• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Toni Osimheni ən yaxşı sayır: “Jiru mənim rekordumu təkrarlaya bilər”

Dünya futbolu / Müsahibə

4-09-2023, 18:0

“Qolları kim vurursa, matçın qalibi də o olur. Oyunların nəticəsini hücumçular müəyyən edirlər. Bu səbəbdən onlar transfer bazarında ən çox tələb olunan oyunçulardı” - bu fikirlər Luka Toniyə məxsusdu.


“Football-plus.az” xəbər verir ki, İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan sabiq hücumçu “Yuventus”un rəsmi saytına müsahibə verib. 46 yaşlı Toni əsasən indi A seriyasında oynayan hücumçularla bağlı verilən sualları cavablayıb.

- Hazırda A seriyasında ən güclü hücumçu kimdi?
- Birmənalı şəkildə ən yaxşısı Osimhendi. O, indi İtaliyada “1 nömrə”di. Məhz ona görə “Napoli”ni bu mövsüm skudetto uğrunda mübarizədə əsas favorit sayıram.

- Bəs Vlahoviç haqda nə düşünürsən?
- Bu dəfə bütün işlərinin qaydasında olacağına əminəm. Duşan mövsümə əla başlayıb. O, böyük potensiala və daha da inkişaf etmək üçün ehtiyata malikdi. Mövsümün ilk oyunlarını əla keçirib və böyük sıçrayışa nail ola bilər. Ötən mövsüm zədələr ona çox mane oldu. Amma indi vəziyyət qaydasındadı. “Yuve” Duşanı komandada saxlamaqla doğru qərar verdi.

- Vlahoviçdən başqa Kyeza da bir sıra klubların maraq dairəsinə düşmüşdü. Bu oyunçular komandanı zirvəyə qaytarmağa qadirdilər?
- “Yuventus”un başqa ölkələrin klublarına “yox” deməsi məni çox sevindirir. Vlahoviçlə Kyeza gəncdi, amma çox güclü oyunçulardı. Onlar bir sıra problemlərə görə çox ağır keçən mövsümdən sonra “Yuve”nin aparıcı oyunçuları olduqlarını sübut etmək istəyirlər. Bu futbolçular uğur qazanmaq və Alleqrinin komandasının lideri olmaq üçün hər cür keyfiyyətə malikdilər.

- “Yuve” bu mövsüm skudetto uğrunda mübarizə apara bilər?
- Avrokuboklarda oynamamaq komanda üçün çempionluq yarışında böyük üstünlük ola bilər. İndi transfer dövrünün son günlərində nə baş verəcəyinə diqqət yetirmək lazımdı. Çünki mənə elə gəlir ki, böyük klublar “transfer pəncərəsi” bağlanmazdan əvvəl də bir-iki oyunçu alacaqlar.

- Lukakunun “Yuventus”a keçmək şansı var idi, amma “Roma” ilə müqavilə bağladı. Bu keçid A seriyasında balansa nə dərəcədə təsir edəcək?
- “Roma” Lukaku ilə daha güclü olacaq. Mənə elə gəlir ki, Dibala ilə əla duet təşkil edəcəklər: onlar xarakteristikasına görə bir-birini yaxşı tamamlayırlar. Yeni mövsüm “Roma” üçün heç də yaxşı başlamayıb. Amma “Böyük Roma”nın gəlişi komandanın həm də istək və ambisiyalar planında əhəmiyyətli sıçrayış etməsinə şərait yarada bilər.

- 38 yaşında A seriyasının ən yaxşı bombardiri olmusan. Bu mövsüm Jiru sənin rekordunu yeniləyə bilər.
- Olivye hər yaşda qol vuracaq səviyyədə olan klassik hücumçudu. O, cərimə meydançasında düzgün mövqe tutmağı bacarır. Qapı qarşısında çox təhlükəlidi. Bu mövsüm də kifayət qədər qol vuracaq. Buna görə də Jiru mənim rekordumu təkrarlaya bilər. Ona bu planda da uğur diləyirəm.

- “İnter”lə bağlı vəziyyət isə bir qədər anlaşılan deyil...
- Komanda kağız üzərində Ceko və Lukakunun gedişi ilə kifayət qədər qoldan məhrum olub. “İnter”in rəqabətədavamlılığı Arnautoviç, Türam və Sançesin komandaya necə uyğunlaşacağından asılı olacaq. Mənə elə gəlir ki, rəhbərlik Lukakunun geri qayıdacağı düşüncəsi ilə Cekonu erkən buraxdı. Əks halda Edini saxlamaq zəruri olacaqdı.

- İtaliya futbolunda son illər nə üçün yüksək səviyyəli hücumçular yetişmir?
- Hazırda əksər klubların gənclərdən ibarət komandasında italiyalı oyunçuların sayı azdı. İstedadları yetişdirmək çətindi. Gənc oyunçunu ölkə xaricindən gətirmək həmişə asan və effektli görünür. İndi milli komanda üçün “9 nömrə” tapmaq çox çətindi. Mən Skamakkaya üstünlük verirəm, onun oyunu çox xoşuma gəlir. “Atalanta”da Qasperini kimi məşqçinin rəhbərliyi altında oynamaqla daha da inkişaf edəcək. Qasperini hücumçulardan effektiv şəkildə istifadə etməyi bacarır. Skamakkanın onun sayəsində irəli gedəcəyinə ümid edirəm.

- Ötən bazar günü fentezi-futbola həsr edilən tədbirə dəvət almışdın. Hücumçulardan kimə üstünlük verirsən?
- Osimhenə görə ağlımı itirirəm. Amma o, həddən artıq baha qiymətə olanda Vlahoviçi seçirəm. 2022/23 onun mövsümü olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2023, 19:0

“Yuventus”dan Almaniyaya yollana bilər

Dünya futbolu

19-04-2022, 19:0

Vlahoviç yalnız Patodan geri qalır

Dünya futbolu

19-06-2023, 15:0

Osimhen A seriyasında ən bahalı futbolçudu

Dünya futbolu

23-03-2022, 16:0

A seriyasında son mövsümün ən yaxşı futbolçusu seçildi

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə