mentallığı yoxdu. Bu komanda köklərini və ənənələrini unudub, ulduzlarına isə - Gündoğan, Ter Ştegen, Rüdiger və Haverts istisna olmaqla – “böyük beşliy”in başqa ölkələrində ehtiyac yoxdu. Yekun olaraq onu deyə bilərik ki, Flik təkcə günahkar deyil, həm də şəraitin qurbanıdı. Onun varisinin halına qibtə etməyə dəyməz.

Yeri gəlmişkən...
Almaniya yığması ötən ilin sentyabrından bəri Flikin rəhbərliyi altında keçirdiyi 12 oyunun 6-da uduzub və yalnız 3-də qələbə qazanıb. Bundestim Qətərdə keçirilən dünya çempionatının ardından yalnız iki dəfə uduzmayıb – Peru və Ukrayna ilə yoldaşlıq oyunlarında. Yığmanın son təqvim ili ərzində keçirdiyi oyunların siyahısı:

tarix turnir şəhər oyun
23.09.2022 Millətlər Liqası Leyptsiq Macarıstan – 0:1
26.09.2022 Millətlər Liqası London İngiltərə – 3:3
16.11.2022 yoldaşlıq oyunu Muskat Oman – 1:0
23.11.2022 dünya çempionatı Əl-Rayyan Yaponiya – 1:2
27.11.2022 dünya çempionatı Əl-Haur İspaniya – 1:1
01.12.2022 dünya çempionatı Əl-Haur Kosta-Rika – 4:2
25.03.2023 yoldaşlıq oyunu Maynts Peru – 2:0
28.03.2023 yoldaşlıq oyunu Köln Belçika – 2:3
12.06.2023 yoldaşlıq oyunu Bremen Ukrayna – 3:3
16.06.2023 yoldaşlıq oyunu Varşava Polşa – 0:1
20.06.2023 yoldaşlıq oyunu Helzenkirhen Kolumbiya – 0:2
09.09.2023 yoldaşlıq oyunu Volfsburq Yaponiya – 1:4
cəmi: +3=3–6, top fərqi 18–22.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-06-2023, 20:0

Flikin aqibəti müəyyənləşdi

Dünya futbolu

13-09-2023, 18:0

Flik bundestimin tarixinə düşdü!

Dünya futbolu

9-09-2023, 17:0

Bundestimdə yeni kapitan

Dünya futbolu

5-05-2022, 21:0

Ter Ştegen bundestimdən niyə kənarda qalacaq?

Dünya futbolu

1-12-2022, 18:0

Flik istefa verəcək? - Özü açıqladı

Dünya futbolu

12-09-2023, 20:0

Bundestimi qəbul etməyə hazırdı

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə