Azərbaycan - Monteneqro matçlarının hakimləri bəlli oldu

14.08.2023 14:33 201
Yığma
17 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək matçları baş hakimləri İslam Məmmədov və Şamil İmanzadə olacaq.

Azərbaycan U-17 – Monteneqro U-17
15 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə

Azərbaycan U-17 – Monteneqro U-17
18 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov