“Sabah”la “Neftçi” arasındakı görüşlər həmişə gərgin keçib.
Buna əsas kollektivlərin qarşılaşmalarında da şahidlik edirik. Burda başverənlər mübarizənin gərginliyindən idi. Həmişə istəmişik ki, oyunçularımız sona kimi oynasın. Futbolçular beynəlxalq arenalarda mübarizə aparanda belə məqamlara hazır olmalıdılar. Maraqlı oyun alındı. 1:0 geridəydik. İstər-istəməz hesabı bərabərləşdirmək haqda düşünürdük. Əvvəlcə rəqib komandanın üzvləri sərt oynadı. Onların kapitanı qırmızı vərəqə ilə cəzalandı. Qalib gəlmək istəyirdik. Amma iki qırmızı vərəqə ilə cəzalandıq. Komanda uduzmaq istəmirdi”.
Bu sözləri “Football-plus.az”a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev dedi. Mütəxəssis dünən əvəzedicilərin liqasında baş verən hadisəni şərh etdi. Gənc məşqçi “Sabah-2” ilə səfər matçında oyunçularının kobud oynamasının səbəbini dilə gətirdi:
“Normal proseslərdi. Düzdü, heç vaxt istəməmişik ki, futbolçumuz rəqibin oyunçusuna, məşqçisinə və ya texniki heyətdən kiməsə hörmətsizlik etsin. Futbolçular oyunun gərginliyinə dözə bilmədi. Şükür Allaha, hamı komandamızdakı nizam-intizamın necə olduğunu bilir. Nə baş versə də, bizim oyunçular rəqibə hörmətsizlik etmək istəmir. “Neftçi”də bu sistem belədi. Bu barədə oyunçularla söhbətlərimiz olur. Yaşananlar da gərginliklə bağlı idi. Düzdü, belə hadisə olmamalıydı. Amma qlobal problem də yaşanmadı”.
Rəşad Abdullayev Rüfət Abbasovun məqsədli şəkildə rəqibi vurduğuna görə peşman olduğunu da dilə gətirdi:
“O, nizam-intizamlı futbolçudu. Heç vaxt belə problemləri olmayıb. Həm də U-19 millisinin kapitanıdı. Gələcək vəd edən futbolçumuzdu. Oyunun gərgin keçməsi Rüfətə təsir etdi. Belə şeylər baş verdikcə oyunçu büxtələşəcək. Elə bir hadisədi ki, tam da şərh vermək olmur. Çalışacağıq ki, bundan sonra belə şeylər yaşanmasın. Buna baxmayaraq, Rüfət barədə tədbirimizi görəcəyik. Özü də bu hadisələrə görə peşman olub”.
İLKİN SULTANLI