• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Yunayted” təzyiq dalğası önündə geri çəkilməli oldu

Dünya futbolu

24-08-2023, 23:0

“Mançester Yunayted”in vingeri Meyson Qrinvud indi bazarın ən matah fiqurlarından biri ola bilərdi (“transfermarkt” 2021-ci ildə onu 50 milyon avroya dəyərləndirmişdi).

Yəqin həm də doğma komandasının əsas heyətində oynayardı. Əsl gəzən bədbəxtlik olmasaydı. “The Athletic” 2023-ün martında onun haqqında belə yazırdı:
• Qrinvud komanda yoldaşlarını “zibil” adlandırıb;
• Ronaldo haqda təhqiramiz ifadələr işlədib (məlum müsahibəyə qədər);
• “Siti”yə gedəcəyi ilə bağlı MY-ni şantaj edib;
• karantin qaydalarını pozub.

Və ən əsası – 2022-nin yanvarında rəfiqəsi Harriyet Robsonu döyüb və zorlayıb. Ondan sonra Qrinvudun karyerasında fasilə yarandı. Polis təhqiqata başladı. Həmklubları Meysondan uzaq durdu, sponsorlar üz çevirdi, MY “hadisənin bütün təfərrüatı araşdırılana qədər” məşqlərdən kənarlaşdırdı. Araşdırma bir il sonra – 2023-ün fevralında başa çatdı. Qrinvudla bağlı cinayət işini qəfil qapadılar. Krallıq prokurorluğunun təmsilçisi “The Mirror”a müsahibəsində izah etdi ki, hakimiyyət orqanları Meysonu həbsə atmaqda perspektiv görmür: “İndiki halda (Qrinvud işində - red.) aparıcı şahidlərin və yeni materialların öyrənilməsi o anlama gəlir ki, futbolçunu mühakimə etməyin real perspektivi yoxdu. Bu üzdən cinayət işini bağlamağa məcburuq”.
Burda vacib məqam odu ki, Qrinvud bəraət qazanmayıb. Onun rəfiqəsini döyməsi və seksual zorakılığa məruz qoyması faktlarını özündən başqa heç kim inkar etmir. Odu ki, imici təmizlənməyib. Cinayət işinin qapanmasına görə isə prokurorluq nümayəndəsinin dediyi məqama - “yeni materialların gün üzünə çıxmasına” minnətdar olmaq lazımdı. Çox güman, döyülmüş Robsonun yenidən Qrinvudun yanına qayıtması və hətta hamilə qalması (yeri gəlmişkən, ötən ay uşaq dünyaya gəlib) nəzərdə tutulur. Yəqin ki, zərərçəkənlə barışmaq futbolçunun azadlığını xilas etdi. Ancaq bu məqam başqa problemlərin həlli deyil – karyerası hələ də təhlükə altındadı.

Maaş və alıcılar
Xatırladaq ki, cinayət işinin qapanması Qrinvudun günahsız olması anlamına gəlmir. O gerçəkdən qanunu pozub. Prokurorluğun fəaliyyətindən isə daha çox itirdi, nəinki qazandı. Axı ictimaiyyətin gözündə cəzasına çatmayan cinayətkar kimi qaldı. Odu ki, buna qədər futbolçunu komandadan uzaqlaşdıran “Mançester Yunayted” rəhbərliyi pis vəziyyətdə qaldı. Və qərarını dərhal açıqlamamaq üçün “daxili təhqiqat” ifadəsi altında gizləndi. Təhqiqatın sonuna qədər status-kvo qorundu – Qrinvud məşq etməsə də, maaş (həftədə 70 min funt) almağa davam etdi. Britaniya mətbuatına inansaq, uzun-uzadı çəkən təhqiqat hansısa məqamda Qrinvudu bezdirib. O, cinayət işi qapanandan bir neçə ay sonra anlayıb ki, bir daha MY-nin şərəfini qorumaq imkanı olmayacaq. Klubda bu mövzuda müyyən şübhələr hökm sürsə də, məşqçi korpusu (Erik ten Haq qarışıq) hesab edirdi ki, Qrinvudla birdəfəlik üzülüşmək lazım deyil. Bununla paralel futbolçunun arxasınca müştərilər düşməyə başladı. Şayiələrə inansaq, təkcə may və iyun ayları ərzində Meysonla “Milan”, “Yuventus”, “Atalanta” maraqlanıb, “qırmızı şeytanlar” isə onun İtaliya, Türkiyə və ya Yunanıstan klublarına icarəyə verilməsini gözdən keçirib. Ancaq nə iyulda, nə də avqustun ilk yarısında transfer danışıqları hansısa konkretlik qazanmadı. Cinayət işi ləğv olunandan yarım il sonra belə görünürdü ki, MY Qrinvudu qaytarmaq istəyir, ancaq imicinə mümkün qədər xələl gəlmədən bunu necə edəcəyini bilmir. Məhz bu məqam klubun ləngliyini izah edə bilər. “Qırmızı şeytanlar” Meysonun dönüşünü elə formalaşdırmaq istəyirdi ki, heç kim inciməsin. Bu yalnız nəzəriyyə idi, ancaq avqustun ortalarında “The Athletic”də işıq üzü görən yazı nəzəriyyəni tam təsdiqlədi.

Bosslar saxlamaq istəyir, qalanı əleyhinədi
“Mançester Yunayted”in daxilində yaşanan proseslərlə bağlı şübhəli şəkildə çox şeydən xəbərdar olan Amerika nəşrinin yazdığına görə, daxili təhqiqat gözdən pərdə asmaqdan başqa bir şey deyil – klub rəhbərliyi işi hərtərəfli öyrənməkdən daha çox Qrinvudu komandaya necə qaytarmaq üzərində düşünüb. Rəhbərliyi anlamaq olar – müqavilənin birtərəfli pozulması kluba ciddi məbləğ (8 milyon funt sterlinq) bahasına başa gələcək, elə qiyməti 50 milyon avroya çatan futbolçu özü də hədsiz böyük maliyyə itkisidi. Meysonu saxlamaq üçün futbol səbəbləri də kifayət edirdi. Ten Haq mətbuat konfranslarının birində səbəbləri belə çatdırmışdı: “Markus Reşforddan başqa bizə qol vurmağa qadir daha bir oyunçu lazımdı. Akademiyanın yetirməsi olacaq və ya kimisə almaq lazım gələcək – bunun əhəmiyyəti yoxdu”. Baş məşqçi Qrinvuda ehtiyac duyub-duymaması ilə bağlı suala belə cavab vermişdi. Odu ki, formal cəhətdən qərar çoxdan verilib. Sadəcə, MY artıq bir neçə dəfə daxili təhqiqatın nəticəsinin açıqlanmasını ona görə ləngidib ki, ictimaiyyətin hücumlarını dəf etmək yönündə hazırlaşsın. Və klub buna necə lazımdı hazırlaşıb. Hər şeyi xırdalıqlarına qədər hesablayıblar: Qrinvudun şəklinin necə çəkiləcəyindən tutmuş Ten Haqın futbolçu haqda sualı necə cavablamalı olduğuna qədər. Məişət zorakılığına qarşı mübarizə fondu kimi problemli təşkilatlarla, həmçinin qadınlardan ibarət komanda və xanım azarkeşlərlə işin necə qurulacağı da detallı şəkildə düşünülüb. Ancaq yuxarıda adı çəkilən nəşrin informasiyasına görə, hər şey plan üzrə getməyib. MY-nin bir qrup əməkdaşı bossları Qrinvud kluba dönəcəyi təqdirdə gedəcəyi ilə təhdid edib. Qadınlardan ibarət komanda narahatlığını çatdırıb, dünyanın hər yerindən olan azarkeşlər “Yunayted”in baş direktoru Riçard Arnolda qəzəbli məktublar yazıblar. Tanınmış şəxslər də bu kampaniyaya qoşulub – məsələn, məşhur britaniyalı teleaparıcı Reyçel Rayli bəyan edib ki, Qrinvud heyətə qaytarılsa, bir daha “şeytanlar”a azarkeşlik etməyəcək. Britaniyalı millət vəkili Zara Sultan da kəskin çıxışla yadda qalıb. Vəziyyət o qədər mürəkkəb, qəzetin yazısı o qədər kəskin olub ki, “Mançester Yunayted” özünə bəraət qazandırmalı olub. Klubun açıqlamasında deyilir ki, “The Athletic”də yer alan yazıya baxmayaraq, Meysonla bağlı qərar hələ verilməyib. Amerika nəşrində yer alan plan əslində aylar öncə tərtib olunan çoxsaylı ssenarilərdən biridi, klub problemin həlli üzərində işləyir və tezliklə hər şey bitəcək. Əlbəttə, mankunianlar sonda hansı qərarı verirlər-versinlər, uğursuz olacaq. Bir tərəfdən, Qrinvuddan imtina istedadlı yetirməni və xeyli vəsaiti itirmək deməkdi. Digər tərəfdən, futbolçunun dönüşü elə bir qalmaqala səbəb olacaq ki, onu yatırmaq çətin olacaq. Ola bilsin, “The Athletic”də yer alan yazı onsuz da çətin olan durumu bir qədər də mürəkkəbləşdirdi, ancaq indi bizə yalnız son qərarı gözləmək və hadisələri müşahidə etmək qalır.

P.S. Son qərarı çox gözləmək lazım gəlmədi. MY-nin rəsmi saytı vasitəsi ilə yaydığı açıqlama Meysonun taleyinə aydınlıq gətirdi:

“Əlimizdəki sübutlar əsasında belə nəticəyə gəldik ki, internetdə yerləşdirilən materiallar mənzərəni tam açmır və Meyson ilk günlərdən ittiham olunduğu cinayətləri törətməyib. Bununla belə, Meysonun özünün də etiraf etdiyi kimi, səhvlərə yol verib və buna görə məsuliyyəti öz boynuna götürür. Meyson qarışıq prosesin bütün iştirakçıları dərk edirlər ki, ona MY-də karyerasını bərpa etmək çətindi. Bu üzdən belə razılığa gəldik ki, bunu “Old Trafford”un hüdudlarından kənarda etmək məqsədəuyğun olacaq. İndi Meysonla birgə bunu reallaşdırmaq yönündə çalışacağıq”.


ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Maraqlı

4-03-2023, 23:0

Qrinvud ata olacaq?

Dünya futbolu

22-08-2023, 19:0

“Mançester Yunayted”dən ayrılmağa məcburdu

Maraqlı

10-04-2023, 17:0

Qrinvud onu ittiham edən qızla evlənəcək?

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə