• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov finlandiyalı həmkarını cəzalandırmalıdı - REPLİKA

Aktual / Avropa Liqası

15-08-2023, 12:0

Deyirlər ki, Avropa mədəniyyəti dünyaya örnəkdi. “Köhnə qitə”də baş verən ümumbəşəri inqilablar planetimizin formalaşmasına təkan verib. Ümumiyyətlə, zadəganlar daha çox Avropadan çıxıb. Avropa futbolun mədəniyyət beşiyi sayılsa da, burda kobud və hörmətsiz insanlar da çoxdu. Son iki həftədə iki dəfə bunun şahidi olduq.

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsin cavab görüşündə “Jelezniçar”ı 2:0 hesabıyla məğlub etməklə mübarizədən kənarlaşdırdı. Oyundan sonra qonaqların çalışdırıcısı Nermin Başiç mətbuat konfransına gəlməməklə yerli mediaya hörmətsizlik etdi. O, jurnalistlərə açıqlama vermək üçün komandanın kapitanını göndərsə də, mən başda olmaqla həmkarlarımız buna etiraz etdi. Aleksandar Kosoriçin fikirlərini lazımsız hesab edərək yola saldıq. Sayanın hörmətini saxlayaram, saymayan mənim qulumdu. Düşünürəm ki, Nermin Başiç Azərbaycanda azərbaycanlılara qarşı belə hörmətsizlik etməyin mümkünsüzlüyünü anladı.

Ötən həftə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiya HİK-ini qəbul etdi. Qarşılaşma 2:1 hesabı ilə komandamızın xeyrinə başa çatdı. Düzdü, həmin oyunda mən stadionda deyildim. Amma Helsinki təmsilçisinin baş məşqçisi Toni Korkeakunnas mətbuat konfransına gəlməyib, həmkarlarımın önünə çıxmayıb. Guya komanda təcili hava limanına yollanmalıymış.

Amma təcrübəli mütəxəssis elə Bakıda öz mətbuatlarına təqribən 1 səhifəlik müsahibə verib. Qəzetdə çalışanlar və çalışmış şəxslər çox gözəl bilir ki, bu qədər yazını təxminən 15-20 dəqiqəlik səs yazısından hazırlamaq olur. Deməli, finlandiyalı məşqçi öz jurnalistlərini sayıb, hörmət edib, onların suallarını cavablayıb, amma azərbaycanlıları vecinə almayıb. Korkeakunnasın Bakıdakı oyunun sonunda papağını çıxarıb yerə çırpması da hörmətsizlikdən başqa bir şey deyildi.

Yenə deyirəm, oyunda iştirak etməmişəm. Bu səbəbdən də nəyin baş verdiyini təfərrüatı ilə öyrənməyə çalışdım. Əslində HİK Bakıya daha tez gəlməliymiş. Lakin təyyarələrində çıxan problem səbəbindən uçuş bir qədər gecikib. Bu səbəbdən də finlandiyalıların oyunöncəsi mətbuat konfransı və məşqi keçirilmədi. Bəs vətənə dönərkən onları tələsdirən nə idi? Bir çarter reysinin pilotunun yanında 15 dəqiqəlik hörməti olmayan adamın komandasının yanında nə hörməti olacaq? Həmvətənlərinə müsahibə vermək üçün vaxt tapan məşqçi azərbaycanlı jurnalistlərin də qarşısına çıxa bilərdi.

Belə məqamlarda klubun mətbuat katibi UEFA nümayəndəsinə xəbər verir ki, rəqibin çalışdırıcısı konfransa gəlmək istəmir. Qurum buna görə klubu cəzalandırır. “Qarabağ”da da bu vəzifə boş olduğundan UEFA nümayəndəsinə xəbər verən olmayıb. Əslində bu prosesdə qurumun da günahı var. Avrokubokların pley-offuna kimi mətbuat konfransının çəkilişi olmur. Bu səbəbdən də hər dəfə təsnifat mərhələsinin oyunlarından sonra bazar açılır.
İndi iş düşür Azərbaycan mediasının üzərinə. Ya rus, ya da ingilis dilində UEFA-ya məktub yazıb, Finlandiya klubunun cəzalanmasını tələb etməliyik. Ya da gözləməliyik ki, Ağdam təmsilçisi Helsinkidə HİK-i darmadağın edərək rəqibi başa salsın. Əminəm ki, Azərbaycanı və azərbaycanlıları hamıdan çox sevən Qurban Qurbanov həmkarını bu tərbiyəsizliyə görə cəzalandıracaq. Ona göstərəcək ki, bizim ölkədə azərbaycanlılara hörmətsizlik etmək hər adamın başı üçün deyil...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

4-08-2023, 00:0

"Jelezniçar"ın baş məşqçisindən Azərbaycan mediasına qarşı hörmətsizlik

Konfrans Liqası

26-07-2023, 12:0

Öncə "Jelezniçar"ın baş məşqçisi, sonra Adrian Mutu

Reportaj / Konfrans Liqası

5-08-2023, 20:0

“Neftçi” haqq etdiyi qələbəni qazandı - REPORTAJ

Premyer-liqa

27-08-2022, 21:0

"Özündən böyüyə hörmətsizlik etmək Raufa yaraşmaz" - Yaşar Vahabzadə

Manşet / Konfrans Liqası

30-07-2023, 13:0

"Neftçi" - "Jelezniçar" oyununa nə qədər bilet satılıb? - AÇIQLAMA

Aktual
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Bu gün, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Bu gün, 19:37
    3-cü mərhələ həyəcanı Randers və Lyublin səfərləri ilə başlayır... - YENİLƏNİR
  • Bu gün, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Bu gün, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Bu gün, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 123
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə