• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov necə dəyişdi? - KÖŞƏ

Manşet / Yazarlar

26-08-2023, 15:0

"Rakuv”la oyundan sonra yaşananlar hələ də gözümün önündədi.

Hamı "Qarabağ”ı, Qurban Qurbanovu, əsasən də rəhbərliyi qınayırdı ki, klub transferlərə pul xərcləmək istəmir. Əslində haqlı idilər də. Çünki komanda Çempionlar Liqasında mübarizəni dayandırmışdı. HİK-i mübarizədən kənarlaşdırmaq çətin görünürdü. Dəyişiklik lazım idi. Qurban Qurbanov ən azı kollektiv daxilində yaşanan psixoloji problemin öhdəsindən gəlməliydi. Təcrübəli mütəxəssisin işi çətin idi. Şahruddinin səhvləri üzündən komanda uğur əldə edə bilmirdi, ictimaiyyət bunun məsuliyyətini də baş məşqçinin üzərinə qoyurdu.

Media, futbol ictimaiyyəti "köhlən atlar”ı tənqid edirdi. Qurban Qurbanov dəyişikliyə "Rakuv”la oyundan sonrakı mətbuat konfransında başladı. 51 yaşlı çalışdırıcı ilk dəfə komandasının uğurlar qazandığını, 19 yaşlı futbolçunu Çempionlar Liqası kimi turnirin təsnifat mərhələlərində meydana buraxdığını dilə gətirdi. Uzun illərdi Ağdam təmsilçisinin başında duran məşqçi əvvəlcə öz səhvlərini anladı. Başa düşdü ki, bu topluma uğurları sadalamaq, gördüyü işləri demək lazımdı.

Şəxsən mən həmin konfransda transferlərin komandaya gec uyğunlaşmasından, gələn kimi fayda verməməsindən şikayətçi olmuşdum. Qurban Qurbanov bunu qəbul etmiş, verəcəyi cavabın özünümüdafiə kimi səslənəcəyini dilə gətirmişdi. Mütəxəssis HİK-lə oyunlarda özünə və kollektivdəki bəzi futbolçulara son şans vermişdi. O, ümid edirdi ki, Şahruddin bu qədər tənqidlərdən sonra özünə gələ bilər. Düşünürdü ki, Abbas Hüseynov tez sağalar, Marko Veşoviç ağlını başına yığar, Toral Bayramov sağ cinaha uyğunlaşar, Hamidu Keyta özünə gələr, Nəriman Axundzadə daha yaxşı inkişaf edər. Amma nafilə. Əlində olan kollektivə mərhələ keçsə də, səhvlər olduqca çox idi. Yaşananları sadalamağa gərək yoxdu. Nələr yaşandığını hamınız gördüz.

Bundan sonra yeni layihə üzərində plan quruldu.
Əvvəlcə uzun müddətdi danışıq aparılan Andrey Lunyovlə rəsmi müqavilə imzalandı. Bu transferlə ictimaiyyətin incikliyi bir qədər azaldı. Daha sonra sağ cinahda həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edə bilən Mateus Silvanın keçidi rəsmiləşdi. Artıq bu planın görünən tərəfi idi. Srağagün "Olimpiya" ilə görüşdə Luka Quqeşaşvilinin qapıda dayanması çox şeydən xəbər verirdi. Nəhayət, Silva 15 dəqiqə meydanda olsa da, hansı səviyyədə futbolçu olduğunu nümayiş etdirdi.

Bəs Qurban Qurbanovun planı nədi? Təcrübəli mütəxəssis hər mövqedə üç keyfiyyətli futbolçunun olmasını istəyir. Çünki komanda üzvlərinin tez-tez zədələnməsi onu buna məcbur edir. Artıq "köhlən atlar”ın 4 qolkiperi var. Yəqin bunlardan biri "transfer pəncərə”si bağlanana kimi icarəyə veriləcək. Böyük ehtimal bu, Amin Ramazanov olacaq. Müdafiənin solunda isə 2 eyni səviyyəli yerli müdafiəçi var. Onların sırasına qışa kimi bir legioner qoşula bilər. Elvin Cəfərquliyevlə Toral Bayramov yaxşı futbolçular olsalar da, burda əcnəbi futbolçunun da olması Qurban Qurbanovun əlini daha da gücləndirəcək. Müdafiənin mərkəzində isə hansısa problem yoxdu. Burda Kevin Medina, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov var. Bu 4 futbolçu həm çempionat, həm də avrokubok matçları üçün yetərli sayıla bilər. Silvanın gəlişindən sonra sağ cinahdakı problem də həllini tapdı. Sentyabrın sonuna kimi Abbasın da zədəsinin sağalacağını nəzərə alsaq, işlər qaydasına düşəcək.

Onsuz da Veşoviç komandanın əsas sağ cinah müdafiəçisidi. Kapitan Maksim Medvedev də çempionat oyunlarında komandaya kömək olsa, bəs edər. Dayaq və mərkəz yarımmüdafiəsində də hansısa problem yoxdu. Burda 5 futbolçu var. Bunlar Julio Romao, Patrik Andrade, Riçard Almeyda, Marko Yankoviç və Nihad Quliyevdi. Yarımmüdafiənin solunda da problemin yaşanacağını düşünmürəm. Abdulla Zubir, Redon Cica və Hamidu Keyta bu mövqedə kifayət qədər effektli futbolçulardı.

Qurban Qurbanov pleymeyker kimi istifadə edə biləcəyi futbolçu isə azdı. Düzdü, Yassin Benzya yavaş-yavaş özünə gəlir. Yeni transfer Juninyo komandaya uyğunlaşmağa başlayıb. Lakin Benzyanın tez-tez zədələnməsi işləri bir qədər qəlizləşdirir. Qurban Qurbanov böyük ehtimalla bu mövqe üçün bir transfer edəcək. Sağ cinahda da hansısa problemin olduğunu düşünmürəm. Çünki burda Leandro Andrade, Adama Diakabi və Nəriman Axundzadə kimi oyunçular var.
"Qarabağ”da ən problemli bölgə hücum xəttidi. "Köhlən atlar”ın heyətində sırf forvard kimi çıxış edə bilən oyunçu yoxdu. Bəli, Redon Cica, Hamidu Keyta, Juninyo və Nəriman Axundzadə bu mövqedə çıxış edə bilir. Lakin adını çəkdiklərim həmin effekti vermir.

Əldə etdiyim məlumata görə, "Qarabağ" bu mövqeyə oyunçu axtarır. Ağdamlıların danışıq apardığı oyunçular var. Sentyabrın 5-nə kimi bu yöndə addım atıla bilər. Lakin Qurban Qurbanovun istəyi kollektivə qoşulan kimi fayda verə biləcək oyunçunun transfer edilməsidi. Bu səbəbdən də axtarış davam edir. "Transfer pəncərəsi" bağlanana kimi Ağdam təmsilçisi iki hücumçu transfer etsə, təəccüblənməyə dəyməz.

Bir sözlə, Qurban Qurbanov "Qarabağ”da yeni mərhələnin təməlini qoyur. Artıq "köhlən atlar”ın heyətində hansısa oyunçunun inkişaf etməsi, özünə gəlməsi gözlənilməyəcək. "11-liy”ə düşməyə layiq olan şəxslər meydana çıxacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

13-04-2022, 15:0

"Qurban hoca ilə qürur duyur və fəxr edirik" - Tahir Gözəl

Ölkə futbolu

20-03-2022, 14:0

“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə bağlandığını təsdiqləmədi

