• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Braqa” Portuqaliyanın seriyasını 3-ə çatdırdı - ŞƏRH

Dünya futbolu

31-08-2023, 22:0

Avqustun 29-da Çempionlar Liqasının (ÇL) pley-offunun ilk qalibləri müəyyənləşdi.

“Football-plus.az” xəbər verir ki, həmin gün bu mərhələnin cavab görüşlərindən üçü keçirildi. Bu oyunların nəticələrinə əsasən “Braqa”, “Qalatasaray” və “Yanq Boyz” qrupda çıxış etmək hüququ qazandı.

Diqqəti cəlb edən əsas fakt qalib komandaların rəqibləri üzərində aşkar üstünlüyə malik olmasıdı. Portuqaliyada “Panatinaikos”a 2:1 hesabıyla qalib gələn “Braqa” üçün Yunanıstana səfərin asan keçməyəcəyi ehtimal olunurdu.

Xatırladaq ki, afinalılar ilk oyunda onlara vacib olan qolu son saniyələrdə vurmuşdular. Bu qol İvan Yovanoviçin komandasının mərhələni adlamaq imkanını bir qədər artırmışdı. Bu cütdəki rəqabətin gərginliyi Afinadakı həlledici oyunun az qala hər epizodunda hiss olunurdu. Bunun ilk qurbanı Yedvay oldu: yunanların “Lokomotiv”dən (Rusiya) icarəyə götürdüyü 27 yaşlı xorvat müdafiəçi fasiləyə az qalmış zədə alaraq meydanı tərk etdi. Real qol vəziyyətlərinə gəlincə, hesabı “Braqa” açmağa yaxın idi. Lakin İspaniyanın gənclərdən ibarət komandasının kapitanı Ruisin zərbəsini italiyalı qapıçı Brinyoni ayağı ilə dəf etdi. Yunanlar isə Vilyenanın yerinə yetirdikləri künc zərbəsindən sonra qola yaxın oldular. Bu epizodda qonaqların qapıçısı Mateus Vayannidisin zərbəsinə topa tirin altından müdaxilə etməklə reaksiya verdi. Braziliyalı əlcək sahibi 2-ci hissədə daha bir yaddaqalan seyv etdi: Palasiosun topu yerlə qapının uzaq küncünə yönəltmək cəhdinin qarşısını aldı. Hər halda, cavab görüşünün nəticəsini qol həll etdi: 83-cü dəqiqədə Bruma topu uzaq dirək istiqamətində tora qovuşdurdu. Ev sahibləri isə oyunboyu yaxaladıqları bütün imkanları boşa verdilər. Curiçiç ilə Şporar, belə desək, artıq topu qapıda görürdülər. Ancaq birinci imkanı qaçırdı, sonuncunun sevinməsinə isə 16 ildən sonra bu yay vətəni Portuqaliyaya qayıdan Fonte mane oldu. Yeri gəlmişkən, AÇ-2016-nın qalibi olan veteran müdafiəçi dekabrda 40 yaşını tamamlayacaq. Jozeni “Braqa”nın ÇL-in qrupuna vəsiqə qazanmasının əsas səbəbkarlarından saymaq olar. Onu da qeyd edək ki, Portuqaliya bu turnirin əsas mərhələsində ardıcıl üçüncü mövsüm üç komanda ilə təmsil olunacaq. Son çempion “Benfika” və vitse-çempion “Portu” mübarizəyə birbaşa qrupdan başlayacaqlar.
Hayfada ötən həftə keçirilən ilk oyunda hesabın açılmaması “Makkabi” ilə “Yanq Boyz” arasındakı cavab görüşünün də gərgin keçəcəyindən xəbər vermişdi. Əlbəttə, öz meydanında oynayacağından İsveçrənin son çempionunun uğur qazanmaq şansı yüksək dəyərləndirilirdi. Lakin Berndəki matçın lap əvvəlində buraxılan səhv ev sahiblərinə baha başa gələ bilərdi. İsrailli Davidin hesabı açması qapıçı Raçoppinin müdaxiləsindən sonra topun dirəyə dəyməsi ilə də mümkün olmadı. Əvəzində sağ cinahda fəal görünən Elia 5 dəqiqə ərzində “Makkabi”ni iki dəfə şoka salmağı bacardı: əvvəlcə İtten “ikinci mərtəbə”dən endirdiyi zərbə ilə hesabı açdı, az sonra isə onun güclü təzyiqindən təlaşa düşən seneqallı müdafiəçi Sek topu öz qapısına yönəltdi.
İsrailin son çempionu çərşənbə axşamı bəxtsizliklə də üzləşdi. Hayfalıların hücum xəttinin lideri Pyerro gözəl imkanı qaçırdı. Haitili futbolçu başı ilə tiri hədəfə aldı. Bu epizodda fərq minimuma ensəydi, qalan vaxtda mübarizə daha maraqlı ola bilərdi. İkinci hissə yenicə başlamışdı ki, intriqa məhv oldu: Uqriniç topun oyunçulardan birinə dəyməklə qapıçını da çaşdırdığı epizodun qəhrəmanına çevrildi. Beləliklə, “Makkabi” ardıcıl ikinci mövsüm qrupda oynamaq şansından yararlana bilmədi. Xatırladaq ki, hayfalılar ötən mövsüm “Benfika”, PSJ və “Yuventus”un da yarışdığı qrupu 3 xalla sonuncu yerdə başa vurmuşdular. “Yanq Boyz”un iki ildən sonra qrup mərhələsinə vəsiqə qazandığını da bildirək. Bernlilər onda “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta”nın da yarışdığı qrupda 5 xalla sonuncu olmuşdular.

pley-off, cavab görüşləri
Panatinaikos (Yunanıstan) - Braqa (Portuqaliya) 0:1 (ilk oyun – 1:2)
Bruma, 83.
Yanq Boyz (İsveçrə) - Makkabi (Hayfa, İsrail) 3:0 (0:0)
İtten, 23. Sek, 28-öz qapısına. Uqriniç, 46.
Qalatasaray (Türkiyə) - Molde (Norveç) 2:1 (3:2)
İkardi, 7-p. Anxelinyo, 90+3 – Hestad, 66.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-08-2023, 10:0

Çempionlar Liqası: "Qalatasaray" qalib gəldi, İsraildə "sülh"

Çempionlar Liqası

17-08-2023, 21:0

Mahirin komandası evdə uduzdu

Dünya futbolu

11-10-2022, 23:0

QSİ Portuqaliya klubunda pay sahibi oldu

Maraqlı

29-08-2023, 17:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Dünya futbolu

20-05-2022, 21:0

“Braqa”da məşqçi dəyişikliyi

Maraqlı

23-08-2023, 12:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Aktual
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Son xəbərlər
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Dünən, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Dünən, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Dünən, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Dünən, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Dünən, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Dünən, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Dünən, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Dünən, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Dünən, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • 9-07-2026, 23:0
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • 9-07-2026, 23:0
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • 9-07-2026, 22:0
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 134
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 128
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə