• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ayaz Quliyev “Sabah”a nə verəcək? - ŞƏRH

Ölkə futbolu / Manşet

1-09-2023, 15:0

2023/24 mövsümündə çempionluğa iddialı olan “Sabah” bazar ertəsi heyətini daha bir futbolçu ilə gücləndirdi. Ayaz Quliyev bu kluba transfer olundu. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

Əslində Ayazın Azərbaycana gəlişi çoxdan gözlənilirdi. 26 yaşlı futbolçu ilə “Neftçi” yaxından maraqlanırdı. Hətta flaqmanın iyulda Rusiyada keçdiyi təlim-məşq toplanışı zaman futbolçu düşərgədə olub. Lakin sonradan “Ximki”nin tələbi ilə Ayaz geri qayıtmalı olub. Cəmi bir ay sonra futbolçunu “Sabah”a keçidi yarımmüdafiəçinin flaqmana transfer olunmamasının səbəbini aydınlaşdırır. Çox güman, “bayquşlar” Ayaz üçün Rusiya klubuna daha çox pul təklif edib. Bu səbəbdən şimal qonşularımız yarımmüdafiəçini satıb. Məşhur “transfermarkt” portalında oyunçunun “Sabah”a 400 min avroya keçdiyi qeyd olunub. Həqiqətən böyük məbləğdi. İnformasiyanın dəqiq olub-olmadığını isə “Ximki” və “Sabah” rəhbərləri daha yaxşı bilir. Bakı təmsilçisinə məsələ ilə bağlı müraciət edə bilərdik. Lakin cavabı əvvəlcədən bildiyimiz üçün buna ehtiyac yoxdu. Onsuz da sorğumuzla bağlı bunları söyləyəcəklər:
“Konfedesionallığı qorumaq üçün bu barədə nəsə söyləyə bilmərik”.

Düzdü, “transfermarkt”da azərbaycanlı futbolçularla bağlı real olmayan qiymətlər çox göstərilib və göstərilir də, amma Avropa futboluna aid qiymətlərin hamısı doğru olur. Bizim üçün bu məsələ o qədər də vacib deyil. Əsas məqam budu ki, yarımmüdafiəçi Azərbaycan premyer-liqasında top qovacaq.
Bəs Ayaz Quliyev “Sabah”a fayda verə bilərmi? Bu suala cavab vermək asan deyil. Çünki futbolçu “Ximki”nin heyətində o qədər də yaxşı perfomans sərgiləmədi. Həm də Ayaz qalmaqallı şəxsdi. Rusiya mətbuatında haqqında xoş olmayan məlumatlar dərc olunurdu. Bu məqam da bizim üçün o qədər vacib deyil. Onsuz da “Sabah”ın baş məşqçisi Murad Musayev bu tipdə futbolçuları sevir. Rusiyalı mütəxəssis, yəqin ki, yaxından tanıdığı Ayazın bu xüsusiyyətlərinə bələddi. Yəni davranışına görə Ayaz “Sabah”da hansısa problemi yaşamayacaq. Bəs “bayquşlar”ın heyətində müntəzəm oynaya biləcəkmi? Əvvəlcə onu qeyd edək ki, Ayaz yarımmüdafiənin mərkəzində çıxış edir. Bu mövqedə isə “Sabah”da, demək olar ki, yaxşı futbolçular yer alıb. Elvin Camalovla Kristian da Silva dayaq, Aleksey İsayev, Vinset Till, Anatoli Nuriyev kimi oyunçular isə mərkəz yarımmüdafiəçi kimi meydana çıxır. Belədə Ayazın tezliklə əsas heyət üzvü olması çətin məsələdi. Lakin gəlin hadisələrə başqa yöndən baxaq. Yarımmüdafiəçi “8” nömrəli formanı geyəcək. Görəsən, bu seçim nəyə əsasən edilib? “Sabah”ın heyətində Aleksey Kaşuk bu formanı geyirdi. İndi “8” nömrəni Ayaza veriblərsə, deməli, yarımmüdafiəçi komanda üçün önəmli fiqur olacaq. Belə görünür ki, Murad Musayev Elvinin yaşını, Kristian da Silvanın da səviyyəsinin o qədər yüksək olmadığını nəzərə alaraq Ayazı yarımmüdafiənin dayağında oynadacaq. Ya da rotasiya edərək futbolçunu elə Kaşukun mövqeyində - sağ cinah vingeri olaraq sınaya bilər.

Musayevin futbolçunun tezliklə Azərbaycan pasportunu alacağını söyləməsi də Ayazın “Sabah”da əsas heyət üzvü olacağının siqnalıdı.
Bu açıqlamadan bir sual da ortaya çıxır: AFFA yarımmüdafiəçinin “milliləşdirilməsini” həll edib? Bu sualı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Bəli, Ayaz Quliyevlə bağlı FİFA-ya müraciət etmişik. Çünki futbolçu Azərbaycan millisində oynamaq istədiyini bizə bildirmişdi. Lakin bu o demək deyil ki, pasportun verilməsi tezliklə elan olunacaq. FİFA-nın razılığı olmalıdı. Bu məsələ prosedur qaydalara uyğun şəkildə davam edir. Yığmanın qarşıdakı oyunlarına kimi həll olunub-olunmayacağı hadisələrin axarından asılı olacaq”.


Bir sözlə, “Sabah” Ayaz Quliyevlə bağlı böyük işlər görüb. Ümid edək ki, yarımmüdafiəçinin Azərbaycandakı karyerası Rusiyadakı kimi olmayacaq, qalmaqallarla yox, oyunu ilə gündəmdə qalacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-08-2023, 21:0

Ayaz Quliyev "Sabah"da

Premyer-liqa

21-08-2023, 23:0

Ayaz Quliyev “Sabah” yolunda

Premyer-liqa / Manşet

27-08-2023, 23:0

Ponomaryov Ayaz Quliyevi hələ “Sabah”ın oyunçusu saymır

Premyer-liqa / Manşet

5-12-2022, 12:0

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

Yığma / Manşet

10-01-2023, 15:0

"Ayaz Quliyev Azərbaycan millisində çıxış etdiyi gündən...”

Aktual
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Bu gün, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Bu gün, 19:37
    3-cü mərhələ həyəcanı Randers və Lyublin səfərləri ilə başlayır... - YENİLƏNİR
  • Bu gün, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Bu gün, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 123
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə