“Liverpul”un Andre Neto ilə bağlı planı baş tutmayıb.
"Football-plus.az" xəbər verir ki, “Fluminense” mərkəz yarımmüdafiəçisini bu kluba satmaq istəməyib. ESPN-nin məlumatına görə, İngiltərə nəhəngi Braziliya millisinin oyunçusu üçün təxminən 30 milyon avro təklif etsə də, klubu bu yay onu satmaq istəməyib. “Liverpul”un Andreni qış “transfer pəncərəsi” dövründə almağa çalışacağı da bildirilib.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm Braziliya çempionatında 16 oyuna keçirib.