“Yuventus”dan “Monako”ya keçdi

15.08.2023 21:15 864
Dünya futbolu
Gözlənildiyi kimi, Denis Zakariya “Yuventus”u birdəfəlik tərk edib.

“Football-plus.az” xəbər verir ki, o, “Monako”ya keçib. İtaliya nəhəngi isveçrəli yarımmüdafiəçini 20 milyon avroya satıb. 26 yaşlı futbolçu “knyazlıq klubu” ilə 5 illik müqaviləyə qol çəkib.

Denis “Yuventus”a 2022-ci ilin yanvarında Münhenqladbax “Borussiya”sından keçmişdi. O, ötən mövsümü icarə əsasında “Çelsi”də keçirmişdi.