• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İbrahimoviç məndən soruşdu ki, kim ən yaxşıdı – mən, yoxsa Ronaldo?”

Ölkə futbolu / Dünya futbolu / Manşet / Müsahibə

14-08-2023, 18:0

“Neftçi”nin baş məşqçisi bu müsahibəni Rusiyanın “Sport-Ekspress” qəzetinə çoxdan, daha dəqiqi, komandası ilə birgə Moskvada olarkən verib.

“Çelsi”, “Fiorentina”, “Yuventus”, “İnter” kimi məşhur klublarda oynayan, indi isə məşqçilikdə ilk addımlarını atan rumıniyalının fikirlərinin azərbaycanlı oxucu üçün də maraqlı ola biləcəyini düşündük.

Qazzayevi bığına görə xatırlayıram
- Rusiyaya uçmaq lazım gəldiyini öyrənəndə birinci nə haqda düşündüz?
- Mümkün qədər tez gəlmək istədim ki, məşqlərə başlayım. Bizim üçün bu, Konfrans Liqasının seçmə mərhələsinə hazırlaşmaq baxımından yaxşı imkandı.

- Moskvanı necə gördüz? Bilirəm ki, Qızıl meydana baş çəkmisiz.
- Gözəl şəhərdi! Əvvəllər də burda olmuşam. Hələ 10 yaşım olanda hansısa turnirdə iştirak etmək üçün gəlmişəm. Onda da Qızıl meydanda gəzmişdik.

- Moskva həmin vaxtdan bəri çox dəyişib.
- Yaxşı tərəfə! İndi bu tam fərqli şəhərdi. Nəhəngdi, çoxlu uca binalar var. Peterburqu da bəyəndim. Bulvarlar, kanallar çox xoşdu. Təəssüf ki, orda o qədər də çox şey görmədim.

- Ermitaja baş çəkmək imkanınız oldu?
- Vaxtilə orda olmuşam. Xatırlayıram, ordan anama zəng etmişdim, o isə dərhal Peterburq haqda soruşmağa başladı. Dediyinə görə, 15 il əvvəl, şəhər hələ Leninqrad adlananda orda olub. Bəli, çox gözəl şəhərdi. Ancaq sizdə çox soyuqdu! Hətta yayda da! Qışda necə olduğunu təsəvvür edirəm...

- 22 il əvvəl Ramenskoedə keçirilən oyunu xatırlayırsız? Siz onda həmin vaxtda qədər “Verona”da yollarınızın kəsişdiyi Ruslan Niqmatullinə qol vurmuşduz.
- Dəqiq! Mən “Parma”daydım, ÇSKA ilə oynayırdıq. Qazzayevi bığına görə xatırlayıram... Cavab görüşündə isə hesab 2:2 olarkən bizə növbəti mərhələyə adlamağa imkan verən qolu vurdum.

- Niqmatullinlə əlaqə saxlayırsız?
- Neçə ildi əlaqəm yoxdu. Nə ilə məşğul olur?

- Ruslan indi diceydi, Mayamidə yaşayır.
- Siz məni təəccübləndirdiz. Onun həyatının bu dərəcədə dəyişəcəyini düşünmürdüm. Belə görünürdü ki, baş məşqçi olacaq. Ya da qapıçılarla işləməyə başlayacaq. Bir sözlə, futbolda qalacaq.

Qorxulu yuxu
- Bir dəfə xatırlamışdız ki, Zlatan qorxulu yuxu görüb və gecəyarısı sizdən seçim etməyi xahiş edib. Kim ən yaxşıdı – İbrahimoviç, yoxsa Ronaldo? Nə cavab verdiz?
- Bir otaqda yaşadığımıza və yatmağı çox istədiyimə görə cavab verdim ki, “Zlatan, əlbəttə, sən!” Ancaq əslində onlardan kimin ən yaxşı olduğunu deyə bilmərəm. Hər ikisi gözəl forvarddı, ancaq fərqli oyun üslubları var. Hər biri möhtəşəm karyeraya malikdi. İbrahimoviçlə “Yuventus” dönəmindən dostuq, indiyə qədər də əlaqə saxlayırıq.

- Oxumuşam ki, onunla Transilvaniyada ev götürmüsüz ki, ayı ovuna çıxasız.
- Yalandı! Hər kəs deyirdi ki, o, mənə baş çəkməyə gəlib, bəzi azarkeşlər evimə gələrək Zlatanla şəkil çəkdirmək istəyirdilər. Onlara cavab verirdim ki, burda deyil. Ancaq mənə inanmırdılar. Zlatan həmin vaxt gerçəkdən Rumıniyada idi, ancaq mənlə deyildi. Ova yollanmış və növbəti gün getmişdi. Zlatanın mənə hətta zəng etməməsinə görə təəccübləndim.

- O, sərrast atır?
- Xəbərim yoxdu, çünki heç vaxt onunla ovda olmamışam. Mən ovu xoşlamıram. Əksinə, heyvanların böyük fanatıyam. Xanımım da mənə ova çıxmağı qadağan edib.

- Rusiyanın sabiq idman naziri Vitali Mutko yaxınlarda bildirdi ki, İbrahimoviçə Rusiya vətəndaşlığını təklif edib.
- Belə şeyin baş verəcəyini bilmirəm. Onun Bosniya kökləri var, üstəlik isveçlidi. Rusiya pasportu da almaq qəribə olardı. Maraqlıdı, Zlatan necə cavab verib?

- Tarix bu barədə susur.
- Aydındı (gülür).

“Çelsi”
- 2003-cü ildə “Parma”dan “Çelsi”yə keçdiz. Roman Abramoviç yadınızda necə qalıb?
- Hər qələbəyə sevinən qeyri-adi dərəcədə ambisiyalı adam kimi. Həmin vaxt o hələ futbol yolunun başlanğıcında idi. Nəticədə qeyri-adi iş gördü və “Çelsi”ni top-kluba çevirdi. Həm Abramoviç, həm də onun oğlu Nikolay ilə yaxşı münasibətlərim var.

- “Çelsi”nin yeni sahibi Todd Bouli ilə tanışsız?
- Yox.

- Mixail Mudrikin 100 milyon avroya transfer olunmasına münasibətiniz necədi?
- Hər klubun müəyyən strategiyası var. Ancaq bunu şərh etmək mənim üçün çətindi, ona görə ki, “Çelsi”də işləmirəm.

- Abramoviçin klubdan ayrılmasına necə reaksiya verdiz?
- Onun gedişinin əsl səbəblərini bilmirəm. Siyasətlə bağlı mülahizə yürütməyi isə istəmirəm. Yalnız onu deyə bilərəm ki, Abramoviç “Çelsi” ilə hər şey qazandı! Əsas olan da budu.

- Abramoviçin arxasınca onun sağ əli sayılan Marina Qranovskaya da getdi...
- Mən Qranovskaya ilə tanış deyiləm. “Çelsi”də oynayanda onu bir dəfə də görməmişəm.

- Floran Maluda müsahibələrinin birində deyib ki, Abramoviç “Çelsi”ni seksual etdi. Onun fikrini bölüşürsüzmü?
- Mən bunu başqa cür deyərdim. O, “Çelsi”ni çox güclü kluba çevirdi.

- “Çelsi”nin oyunçularının dediyinə görə, Abramoviç önəmli qələbələrdən sonra onlara saat bağışlayırmış. Sizə də bağışlayıb?
- Yox. Əvəzində yaxşı bonuslar var idi. Bəzən də müqavilədə yazılandan artığını verirdilər. Yeri gəlmişkən, bütün klublarda, o cümlədən “Yuventus”da da belədi.

- Joze Mourinyonun işi haqda nə deyə bilərsiz?
- Yalnız xoş sözlər. Böyük məşqçidi, dünyada ən yaxşılardan biridi. Karyerası boyunca hər şey qazanıb. Düzdü, Jozenin müəyyən çətinlikləri olub, ancaq indi “Roma”da işləri pis alınmır.

- “Çelsi”ni dopinq nümunənizdə kokain aşkar olunandan, nəhəng məbləğdə cərimə ödəyəndən sonra, qalmaqalla tərk etdiz...
- Bu lap çoxdan olub. Özü də bu həssas mövzudu, ona qayıtmaq istəmirəm.

- Onda deyin görək karyeranızın sonunda Hindistana sizi nə apardı?
- Orda “Puna Siti” klubunun səhmlərinin 50 faizinə sahib olan “Fiorentina” ilə bağlı layihə var idi. İtaliyalılar Hindistanda futbolu inkişaf etdirməyə çalışırdı. Mən isə bacardığım qədər yardım edirdim.

“Kuban”la müqavilə? Belə şey olmayıb
- “Çelsi”nin Arsen Zaxaryana maraq göstərməsindən xəbərdarsız? Hətta Fabritsio Romano da bu haqda yazıb.
- Xəbərlər hədsiz çoxdu, hamısını izləyə bilməzsən. Yeri gəlmişkən, Fabritsio ilə tanışam. O, nə haqdasa danışırsa, bu hələ həmin hadisənin mütləq baş verəcəyi mənasına gəlmir. Amma ümumilikdə ruslar çox istedadlı xalqdı. Həmişə belə olub. Rusiyalı futbolçular dünyanın istənilən liqasında oynaya bilər. Mən onlara azarkeşlik edirəm. Sevimli “Fiorentina”ma keçən Kokorinə görə sevinirəm. Bu oğlanın böyük istedadı var. İtaliyaya uğunlaşa bilsə (rumınların da belə problemi var), nəyə qadir olduğunu göstərəcək.

- Kənardan belə görünür ki, rumıniyalıların İtaliyaya öyrəşməsi asandı.
- Yox-yox, A seriyasında oynamaq çox çətindi. Bu, dünyadakı ən güclü çempionatlardan biridi. Həmvətənlərimdən orda Kivu, Radu, başqa uşaqlar olub... Heç də hamıda alınmayıb.

- Hesab edirsiz ki, Kokorin “Aris”in ardından “Fiorentina”da karyerasını dirçəldə bilər?
- Əlbəttə! Mən onu kiçik yaşlarından tanıyıram. Kokorinin istedadına şübhə yoxdu. Sadəcə, ona çalışmaq və inadkarlıq göstərmək lazımdı.

- “Atalanta”ya dönən Aleksey Mirançukun perspektivi haqda nə düşünürsüz?
- Qasperini dönəmində “Atalanta” yüksəldi, avrokuboklarda layiqində oynadı. Yəqin ki, ilk vaxtlarda Mirançuka İtaliya futboluna uyğunlaşmaq çətin olub, ancaq onun bunu bacaracağı dəqiqdi. Qasperini onun üçün yaxşı məşqçidi.

- Daha bir icarə Aleksey üçün çıxış yoludumu?
- Ona, sadəcə, bu klubda qalmaq və Qasperininin nə istədiyini anlamaq lazımdı. Və hər şey alınacaq!

- Domeniko Krişitonu xatırlayırsızmı?
- Əlbəttə. Mən “Yuventus”da oynayanda ünsiyyətimiz var idi. Domeniko onda çox gənc idi. “Zenit”də əfsanə oldu? Təəccüblənmirəm. Krişito təkcə əla futbolçu deyil, həm də möhtəşəm adamdı.

- Siz də Rusiyada görünə bilərdiz. O doğrudu ki, 2011-ci ildə həmin vaxt Dan Petreskunun çalışdırdığı “Kuban”la ilkin müqavilə bağlamısız?
- Belə şey olmayıb.

- Rusiya komandalarından təklif alıbsızmı?
- Yox. İtaliyada 15 il keçirəndən sonra bir qədər İngiltərədə, Fransada, Hindistanda oynadım, ardından Rumıniyaya qayıtdım. Rusiyaya çağırsaydılar, belə varianta baxmaq olardı.

- Petresku yəqin sizə məsləhət verərdi.
- Yəqin. Hərçənd indi bu ona çətin olardı – artıq Koreyada işləyir.

“Fiorentina”ya rəhbərlik etmək istəyirəm
- Nə vaxtsa sosial şəbəkələrdə Snup Doqun klipində çəkilməyinizi anons etmişdiz. Bu nə məsələ idi?
- Mən çəkiliş meydançasında olmuşam – sadəcə, hansısa fraqmentləri klipə qoyublar. Başqa maraqlı detal yoxdu. Mənə pul ödədilər, çəkilişə qatıldım, ancaq bu prosesdə o qədər də fəal deyildim.

- Kvinsi Promeslə Memfis Depayın müntəzəm treklər və kliplər hazırladığını bilirsizmi?
- Eşitmişəm. Əleyhinə deyiləm. İstedad varsa, özünü niyə də müxtəlif sahələrdə sınamayasan?!

- Peşə ilə bağlı arzunuz varmı?
- Günlərin birində “Fiorentina”ya rəhbərlik etmək istəyərdim. Bu klubu çox sevirəm. Ancaq indiki məqamda “Neftçi”dəki işimə köklənmişəm. Qarşıma qoyulan vəzifələri – Azərbaycan çempionluğunu və kubokunu qazanmaq – yerinə yetirmək lazımdı.

- Həbib Nurməhəmmədovun döyüşlərini izlədiyinizi bilirəm.
- Konor Makqreqorun da! Bunlar iki böyük döyüşçüdü. Onlar arasındakı hər döyüşə böyük məmnunluqla baxmışam.

– Futbolda Messi – Kriştiano, MMA dünyasında isə Həbib – Konor rəqabəti. Hansı daha böyükdü?
- Bu elə sualdı ki, cavabım yoxdu. Bəli, şəxsi dueldə Həbib qalib gəldi. Ancaq Makqreqor da MMA-da əsas fiqurlardan biridi. Messi və Kriştiano son illərin dahi futbolçularıdı. Amma oyun üslubları tam fərqlidi. Onlar arasından ən yaxşını necə seçəsən?!

Tanıtma
Adrian Mutu
1979-cu il yanvarın 8-də Kelineştidə dünyaya gəlib.
Rumıniyalı futbolçu və məşqçi.
“Arceş”, Buxarest “Dinamo”su, “İnter”, “Verona”, “Parma”, “Çelsi”, “Yuventus”, “Fiorentina”, “Çezena”, “Ayaçço”, “Petrolul”, “Puna Siti” klublarında oynayıb. Rumıniya yığmasında 77 oyun keçirib. Məşqçi kimi “Parid”i çalışdırıb, ötən aydan “Neftçi”nin “sükanı arxasındadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-10-2022, 16:0

Ronaldo Turin prokurorluğu ilə əməkdaşlıqdan imtina etdi

Premyer-liqa / Manşet

21-05-2023, 12:0

"Neftçi" Rusiya, Türkiyə və Serbiya nəhəngləri ilə qarşılaşa bilər - AÇIQLAMA

Ölkə futbolu

25-08-2022, 11:0

"Cütün ən yaxşı komandası Çempionlar Liqasından kənarda qaldı" - Ozobiç

Premyer-liqa

3-12-2022, 19:0

"Kəpəz"ə layiqincə xidmət etmək üçün gəlmişəm" - Ahmed Ayzaya

Aktual

27-07-2022, 17:0

Şok açıqlama: Rednik Lənkəranda təkcə transferlərdən milyon avro qazanıb!

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə