• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

13-09-2023, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" olaraq maraqlı sitatları diqqətinizə çatdırırıq:

Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Leo karyerasını La Liqada başa vura bilmədi. Çünki“Barselona” ilə yeni müqavilə mövzusunda razılığa gəlmək mümkün olmadı. Mən onun yenidən İspaniyada oynamasını istəyirəm. Messinin karyerasını La Liqada başa vurması həm mənim, həm onun, həm də “Barselona” üçün əla olardı”.

İlkay Gündoğan, “Barselona”nın yarımmüdafiəçisi: “Mançester Siti”dən “Barselona”ya keçidim üçün aparılan danışıqlar intensivləşənə qədər şəhər haqqında kifayət qədər araşdırma apardım. Axı bu, mükəmməl sonluq idi. Mənim üçün “Barselona”ya keçməkdən yaxşı təklif ola bilməzdi”.
Mark-Andre ter Ştegen, Almaniya yığmasının qapıçısı: “İndi milli komandada mən “1 nömrə”yəm. Bu anı çoxdan gözləyirdim və indi fürsətdən istifadə etmək istəyirəm. Bu statusumu qorumaq üçün əlimdən gələni edəcəyəm. Manuel Noyerin zədəsinin bərpasının hansı mərhələdə olduğunu bilmirəm. Meydana qayıtdığını gördüm, dönüşü məni çox sevindirdi. Belə ağır zədədən sonra ən əsası onun meydana çıxmasıdı. Ümid edirəm ki, yenidən futboldan həzz alacaq. Mən belə məsələlərə təsir edə bilmərəm. Enerjimi buna sərf edə bilmirəm və istəmirəm”.

Nasser Əl-Xelayfi, PSJ-nin və Avropa Klublar Assosiasiyasının prezidenti: “Səudiyyə Ərəbistanından hansısa təhlükənin olduğunu düşünmürəm. Gəlin, Avropa futboluna və öz klublarımıza köklənək. Bizim böyük və vacib turnirlərimiz var. Ən yaxşı futbolçular da Avropadadı. Avropadan kənarda baş verən hadisələri müzakirə etməyi və dəyərləndirməyi lazım bilmirəm. Gəlin, öz işlərimizlə məşğul olaq”.

Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu: “Portuqaliya futbolunda münaqişə? Bu, məni təəccübləndirmir. Bütün çempionatlarda münaqişələr olur, amma Portuqaliyada belə hala daha çox rast gəlinir. Bu pisdi. Və problemlərdən biri də budu. Hamı öz fikrini deyir, hamı müzakirə edir, 40 kanal danışır. Buna görə Portuqaliya çempionatı premyer-liqa və ya bundesliqa kimi tezliklə yüksək səviyyəli liqa olmayacaq. Mən portuqaliyalıyam və bu, məni narahat edir. İstərdim ki, liqamız ən yaxşılar sırasında olsun. Fikrimcə, Səudiyyə Ərəbistanı çempionatı Portuqaliya liqasından daha yaxşıdı. Səudiyyə Ərəbistanında çox hay-küy yoxdu, adların keyfiyyəti daha yaxşıdı. Ümid edirəm ki, gələcəkdə Portuqaliya çempionatında hər şey daha yaxşı olacaq. Bilirəm, çətin məsələdi, bəlkə də qeyri-mümkündü. Son vaxtlar başverənlər Portuqaliya çempionatını sirkə çevirib”.

Stole Solbakken, Norveç yığmasının baş məşqçisi: “Çox güman ki, seçim Lionel Messi, Kilian Mbappe və Erlinq Holann arasında aparılacaq. Qalan namizədlər autsayderdi. Mənim fikrimi bilmək istərdizsə, qalibin Messi olacağını deyərdim. Ona görə ki, dünya çempionu olub. Bu titul həmişə seçki prosesinə təsir edir. Mbappe də sonuncu dünya çempionatının iştirakçısı olub. Holann isə İngiltərə çempionatının ən yaxşı bombardiri olub, bir neçə rekordu yeniləyib, premyer-liqada bütün kateqoriyalar üzrə ən yaxşı futbolçu seçilib. Üstəlik Çempionlar Liqasının qalibi olub”.

Lionel Skaloni, Argentina yığmasının baş məşqçisi: “Ekvadorla oyun üçün satışa çıxarılan biletlərin doqquzunu almışam. Əlbəttə, buna görə ödəniş etmişəm. Təxminən 900 min peso xərcə düşmüşəm, amma mən qiymətləri müəyyən etmirəm. Məndən asılı olsaydı, azarkeşləri stadiona biletsiz buraxardım”.

Yannik Ferreyra Karrasko, “Əl-Şəbab”ın yarımmüdafiəçisi: “Səudiyyə Ərəbistanına bir çox ulduz futbolçu gəlib. Yerli liqa inkişaf edir və dünyaya açılır. Səudiyyə Ərəbistanı çox gözəl ölkədi. Hər tərəfdən yağdırılan tənqidlərə fikir vermək yox, buranı öz gözlərinlə görmək lazımdı. Mən bir sıra təşkilatların mövqeyini bölüşmürəm. Burda Kriştiano Ronaldo ilə sevgilisinin normal həyat tərzini davam etdirdiklərini gördüm. Başqa oyunçular da onun kimi. Mən bu ölkədə bir neçə il əvvəl olmuşdum. Səudiyyə Ərəbistanında qadınların necə sərbəst olduqlarını görmüşdüm. İnsan hüquqlarının pozulması ilə bağlı heç bir fakta rast gəlməmişdim”.

Mario Bittenkur, “Fluminense”nin prezidenti: “Liverpul”un baş direktoru (Billi Hoqan – R.Y.) mənə zəng edərək Andre Netoya görə təklif irəli sürdü (bəzi mənbələr İngiltərə klubunun avqustun son günündə 30 milyon avro təklif etdiyini xəbər vermişdi – R.Y.). Ona dedim ki, indi futbolçu satmıram. Oyunçu almaq istəyirsə, yanvarda danışa bilərik. Və ya bir qədər gözləyə bilsə, dekabrda görüşərik”.

Çiro İmmobile, İtaliya yığmasının hücumçusu: “Bütün bu anları milli komanda ilə yaşamağa davam etmək istəyirdim. Ona görə də Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdim. Hələ də İtaliya yığmasına verəcəklərim var. Avropa çempionatına az qalıb”.

Kilian Mbappe, PSJ-nin hücumçusu (Serxio Ramosun “Sevilya”ya qayıtmasına reaksiyası): “Uğurlar, dostum. Kral qayıtdı”.

Qaret Sautqeyt, İngiltərə yığmasının baş məşqçisi: “Harrinin bir neçə illik gələcəyinin müəyyənləşməsi milli komanda üçün faydalı olacaq. İndiki vəziyyət onun da xeyrinədi. Keyn indi istədiyi klubda oynayır. O, uzun müddət bir klubda çıxış edib. Dəyişiklik o deməkdir ki, yeni komanda yoldaşların, məşqçilər və azarkeşlərdə oyadacağın ilkin təəssüratın xoş olmasına və yeni ölkəyə qısa zamanda uyğunlaşmağa çalışırsan. Fikrimcə, belə yerdyişmənin bir çox müsbət cəhətləri olur. Harrinin iş yerini titul qazanmaq üçün dəyişdiyinə əminəm. Onun yeni komandasında oyunçu kimi ən yaxşı olacağını deyə bilmərəm, amma “Bavariya”ya keçidin onun üçün psixoloji planda faydalı olacağını düşünürəm”.

Antuan Qrizmann, “Atletiko”nun hücumçusu: “Klub tarixinin ən yaxşı bombardiri olmaq üçün 15 qolum çatmır. “Atletiko”da qalıram və rekordu yeniləməyə çalışacağam”.

Randal Kolo Muani, PSJ-nin hücumçusu: “PSJ uşaq yaşlarımdan azarkeşlik etdiyim klub, Paris böyüyüb boya-başa çatdığım şəhərdi. Paytaxta qayıtmaq üçün əlimdən gələni etmək istəyirdim. Doğma yurda dönüş adamda həmişə xoş hisslər oyadır. Sevdiyim klubla uğur qazanmağa çalışmaq da məni çox cəlb edir. Baş məşqçinin yeni komanda ilə iş metodu da xoşuma gəlir. Deməli, indi yeni işin qulpundan tutmaq məqamıdı! Oyundaşlarıma çox köməyimin dəyə biləcəyini düşünürəm. Mən var gücünü meydanda qoyan oyunçulardanam. Buna görə PSJ-nin futbolkası üçün ölməyə hazıram!”

Yuri Syomin, Moskva “Lokomotiv”inin sabiq baş məşqçisi: “Xviçanın “Qızıl top”u qazanmaq şansı çox deyil. Çünki avrokubokların son mövsümünün qalibi olan futbolçular var. “Lokomotiv”in sabiq oyunçusu Kvaratsxeliya isə qitə arenasında titul qazanmayıb. Amma onun fəxri mükafata namizədlərin siyahısına düşməsi faktı böyük uğurdu. Sükanı belə saxla!”

Yassin Bunu, “Əl-Hilal”ın qapıçısı: “Bir müddət əvvəl “Real”a keçmək şansım vardı. Bu klubdan təklif almışdım. Amma Afrika Millətlər Kuboku transferimi çətinə saldı və mənim Madridə yollanmağıma mane oldu”.

Mayk Menyan, “Milan”ın qapıçısı: “PSJ-yə qarşı “Lill”in oyunçusu kimi çıxış etmişəm. Bu dəfə doğma klubuma qarşı Çempionlar Liqasında oynayacağam. Qarşıdakı oyunların sürətli və gərgin keçəcəyini düşünürəm. Belə oyunları sevirəm. Günlərin birində PSJ-yə qayıdacağam? Mən parisliyəm, amma indi müqavilə ilə “Milan”a bağlıyam. Gələcəyimizin necə olacağı bizə bəlli deyil”.

Nasser Əl-Xelayfi, PSJ-nin və Avropa Klublar Assosiasiyasının prezidenti: “Səudiyyə Ərəbistanından hansısa təhlükənin olduğunu düşünmürəm”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-09-2023, 19:0

Tebasın növbəti Messi arzusu

Dünya futbolu

24-10-2022, 10:0

Ter Ştegen La Liqada rekorda imza atdı

Dünya futbolu

28-07-2022, 13:0

Ter Ştegen "Barselona"da qalaca

Dünya futbolu

22-06-2023, 22:0

Gündoğan artıq “Barselona” ilə anlaşıb?

Dünya futbolu

5-05-2022, 21:0

Ter Ştegen bundestimdən niyə kənarda qalacaq?

Dünya futbolu

25-06-2023, 21:0

Gündoğan nə vaxt “Barselona”lı olacaq?

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə