Mahir Emrelinin çıxış etdiyi “Dinamo” aparıcı oyunçularından biri ilə vidalaşıb.
“Football-plus.az” xəbər verir ki, Zaqreb klubu Luka İvanuşetsi “Feyenoord”a satıb. Bu transfer rotterdamlılara 8,5 milyon avroya başa gəlib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
İvanuşets “Dinamo”da 2019-cu ildən çıxış edirdi. 24 yaşlı futbolçu bu komanda ilə Xorvatiya çempionatında keçirdiyi 117 oyuna 27 qol vurub.