Çempionlar Liqası

12-07-2022, 23:0

Qurban Qurbanov jurnalistlərə yuxusunu danışdı - VİDEO

Premyer-liqa / Manşet

4-06-2023, 10:0

"Qarabağ"ın yeni layihəsi Qurban Qurbanova problem yaradır

Ölkə futbolu / Manşet

15-08-2023, 14:0

Qurban Qurbanov bu mövqelərə futbolçular axtarır - ÖZƏL

Aktual
“Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
“İndi vəziyyət yaxşılaşıb” - Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı
“Futbol xoşbəxtliyi yanımızda deyildi” - Röyal Nəcəfov
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
“Kamal Bayramov əvvəlki oyunların videosunu AFFA-ya atıb, mənə şər-böhtan var” - 6 aylıq cəzalanan məşqçi
Son xəbərlər
  • Bu gün, 21:23
    “Qarabağ”da 200-cü oyun
  • Bu gün, 20:59
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Bu gün, 20:45
    Londondan Barselonaya kütləvi axın gözlənilir
  • Bu gün, 20:14
    Mançesterə qayıtmamaq ehtimalı artdı
  • Bu gün, 19:41
    ''Fənərbaxça''da Tedesko dönəmi başa çatdı! - detallar
  • Bu gün, 19:07
    "İnanmağım gəlmir ki, "Neftçi" "Qarabağ"ın cavabını versin" - Vernidub da Qurbanova boyun əydi
  • Bu gün, 18:56
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 18:25
    Kurtua “Barselona”ya qarşı oynayacaq?
  • Bu gün, 17:54
    Saxlanılan hakim kimdi?
  • Bu gün, 17:23
    “Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi
  • Bu gün, 17:13
    Mövsümü erkən başa vurdu
  • Bu gün, 16:49
    ''Roma'' ''Fənər''in müdafiəçisinə göz qoyub
  • Bu gün, 16:18
    "Sumqayıt"dan 21-ci əsrin antirekordu
  • Bu gün, 15:59
    “Qarabağ” 700-cü səfər qolunu vurdu
  • Bu gün, 15:28
    Şarapova niyə daha tennis oynamır?
  • Bu gün, 14:57
    Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
  • Bu gün, 14:34
    Millimiz birinci pillədə - dünya reytinqi
  • Bu gün, 14:06
    “Düşünürəm ki, Ovi bununla bağlı qarışıq hisslər keçirir”
  • Bu gün, 13:37
    “Qaziantep”in yeni baş məşqçisinin adı bəlli oldu
  • Bu gün, 13:19
    Vembanyama səslərin hamısını qazandı
  • Bu gün, 12:35
    “Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları...
  • Bu gün, 12:23
    Cokoviçdən növbəti rekord: 860 həftə ilk “5-lik”də!
  • Bu gün, 11:52
    Gözlənilən cəzadan qaça bilmədi
  • Bu gün, 11:21
    “Ərzurumspor” 5 ildən sonra superliqaya yüksəldi
  • Bu gün, 10:50
    Kişilər arasında Alkaras, qadınlar arasında Sobolenko...
  • Bu gün, 10:29
    “Okan Buruka haqsızlıq edilir” - Yılmaz Vural Türkiyə futbolunun problemlərini qabartdı
  • Bu gün, 10:00
    Ata harda, oğul da orda
  • Bu gün, 01:18
    Talişkanın qıçı qırılmasın, o penaltini vursaydı... – Tedesko getdi
  • Bu gün, 01:08
    “Hər oyunu eyni şəkildə keçirə bilmərik” – Valdas Dambrauskas
  • Dünən, 23:44
    "Qırmızı vərəqə oyuna çox təsir etdi" - Fizuli Məmmədov
  • Dünən, 23:22
    “Pao” da pley-offa vəsiqə qazandı
  • Dünən, 23:02
    Arda Gülər “Arsenal”a keçir?
  • Dünən, 22:43
    Modriçin seriyası 10-a çatdı
  • Dünən, 21:55
    Tovuzda "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 21:17
    İtaliya hökuməti pilotlardan nə istəyir?
Daha çox
Oxunub: 282
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 244
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 151
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 142
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Oxunub: 141
AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə