“Çelsi” daha bir oyunçunu transfer edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu Corce Petroviçi sıralarına qatıb. Serbiyalı qapıçı londonlularla “7+1 il” sxemi üzrə anlaşıb. Yeni klubunun ona görə “Nyu İnqlənd”ə nə qədər təzminat ödəyəcəyinə rəsmən aydınlıq gətirilmir.
23 yaşlı futbolçu bu mövsüm MLS-də 22 oyun keçirib.