• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ Mbappeni mövsüm boyunca ehtiyatda saxlayacaq? - TƏHLİL

Dünya futbolu

25-07-2023, 13:0

Son vaxtlar Kilian Mbappenin indisi və gələcəyi ilə bağlı o qədər çox yazılıb və danışılıb ki, bəzi məqamları bir daha xatırlatmağın mənası yoxdu.

Çoxları artıq başverənlərdən xəbərdardı, nəyisə gözdən qaçıranlar üçün isə bütün maraqlı tərəfləri dalana dirəyən əvvəlki seriyaların qısa məzmununu xatırladırıq. Yeri gəlmişkən, tunelin sonunda işıq görünmür və hər mümkün qərar üç tərəfdən birini qəti şəkildə razı salmır.
Beləliklə, ortada bir ulduz futbolçu var ki, PSJ öz layihəsini məhz onun ətrafında inkişaf etdirmək istəyirdi. Ancaq Mbappe artıq Paris klubunu xəbərdar edib ki, müqavilə müddətinin uzadılmasıyla bağlı bəndi fəallaşdırmaq niyyətindən uzaqdı və bir ildən sonra azad agent statusu alacaq. Ancaq Mbappe getməyə də hazırlaşmır ki, bu da klubu razı salmır. Klub rəhbərliyinin mövqeyi də anlaşılandı. Rəhbərlik Kiliandan ya müqavilə müddətini uzatmağı, ya da elə bu yay satılmasını istəyir ki, pul qazansın. Nəhayət, 3-cü tərəf də var – oyunun içində olan və marığa yatan “Real”. Madriddə köhnə inciklikləri unudublar və Mbappeyə ötən yay “kral klubu”na keçmək əvəzinə PSJ ilə müqavilə müddətini uzatmaqla göstərdiyi zəifliyi bağışlayıblar. Ancaq “Real”ın prezidenti Florentino Peres də bir il əvvəl “Santyaqo Bernabue”ya azad agent statusunda keçə biləsi və 2024-ün yayında yenidən eyni statusa qovuşacaq futbolçu üçün astronomik məbləğ xərcləməyə hazır deyil.

- 175 milyon
Daha bir maraqlı məqam odu ki, PSJ-də “ala qarğa”ya çevrilən, “France Football”a verdiyi qalmaqallı müsahibə ilə yalnız rəhbərliyin yox, bəzi həmklublarının də qəzəbinə səbəbkar olan Mbappe mövqeyini dəyişmir. O bir daha kluba heç yana getmədiyini bildirib. Ancaq əvvəllər Kilianın karyerasının inkişafı ilə bağlı qərarın yalnız gələn yay qəbul edəcəyi ilə bağlı fikirlər səslənirdisə və bu məqam Luis Enrikenin gəlişiylə komanda uğurla inkişaf edəcəyi təqdirdə ulduzun Parisdə qala biləcəyinə ümid verirdisə, indi heç bunu xatırlayan da yoxdu.
Bir halda ki “The Athletic” də alovun üzərinə benzin səpib. Bu nəşrin insaydları əsasən unikallığı və doğruluğu ilə seçilir. “The Athletic” iddia edir ki, müqavilə müddətini uzatmaqdan imtina edəcəyi halda, PSJ rəhbərliyi Mbappeni mövsüm boyunca oyun praktikasından məhrum etməyə qərar verə bilər. Özü də parislilərin artıq belə təcrübəsi var. Vaxtilə son nəticədə “Yuventus”a azad agent kimi yollanan Adrien Rabyonu məhz belə tərbiyə ediblər.

Düzdü, onda ulduzlarla zəngin PSJ heç nə itirmədi. İndi isə yalnız Mbappenin davranışı yox, forvardın havayı getməsinin doğura biləcəyi fəsadlar da narazılıq yaradır. Yenə də həmin “The Athletic” iddia edir ki, belədə Fransa çempionu təcili şəkildə oyunçularını satmalı və hətta əməkdaşlarını ixtisar etməli olacaq ki, təxminən 175 milyon avroluq itkini kompensasiya edə bilsin. Parislilər artıq 6 futbolçunu – Şkrinyar, Asensio, Uqarte, Li Kan İn, Ndur və Ernandesi “rənglərinə bağlasa” da, bəzi transferlərlə bağlı danışıqları dayandırıb. Bernardo Silva, Vlahoviç və Barkola ilə danışıqlarda fasilə yaranıb.

Luis Enrikenin mövqeyi

Təbii ki, Luis Enrike də indiki durumdan məmnun deyil. Baş məşqçi komandanı necə quracağını dəqiq şəkildə anlamalıdı. Ona görə ki, Mbappeli və onsuz PSJ iki fərqli müstəvidi. Söhbət heç də Kilianın səviyyəsindən getmir, oyunun strukturu müzakirə mövzusudu. Bu üzdən Enrike klubun mövqeyini dəstəkləyir və müqavilə müddətini uzatmırsa, forvardın satılmasında israrlıdı. Son tarix kimi isə iyulun 31-i göstərilir. Bu elə-belə tarix deyil, məhz həmin gün parislilər Mbappenin hesabına loyallığa görə nəzərdə tutulan bonusun ilk hissəsini köçürməlidi. İkinci hissənin ödənişi sentyabra gözlənilir və çoxları belə hesab edir ki, Kilian və ailəsi məhz həmin pulu itirmək istəmir. Üstəlik “Real” pul tökəcəksə, imzahaqqı kimi nəzərdə tutulan 100 milyon bonus haqda danışmaq lazım gəlməyəcək.

Hələ ki PSJ Mbappeyə təzyiq göstərməkdədi. Məsələn, RMC Sport iddia edir ki, məşqə baş çəkən Nasser Əl-Xelyfi komandaya müraciətlə artıq mediaya sızan ifadəni işlədib: “Heç kim klubdan yüksəkdə dayana bilməz”. Bu ifadənin kimə ünvanlandığı aydındı, hərçənd prezident Mbappe ilə ayrıca danışmayıb, bütün diqqətini yenilərə yönəldib. Odu ki, ehtiyat oyunçular skamyasına keçirilməklə bağlı təhdidlər hələlik hipotetik xaraktar daşıyır.

Açığını desək, belə ssenariyə inanmaq çətindi – Mbappenin personası dünya futbolunda hədsiz böyük önəm daşıyır. Hərçənd biz onu da xatırlayırıq ki, Səudiyyə Ərəbistanına icazəsiz səfərdən sonra PSJ dünya ulduzu Messini nümayişkaranə şəkildə necə “sındırdı”. Leo heyətə ikihəftəlik cəza müddəti bitməmiş dönsə də, bunun üçün ictimaiyyət önündə üzr istəməli oldu. Ambisiyalı Mbappenin belə alçalmaya getməyəcəyi dəqiqdi, bununla belə, yenə də aydın deyil ki, bu şəraitdə - ehtiyatda qalmaqla mövsümü necə yola verəcək. Özü də dünənə qədər ona səcdə edən tribunaların daimi pressinqi altında.

Belə şəraitdə “Real”a keçid praktiki cəhətdən qaçılmaz görünür. Müdrik Peres isə yenə də hamını aldadır. “Relevo”nun versiyasına görə, madridlilər yanvara qədər pauza götürə və qışda transferi reallaşdıra bilər. Ancaq onda PSJ-nin istədiyi 200 milyon yox, daha məntiqli məbləğ müqabilində. Hələlik isə Xosep Pedrerolu dinləməyə dəyər. Peresin ruporu rolunu oynayan həmkarımız “El Chiringuito”dakı proqramında deyib ki, Madrid parislilərin küncə sıxılmağa məcbir olacağı yayda transfer məsələsində fəallıq göstərəcək. Və bu, bütün qarşılıqlı incikliklərə görə ən şirin qisas olacaq.

Yeri gəlmişkən? dünən səhər “Marca” “Central Defense” qaynağına istinadla daha bir maraqlı xəbər yaydı. Guya Paris klubunun rəhbərliyi 24 yaşlı ulduza 10 illik, dəyəri 1 milyard avro olan müqavilə təklif edib. Kilianın cavabı hələ bəlli deyil.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-06-2023, 19:0

Mbappe seçim qarşısında qalıb

Dünya futbolu

10-04-2022, 13:0

Mbappe ilə bağlı “sabun operası” davam edir

Dünya futbolu

20-02-2023, 20:0

Mbappe “Real”a: məni də alın, Hakimini də!

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə