• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS-nin ilk, Qvardiolanın isə 4-cü superkuboku

Dünya futbolu

19-08-2023, 15:0

Avqustun 16-da avrokubokların 2023/24 mövsümünün ilk qalibi müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, Avropa Superkubokunun (AS) Yunanıstanın Pirey şəhərində keçirilən oyununda “Sevilya”ya qalib gələn “Mançester Siti” bu turnirdə ilk uğurunu reallaşdırdı.

Mançester Siti - Sevilya 1:1 (0:1, 1:0), p. - 5:4
Mançester Siti (İngiltərə): Ederson, Uoker, Akanci, Qvardiol, Ake, Rodri, Kovaçiç, Palmer (Alvares, 85), Foden, Qriliş, Holann.
Sevilya (İspaniya): Bunu, Navas (Montyel, 83), Bade, Qudel, Akunya, Xordan, Rakitiç, Okampos, Torres (Xuanlu, 74), Lamela (Suso, 90+3), Ən-Nəsiri (Mir, 90+3).
Qollar: Ən-Nəsiri, 25 (0:1). Palmer, 63 (1:1).
Penalti seriyası: Holann – 1:0. Okampos – 1:1. Alvares – 2:1. Mir – 2:2. Kovaçiç – 3:2. Rakitiç – 3:3. Qriliş – 4:3. Montyel – 4:4. Uoker – 5:4. Qudel – 5:4 (tir).
Vərəqələr: Bade, 33. Lamela, 62. Xuanlu, 90 - sarı.
Hakim: Fransua Letesye (Fransa).
16 avqust. Pirey. 29207 tamaşaçı.

“Georgios Karaiskakis” stadionundakı matçdan bir neçə gün əvvəl İngiltərə Superkuboku oyununa çıxan “Mançester Siti” penalti seriyasında “Arsenal”a uduzmuşdu. Xosep Qvardiolanın komandası Avropa Superkuboku matçının da favoriti sayılırdı. Amma De Bruyne, Silva və Diaş kimi aparıcı oyunçuların zədə səbəbindən meydana çıxa bilməyəcəyi Avropa Liqasının son qalibi “Sevilya”nın işinə yaramaya bilməzdi.

Tale bu dəfə İngiltərə çempionunun üzünə güldü. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “şəhərlilər”in cəhdlərini Bunu heçə endirirdi. Amma hesabı açan tərəf müdafiə olunan İspaniya klubu oldu. Akunyanın cinah ötürməsini tammalayan Ən-Nəsiri pireneyliləri önə keçirdi. Bundan sonra daha çox geri çəkilən Xose Luis Mendilibarın komandası üstünlüyünü fasiləyə qədər qoruya bildi.

İkinci hissənin ilk 15 dəqiqəsi sevilyalıların diqtəsi ilə keçdi. Okampos ingilislərin müdafiəsinin sağ cinahında tez-tez problemlər yaradırdı. Ən-Nəsiri onun iki əla ötürməsindən birini qola çevirə bilsəydi, nəticə böyük ehtimalla fərqli olardı. Amma “Sevilya”nın aparıcı hücumçusu şansları boşa verdi. Və 63-cü dəqiqədə Qvardiolanın komandası rəqibi bədxərcliyinə görə cəzalandırdı: Rodrinin ötürməsi ilə Palmer hesabı bərabərləşdirdi. Dərhal hücuma atılan Mendilibarın komandası qələbə qolunu vurmağa çox yaxın idi. Lakin Ederson Ən-Nəsirinin zərbəsinə əla reaksiya verdi. Qalan vaxtda üstünlük “Siti”nin tərəfində olsa da, Bunu ilə Navas inamlı oyunları ilə mübarizəni yeni qaydaya əsasən əlavə vaxt olmadan penalti seriyasına daşıdılar. Bu sınaqdan qalib çıxan MS bu il azarkeşlərinə daha bir qələbənin sevincini yaşatdı.

Faktlar
* “Sevilya” 7-ci dəfə iştirak etdiyi AS matçında 6-cı məğlubiyyətini aldı. Komanda bu turnirdə yeganə qələbəsini 2006-cı ildə “Barselona” (3:0) üzərində qazanıb.
* MS AS-də ilk dəfə qalib gəldi.
* MS tarixində 33-cü kubokunu qazandı. Komanda 9 dəfə İngiltərə çempionatında, 7 dəfə ölkə kubokunda, 8 dəfə Liqa kubokunda, 6 dəfə İngiltərə Superkubokunda, 1 dəfə Kuboklar Kubokunda, 1 dəfə isə ÇL-də qalib gəlib.
* Qvardiola AS-də 4-cü qələbəsini qazanmaqla Karlo Ançelottinin rekordunu təkrarladı. İspaniyalı mütəxəssis qitə superkubokunu daha əvvəl
iki dəfə “Barselona” (2009, 2011), bir dəfə isə “Bavariya” (2013) ilə başı üzərinə qaldırmışdı. Ançelotti bu kuboku iki dəfə “Milan” (2003, 2007) və iki dəfə “Real”la (2014, 2022) qazanıb.
* Qvardiola AS-də üç klubla qalib gələn ilk məşqçi oldu.
* Qvardiola məşqçilik karyerasında 36-cı titulunu qazandı. O, “Barselona”nı 14, “Bavariya”nı 7, MS-ni isə 15 turnirdə qələbəyə daşıyıb.

Oyundan sonra
Xosep Qvardiola, “Mançester Siti”nın baş məşqçisi:

“Ötən həftə “Arsenal”a penalti seriyasında uduzmuşduq, bu dəfə belə bu seriyada qalib gəldik. Palmer üçün bu oyun heç də asan keçmədi, amma o, işinin öhdəsindən məharətlə gəldi. Ən-Nəsirinin zərbəsi heç də ideal deyildi. Amma həm onun, həm də Okamposun yaratdığı epizodlar bizim üçün dəhşətli oldu. Yaxşı ki, Ederson komandamızı bir neçə məqamda qoldan xilas etdi. İkinci hissənin əvvəlindən topa daha çox nəzarət etməyə başladıq. Sona yaxın cavab qolunu vurduq və son dəqiqələrdə qələbə qoluna nail olacağımıza inanırdıq. “Sevilya” qapımızdan ikinci topu keçirsəydi, vəziyyətdən çıxmaq bizim üçün çox çətin olardı. Bu komanda yüksək səviyyəli oyunçulardan qurulub. Əvvəllər komandamız tez-tez titul qazananda hərdən motivasiya yetərsizliyini hiss edirdim. Amma bu dəfə belə hissiyatım olmadı. Yeni mövsümdə ilk titulumuzu qazandığımız üçün çox sevinirik”.

Xose Luis Mendilibar, “Sevilya”nın baş məşqçisi:

“Siti” kimi çox yaxşı komandaya qarşı yaxşı plan qurmaq çətindi. Komandamın belə rəqibi daha çox təzyiq qarşısında qoymasını istərdim. İkinci qolu vurmaq üçün qazandığımız şansları dəyərləndirə bilmədik. Buna baxmayaraq, yaxşı oyun sərgilədiyimizi, daha çox təhlükəli vəziyyət yaratdığımızı düşünürəm. “Siti” adətən hər oyunda azı bir qol vurur. Bunu bilirdik və qələbə üçün azı iki qol vurmalı olduğumuzu anlayırdıq. Təəssüf, buna nail ola bilmədik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Reportaj

5-06-2023, 13:0

“Sevilya” AL-in imperatorudu! - REPORTAJ

Manşet / Avropa Liqası

1-06-2023, 02:0

"Sevilya" Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

Dünya futbolu

9-06-2023, 17:0

Holann dünyada ən dəyərli futbolçudu

Dünya futbolu

7-05-2023, 14:0

Qriliş ən pis geyinən futbolçunu açıqladı

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Dünya futbolu

24-07-2023, 23:0

“Sevilya” tarixə düşdü - REPORTAJ

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 167
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə