Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "QOL U-15 " beynəlxalq turniri keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, turnirdə "Neftçi", "Sabah", "Sumqayıt", "Zirə", “Səbail”, “Qarabağ” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə yanaşı Qırğızıstanın "İlbirs" və Özbəkistanın "Paxtakor" komandaları iştirak edəcək. İyulun 7-də start götürəcək turnirə 15-də yekun vurulacaq. Oyunlar "ASK Arena"da və "ASCO Arena"da təşkil olunacaq.
İlk turun təqvimi:
7 iyul
“Neftçi” – “Zirə”
ASK Arena 09.30
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
“Paxtakor” – “Sumqayıt”
ASK Arena 16.30
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Orxan İbişov
“İlbirs” – “Səbail”
ASCO Arena 17.00
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Rəhman Aslanov
“Sabah” – “Qarabağ”
ASCO Arena 20.30[left][/left]
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rasim Axundov