“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK heyətinə yeni futbolçu qatıb.
"Football-plus.az" xəbər verir ki, Finlandiya təmsilçisi Burkino Fasodan olan hücumçu Hassane Bandeni Fransa “Amien”indən transfer edib. 24 yaşlı forvard ilə 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, dünən “Qarabağ” Bakıdakı ilk oyunda HİK-ə qalib gəlib – 2:1. Bu komandalar arasında cavab matçı avqustun 17-si Finlandiyada olacaq.