Moyses Kaysedonun yeni mövsümə harda başlayacağı məlum olub. O, “Çelsi”də yox, çox güman ki, “Liverpul”da oynayacaq.
“Football-plus.az” xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp bu xəbəri təsdiqləyib. Alman mütəxəssis “Brayton”un 21 yaşlı yarımmüdafiəçisi ilə anlaşdıqlarını deyib:
“Hə, bunu təsdiqləyə bilərəm. Moyseslə razılığa gəlmişik. Amma hələ onu sıralarımıza cəlb etməmişik”.
Kaysedo son mövsümdə əla çıxışı ilə yadda qalmışdı. “Liverpul”un ona görə “Brayton”a 127 milyon avro təzminat ödəyəcəyi iddia edilir. Bu iddia təsdiqini tapsa, İngiltərədə yeni transfer rekordu qeydə alınacaq. Hazırkı rekordçu isə “Benfika”dan “Çelsi”yə 121 milyon avroya keçən agentinalı yarımmüdafiəçi Entso Fernandesdi.