Azərbaycan – Türkiyə oyununun vaxtı

5.09.2023 11:13 275
Yığma
Sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq Çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ilk oyununu sentyabrın 19-u Türkiyəyə qarşı keçirəcək.

19 sentyabr

22.15. Azərbaycan – Türkiyə

20 sentyabr

22.15. Azərbaycan – Rumıniya

21 sentyabr

16.00. İsveçrə – Azərbaycan

Qeyd edək ki, matçların saatı Bakı vaxtı ilə göstərilib.