"İnter Mayami" Şimali və Cənubi Amerika Klublarının Liqa Kubokunda növbəti oyuna çıxıb.
“Football-plus.az” xəbər verir ki, komanda 1/4 finalda “Şarlott”la üz-üzə gəlib. Görüş mayamililərin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Matçda son nöqtəni Lionel Messi qoyub. O, ardıcıl 5-ci oyunda fərqlənib.