Anri özünə yeni iş tapdı

23.08.2023 23:55 714
Dünya futbolu
Nəhayət, Tyerri Anri özünə yeni iş tapıb.

"Football-plus.az" xəbər verir ki, o, Fransanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi təyin edilib.

“Ekip” nəşrinin məlumatına görə, 46 yaşlı mütəxəssisin əsas hədəfi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında uğur qazanmaq olacaq. Anri bundan əvvəl 2016-18-ci və 2021-22-ci illərdə Belçika millisində köməkçi-məşqçi vəzifəsində çalışıb. Həmçinin 2018/19 mövsümündə “Monako”nun, bir mövsüm sonra isə “Monreal İmpekt”in baş məşqçisi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul