Nəhayət, Kasper Şmeyhel özünə yeni klub tapıb.
"Football-plus.az" xəbər verir ki, o, karyerasını Belçikada davam etdirəcək.
Danimarkalı qapıçının “Anderlext” ilə anlaşdığını “Foot Mercato” xəbər verib. 36 yaşlı futbolçunun sonuncu klubu “Nitsa” olub. Kasperin Fransa klubu ilə müqaviləsi iyunun 30-da qüvvədən düşmüş və o, azad agent statusu qazanmışdı.