• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Apreldə “Bavariya”nın başına keçməyim qəribə oldu”

Dünya futbolu

21-08-2023, 19:0

Aprelin 22-də gözlənilmədən Yulian Naqelsmannın istefasından sonra “Bavariya”nın başına keçən Tomax Tuxelin işinə birmənalı qiymət vermək çətindi.

"Football-plus.az" xəbər verir ki, düzdü, Münhen nəhəngi ötən mövsüm bir qədər bəxtin də sayəsində bundesliqadakı çempionluq seriyasını davam etdirdi. Bu, həm də Tuxelin məşqçi karyerasında ilk bundesliqa çempionluğu oldu. Amma digər turnirlərdə nəticələr ürəkaçan olmadı. Elə bu mövsümə də “Bavariya” ölkə superkubokunda “Leyptsiq” önündə darmadağın olmaqla başladı. “Rekordmayster” bu məşqçi ilə artıq 13 rəsmi oyunun 5-də uduzub ki, bu da son 32 ildə klubda işləmiş bütün mütəxəssislər arasında ən pis göstəricidi! Ona görə də “Bavariya”nın bu mövsüm bundesliqada və ÇL-də necə çıxış edəcəyi böyük maraqla gözlənilir. Hələlik isə Tuxelin srağagün bundesliqanın rəsmi saytına verdiyi müsahibə ilə tanış olaq.

- Ötən mövsüm çox dramatik şəkildə bitdi. İlk bundesliqa çempionluğunu qazanmaq necə hissdi?
- Düzünü desəm, hər şey bitəndən sonra daxilən çox rahatladım. Sondan əvvəlki turda ''Leyptsiq''lə ev oyununda hər şey öz əlimizdə idi. O məğlubiyyətdən sonra sanki çempionluq əldən çıxdı. Amma həm bəxtin, həm də ''Maynts-05''in yardımı ilə sonda istəyimizə çatdıq. Bizim üçün xoş bir sürpriz oldu. Hər halda, belə çempionluq daha maraqlı və yaddaqalan olur. Amma ümumi götürəndə oyun planında ümidlərimiz doğrulmadı. Oyunumuzda davamlılıq, qərarlılıq, enerji çatışmırdı. Yeni mövsümdə bunların hamısını aradan qaldırmalı, təkmilləşməliyik.

- Mövsümöncəsi hazırlıq dönəminin əvvəlində oyunçularla söhbətdə onlara nə dediz? Komandada ilk növbədə nəyi görmək İstəyirsiz?
- Açığı, burdakı işimə apreldə başlamaq bir qədər qəribə oldu. Bu hiss günlər irəlilədikcə daha da güclənirdi. Çünki komanda hələ də də bütün turnirlərdə mübarizəni davam etdirirdi. Yəni mənim təyinatım üçün seçilən zaman çox qəribə idi. İndi vəziyyət fərqlidi. Artıq oyunçular haqda çox şey bilirəm. Hazırlıq dönəmi başlayandan sonra oyun prinsipimizi müəyyənləşdirdik. Hər məşqimiz də buna uyğun keçir. Konkret ideyamız var və bəzi oyun detallarını ideal səviyyəyə çatdırmaq, avtomatlaşdırmaq istəyirik. Eyni zamanda zəif cəhətlərimizi də bilirik və bunun üzərində işləyirik. Hazırda məhz bu mərhələdəyik.

- Direktorlar şurasından konkret tələbləriniz oldu. Cinah və mərkəz müdafiəçisi, eləcə də dayaq yarımmüdafiəçisi və hücumçu tələb etdiz. Bu ideyanın arxasında nə dayanır?
- Mərkəz müdafiəçisi məsələsi çox tez həll olundu. Şadam ki, Kim Min Çje bizə keçməyə razılıq verdi. Əslində Luka Ernandeslə yola davam edəcəyimizi düşünürdük. Amma məlum oldu ki, transfer təklifi aldığı üçün ayrılmaq istəyir. Bizim üçün ciddi və gözlənilməz itki idi. Çünki təcrübəli, özünəməxsus keyfiyyətləri olan yaxşı bir oyunçunu əldən verdik. Bunu planlaşdırmamışdıq. Mövsüm bitəndən sonra rəhbərliklə söhbətdə komandanı gücləndirməyin yolları barədə öz fikrimi bildirdim. Daha sonra transfer siyahısını mümkün qədər qısaltdıq. Çünki fikrimcə, hədsiz çoxlu sayda oyunçu ilə maraqlanmaq mənasızdı. Konkret oyunçulara yönəldik. Bizə özündə həm yaxşı şəxsi keyfiyyətləri, həm də istedadı cəmləşdirən oyunçu lazımdı. Komanda ruhunu yüksəltmək üçün bu kollektivə qərarlılıq və sərtlik əlavə etməli idik. Yəni diqqət mərkəzində məhz bunu saxlayırdıq.

- Ümumiyyətlə, Kim Min Çje barədə nə düşünürsüz?
- Onu çox bəyənirəm. Həm sakit və soyuqqanlıdı, həm də mümkün qədər sadə oynamağa çalışır. Ötürmə elə ötürmədi. Ötürmə zamanı yeni bir şey kəşf etməyə ehtiyac yoxdu. Sadəcə, ayağın iç hissəsi ilə topu komanda yoldaşına çatdırmalısan. Kim Min Çje ilk toxunuşda topu saxlayır, ikinci toxunuşda isə ötürmə edir. Bu, lazımi sürətdə baş verir. Nə çox tez, nə də çox gec. Top onun ötürməsindən sonra tullanmır. Bu, dərhal gözə batır. Bir məşqçi hücumu başlayan futbolçudan məhz bunu görmək istəyir. Sürətli, fiziki cəhətdən güclü və özünə əmindi. Həmişə komanda yoldaşına yardım etməyə hazırdı. Onda əsl mən istədiyim keyfiyyətlər cəmlənib.

- Anlaşılan odu ki, transferlərdən asılı olmayaraq, bu mövsüm ''Bavariya'' 4 müdafiəçi ilə oynayacaq. 3 mərkəz müdafiəçili sistem görə biləcəyikmi?
- Bunu istisna etmirəm. Bizdə hucumameyilli oyunçu çoxdu. Onların bəzilərinə heyətə düşmək çətin olacaq. Bizdə start heyətində həmişə ən azı 4 hucumameyilli futbolçu olmalıdı. Yaxşı formadadılarsa, bəzən 5 də ola bilər. Biz ''Çelsi''də 3 mərkəz müdafiəçisi, 2 cinah oyunçusu və 2 dayaq yarımmüdafiəçisi ilə oynayırdıq. Bu sistem yalnız 3 hücumameyilli oyunçu oynatmağa imkan verir. Ona görə də bu sistem bizə çox da uyğun gəlmir. Hərçənd heyətimizdə 3 mərkəz müdafiəçili və 2 cinah oyunçulu sistemə uyğun gələn futbolçularımız var. Ona görə də qətiyyətlə belə formatda oynamayacağımızı deyə bilmərəm. Buna ehtiyac olsa, istifadə edəcəyik. Amma yeni mövsümdə əsasən 4 müdafiəçi ilə oynamağı planlaşdırırıq.

- Bundesliqadan kənarda keçirdiyiniz müddətdə həm insan, həm də məşqçi kimi nə öyrəndiz? PSJ və “Çelsi” kimi iki Avropa nəhəngini çalışdırmısız. Xüsusilə də ''Çelsi''də çox dramatik və çətin bir dönəm yaşadız.
- Bəribaşdan deyim ki, bu təcrübəni yaşadığıma görə çox şadam. Təbii ki, həmin işbirliyinin davam etməsini istərdim. Amma futbol elə sahədi ki, uzaq planlar qurmaq olmur. Parisdə o cür möhtəşəm futbolçularla, tələbkar rəhbərliklə işləmək çox xoş və dəyərli idi. Bu, mənim üçün tam fərqli və yeni bir çağırış idi. Oranın mentallığına, futboluna uyğunlaşmalı oldum. Məsələn, Fransada məşq üçün saat 10-da toplaşmaq lazımdısa, mən 09.55-də bazaya girəndə orda hələ heç kim olmurdu. Amma Almaniyada 09.55-də gələndə görürəm ki, hamıdan axırda gəlmişəm. Hər ölkənin futbola yanaşma tərzi fərqlidi. Mən Almaniyada böyüdüyüm və alman dəyərləri ilə tərbiyə aldığım üçün yeni reallığa öyrəşməli oldum. Həqiqətən maraqlı təcrübə idi. Premyer-liqa isə tam fərqli dünyadı. Oyunlara yanaşma tərzi, oyunların axarı, stadionlar, fanatlar… Hətta məşq bazalarında da inanılmaz atmosfer olur. İngilislər əsl mübarizə, ikili duellər, “sürüşmə” fəndləri, gözəl hücumlar görmək istəyir. Ümumiyyətlə, harda işləməyindən asılı olmayaraq, hər yeni təcrübə məşqçi üçün faydalıdı. Amma bu cür klublarda işlədiyim üçün çox şanslıyam.

- Bir neçə ildən sonra yenidən Almaniyaya qayıtdız. Bundesliqada hansı dəyişiklikləri gördüz?
- Dəqiq söyləmək çətindi. Oyunlar yenə də yüksəlişləri, enişləri ilə birlikdə çətin keçir. Hələ də Dortmundda Yürgen Kloppun, ''Leyptsiq''də Ralf Ranqnikin izləri hiss olunur. Tədricən pressinqdən istifadə edən klubların sayı artır. Dəyişikliklər haqda daha geniş danışmaq üçün bəlkə də daha çox zamana ehtiyacım var. Apreldə gəldim və dərhal da diqqətimi yalnız öz komandama yönəltdim. Başqa oyunları izləmək üçün elə də çox vaxtım yox idi. Sadəcə, işimi yaxşı yerinə yetirmək üçün hər həftə növbəti rəqibimizi və öz oyunumuzu izləyirdim. Bəlkə də bir neçə aydan sonra bu suala daha ətraflı cavab verə bilərəm.

- Bu il bundesliqanın 60 illik yubileyi tamam oldu. Azarkeş kimi bundesliqa ilə bağlı hansı unudulmaz anlarınız var?
- Ən birinci xatirəm “Verder”li Mixail Kutsopun 1986-cı ildə “Bavariya” ilə oyunda penaltini qaçırmasıdı. Həmin epizod çempionluq mübarizəsinə təsir etmişdi. Oyun axşam saatlarında keçirilirdi. Yuxuya getmişdim və atamın birdən-birə məni oyatdığını xatırlayıram. Amma dəqiq yadımda deyil ki, oyuna televizordan baxırdıq, yoxsa radiodan dinləyirdik. Daha bir unudulmaz anım ilk dəfə futbol matçını stadiondan canlı izlədiyim oyundu. “Olimpiyaştadion”da “Bavariya” ilə Münhenqladbax “Borussiya”sı qarşılaşırdı. Hans-Günter Bruns topu öz cərimə meydançasında götürüb bütün oyunçuları keçərək rəqibin cərimə meydançasına daxil olmuşdu. Amma zərbəsi dirəkdən dönmüşdü. Həmin vaxt Lotar Matteus da “Borussiya”nın şərəfini qoruyurdu. Münhenqladbaxlıların yaxşı fürsətləri var idi. Stadiona “Borussiya”nın balaca bir bayrağı ilə gəlmişdim. Komanda meydanda ağalıq etdiyi anlarda yanımda əyləşən bir nəfər mənə “balaca oğlan, komandan əla oynayır, bayrağı yuxarı qaldır” dedi. Bayrağı bir qədər də yuxarı qaldırdım, sonra isə 1:0, 2:0, 3:0 və əlvida... “Bavariya” qalib gəldi, mən isə bayrağı gizlədib kor-peşman evə qayıtdım. İndi artıq “Bavariya”nın başındayam. Çalışacam ki, mən də həmin hissləri digər klubların fanatlarına yaşadım.

- Bəs baş məşqçi kimi?
- Təbii ki, bundesliqadakı debüt oyunumu qeyd edərdim. 2009-cu ildə ilk turda “Maynts-05”in başında Yupp Haynkesin çalışdırdığı “Bayer-04” ilə qarşılaşdıq. Həyatımın sonuna qədər o anı unutmayacam. Haynkes kimi bir əfsanənin mənim kimi gənc və təcrübəsiz bir məşqçiyə münasibəti, hörməti, sadəcə, inanılmaz idi. Hətta Münhenqladbax “Borussiya”sının fanatı olduğuma görə Haynkes oyunçu kimi də hər zaman mənim kumirlərimdən idi. Həmin mövsümə aid daha bir yaddaqalan an 3-cü turda “Bavariya”nı məğlub etməyimiz oldu. Yadımdadı ki, hər şey bitdikdən sonra təkbaşına maşınıma minərək sevincdən təxminən 30 saniyə öz-özümə qışqırmışdım. Çünki hələ də belə qələbəyə inanmağım gəlmirdi. “Borussiya”nın başında isə 2017-də qazandığımız ölkə kuboku da mənim üçün dəyərlidi.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Dünya futbolu

28-04-2023, 17:0

“Borussiya” sona 5 tur qalmış zirvəyə yerləşdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə