2023/24 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, UEFA-nın təsis etdiyi mükafatın qalibi Monakoda keçirilən Çempionlar Liqasının püşkatmasında açıqlanıb.
İlin ən yaxşısı adına Pep Qvardiola layiq görülüb. “Mançester Siti”nin ispaniyalı çalışdırıcısı digər namizədləri qabaqlayıb.
Qeyd edək ki, Qvardiolanın yetirmələri ötən mövsüm Çempionlar Liqasının qalibi olub.