• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mbappenin taleyinin necə olacağı hələ də bilinmir - TƏHLİL

Dünya futbolu

7-08-2023, 14:0

PSJ-nin Kilian Mbappeyə münasibətdə prinsipial mövqeyi dəyişməyib. Rəhbərlik özünü aldadılmış sayır və hesab edir ki, müqavilə müddətini uzatmaqla bağlı opsiyanı aktivləşdirməkdən boyun qaçıran forvard artıq “Real”la gələn yay bu kluba azad agent kimi keçməklə bağlı bütün şərtləri şifahi şəkildə razılaşdırıb.

"Football-plus.azın məlumatına görə, incikliyin səbəbi isə Kilianın Parisi pulsuz tərk etməməklə bağlı vədlərində gizlənir.

Ulduz özü ətrafındakıların mediaya sızdırmaları ilə belə anlaşmanın olduğunu inkar edir. Ancaq internet heç nəyi unutmayıb və PSJ-dəkilər ərinmədən hesablama aparıb: Mbappe ictimaiyyət önündə 8 dəfə belə deyib. Bir sözlə, bütün gedişlər yazılıb və klub haqlı olduğuna əmindi. Elə inadkar ulduzu Yaponiya turnesinə yollanan heyətdən çıxarmaq qərarında da. Bu artıq futbolçunun ultimatumu yerinə yetirməməsinə Paris klubunun reaksiyası idi. Ardından PSJ yeni müddət elan etdi: Mbappe iyulun 31-nə qədər ya müqavilə müddətini uzatmaqla bağlı qərar verməli, ya da getməliydi. Əks halda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirməli olacaqdı. “Marca” bir neçə gün əvvəl forvardın artıq Luis Enrikenin yeni mövsüm üçün planlarında yer almadığını xəbər verdi. “Foot Mercato” isə dəqiqləşdirdi ki, ulduzun ehtiyatda qalmasıyla bağlı prinsipial qərar artıq qəbul olunub. Etiraf etmək lazımdı ki, klubun və futbolçunun təmsilçiləri bu müddətdə yalnız ultimatum dilindən yararlanmayıb. PSJ əlavə müqavilə imzalamaq (Mbappe müqavilə müddətini 2025-ə qədər uzadacaq, ancaq bir il sonra gedişi ilə bağlı təminat alacaqdı) yolu ilə ortaq məxrəcə gəlməyə çalışıb. Təbii ki, Kilianın cavabı mənfi olub, üstəlik o, klub ofisindən aldığı növbəti görüşlə bağlı təklifə, ümumiyyətlə, reaksiya verməyib.

“Real” belə durumda marığa yatıb ki, bu da gözlənilirdi. Ona görə ki, Madrid klubu ötən yay havayı əldə elə biləcəyi futbolçu üçün nəhəng məbləğdə pul ödəmək istəyi ilə alışıb-yanmır. Amma “Real”a yaxın media xəbər verir ki, futbolçu azad agent statusu alacağı haıda, madridlilər ona artıq 130 milyon avro imzahaqqı vəd edib. Mbappe ailəsi, təbii ki, bu pulu əldən vermək istəmir. PSJ-nin loyallığa görə iyulun 31-i və avqustun 31-i iki partiyada ödəməli olduğu 80 milyonu da nəzərə alsaq, futbolçunun hazırkı müqaviləsinin sonuna qədər Parisdə qalmaq istəyinin səbəbi asanlıqla anlaşılır.

Bəs hadisələrin bundan sonrakı axarı necə olacaq? Düzdü, PSJ cərimələnən və heyətdən uzaqlaşdırılan Lionel Messinin nümunəsində artıq istəyərsə, öküzlə Yuperi eyniləşdirməyi bacardığını göstərib, ancaq istənilən halda bu da klubun imicinə zərbədi. Mbappeyə gəlincə, klub mənəvi cəhətdən haqlı olsa belə, müqavilə və fundamental çalışmaq hüququ pozulacaq. Fransa Futbolçularının Həmkarlar İttifaqı artıq bu məqamı xatırladıb. Belə kəskin addımlar PSJ-nin hələ də satışına görə pul qazanmaq niyyətində olduğu futbolçunun qiymətinə də təsir edəcək. Təsadüfi deyil ki, İspaniya və Fransa insayderləri prinsipial şəkildə heç bir addım atmayan və şərhlərdən qaçan “Real”ın hazırda PSJ-yə psixoloji təzyiq göstərməsi yönündə ortaq fikirlər səsləndirir. “Le Parisien”in versiyasına görə, İspaniya tərəfi sona qədər məsələni dartacaq və Mbappeni ucuz qiymətə almağa çalışacaq. “RMC Sport” isə əmin edir ki, iyulun 31-dən sonra PSJ-də klub üçün alçaldıcı məbləğdə təklif gözləyirlər. Təbii ki, belə təklif rədd olunacaq, ardından “Real”ın iddia etməyə haqqı çatacaq ki, futbolçunu almağa çalışdı, amma PSJ-dən “yox” cavabı eşitdi.

Mbappenin karyerasını davam etdirməsi ilə bağlı alternativ variantlar varmı? Belə görünür ki, yox. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun “Real”a keçid ərəfəsində təklif etdiyi kosmik 700 milyon təklifini də futbolçu yaxın buraxmadı, hərçənd ailəsi bu məbləğdən ötrü sinov gedird. İngiltərə premyer-liqasının klubları ilə də hansısa ağlabatan danışıqlar getmir. Yürgen Kloppun dediyinə görə, “Liverpul”da hətta yeni şayiələrə gülüblər, maliyyə səbəbləri üzündən belə sövdələşmə mümkün deyil. Hərçənd bəzi mənbələrə inansaq, “Çelsi”nin sahibi Todd Bouli bu həftə Nasser Əl-Xelayfiyə zəng edərək Mbappe ilə danışıqlara başlamaq üçün icazə istəyib.

“Barselona” ilə bağlı ssenari isə əvvəlcədən fantastik görünür. Axı kataloniyalılar indi maliyyə durumu baxımından heç də ən yaxşı günlərini yaşamır. Nəticədə Qavi, Rafinya və Dembelenin də içində yer aldığı dəyiş-düyüş sxemini həm PSJ, həm də Mbappe rədd etdi.

Hər halda, Mbappe ilə bağlı transfer dastanının sonuna gəlib çatmışıq. Demək olar ki, bütün qaynaqların fikri eynidi: PSJ futbolçunu satmaq istəyirsə, o özü “Real”a keçməyi arzulayırsa, Madrid klubunun Kiliana ehtiyacı varsa, tərəflər mütləq razılaşacaq. Bəlkə də elə bu həftə. Parislilərin əhval-ruhiyyəsi belədi ki, avqustun 11-də start götürəcək yeni mövsümə qədər məsələni qapasınlar. Ancaq çətin ki, söhbət 230 milyon avrodan gedir. PSJ-nin 180-200 milyon arası təklifləri qəbul edəcəyini bildirən qaynaqlar indiki məqamda həqiqətə daha yaxın görünür. Bütün bunlar artıq texniki detallardı. Əsas məqam odu ki, 2023-ün yayının ən nəhəng transfer dastanı məntiqi sonluğa yaxınlaşmaqdadı. Mbappenin bir il ərzində ehtiyat oyunçular skamyasını “isidəcəyinə” inanmaq çox çətindi. Onun “Santyaqo Bernabeu”nun qazonuna ağ formada çıxmasını təsəvvür etmək isə asandı. Ancaq serialın bir qədər uzanması da mümkündü. “The Telegraph”dakı yazıya inansaq, Mbappenin “Əl-Hilal” təmsilçiləri ilə görüşə razılıq verməməsi PSJ-nin xoşuna gəlməyib. Paris klubu bu hərəkəti “Real”la sövdələşmənin təsdiqi kimi qiymətləndirir. Odu ki, klubda hətta FİFA-ya şikayət etməyin mümkünlüyünü də araşdırırlar. Hərçənd Madrid klubunun Mbappe ilə təmasını sübut etmək qeyri-realdı.

Yeri gəlmişkən...
Mbappenin şəkli PSJ-nin rəsmi saytından yığışdırılıb. Söhbət “oyunçular” bölməsində yer alan fotodan getmir. Sadəcə, saytın üz qabığında kollektiv foto var idi. İndi bura baş çəkənlər komandanın bəzi oyunçularının, daha dəqiqi, Neymar, Verratti, Markinyos, Ernandes və Li Kan İnin yer aldığı posteri görür, halbuki əvvəllər Kilian da var idi.

Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi (PSJ-nin Mbappenin “Real”la gizli anlaşa biləcəyi ilə bağlı FİFA-ya şikayət etmək ehtimalı haqda sualın cavabında):

“Məni heç nə təəccübləndirməz. Bu məsələ ilə bağlı heç nə bilmirəm. Nəsə siyasi məsələdi, buna qarışmıram. Mən siyasətdən kənardayam”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-07-2023, 10:0

PSJ Mbappeni Yaponiyaya aparmadı və satışa çıxardı

Dünya futbolu

27-07-2023, 18:0

Mbappe Parisə gələn ərəblərlə görüşməkdən imtina etdi

Dünya futbolu

25-07-2023, 13:0

PSJ Mbappeni mövsüm boyunca ehtiyatda saxlayacaq? - TƏHLİL

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 179
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə