• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dembele “Barsa”nı və Xavini aldatdı - YAZI

Dünya futbolu

7-08-2023, 14:0

Usman Dembele, çox güman, “Barselona”nın ən fiasko yatırımlarından biridi.

2017-ci ildə fransalı hücumçu üçün 135 milyon avro ödəyən klub faktiki büllur, zərərli və səs-küylü futbolçu almışdı. Belə görünür ki, o artıq PSJ-yə gedir. Və bu keçid iki nəhəng arasında müharibəyə yol aça bilər. PSJ 2022-ci ilin yanvarında kataloniyalılara belə təkliflə üz tutsaydı, bəlkə də “Barsa”nın prezidenti Xuan Laporta özü Dembeleni Parisə aparardı. Təbii ki, onun üçün az-çox adekvat para təklif olunacağı təqdirdə. Məhz həmin vaxt Usman klubla müddəti başa çatan müqavilə ilə bağlı mübahisə edirdi – yarım il idi ortaq məxrəcə gələ bilmirdilər, “transfer pəncərəsi”nin bağlanmasına isə bir neçə həftə qalırdı. Kataloniyalıların idman direktoru Mateo Alemani həmin il yanvarın 20-də belə demişdi:

“Aydındı ki, Dembele karyerasını “Barselona”da davam etdirmək istəmir. O daha layihəmizin bir hissəsi olmaq fikrində deyil. Usmana demişik ki, dərhal klubdan getməlidi. Onun yanvarın sonuna qədər klubu tərk edəcəyini gözləyirik. Bizə sadiq oyunçular lazımdı”.


Klubu anlamaq olardı – həmin vaxt Usman birmənalı şəkildə “Barsa” üçün yararsız idi. 100 milyon avrodan artıq pul ödənilən futbolçu 5 il ərzində heç bir mövsümdə oyunların 70 faizində belə görünməmişdi. Əvəzində müntəzəm lazaretdə görünürdü – bütün karyerası boyunca zədə üzündən 700 gün buraxıb. Bundan başqa, fransalı xoş xarakteri ilə fərqlənməyib. Oyundaşları ilə xoş münasibət saxlamayıb, məşqçilərlə münaqişəyə girib, rejimi pozub, hətta oyunlara gecikdiyi vaxtlar da olub... Düzdü, müqavilə müddətini uzadandan sonra “Barselona”dakı ən yaxşı dönəmini keçirdi – komandanın liderlərindən birinə çevrildi, çoxlu məhsuldar ötürmə verdi, bir sözlə, nəhayət, ağlı başına gəldi. Ancaq ötən mövsümün ortalarında aldığı növbəti zədə fransalının çoxdan gözlənilən uçuşunu yarımçıq qoydu. Hər kəs düşünürdü ki, “Barsa” Dembelenin sıraya dönməsini gözləyəcək, Xavi isə ona bel bağlayacaq. Mövsümün startına az qalmış məlum oldu ki, Dembelə PSJ-nin yolunu tutmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, indi Laporta parisliləri müharibə ilə təhdid edir. “Cope” yazır ki, klub prezidenti futbolçunun müqaviləsindəki bənddən yararlanan PSJ-nin sırtıqlığından çox narazıdı. Xavi artıq Usmanla vidalaşmağa imkan tapıb, odu ki, bizə yalnız gözlənilməz sövdələşmənin detallarından xəbər tutmaq qalır. Dembele üçün klub qeydiyyatını dəyişməyin motivi aydındı. Söhbət ilk növbədə əməkhaqqı artımından gedir. Fransalı vətənində indiki kimi 12 milyon yox, 20 milyon avro qazanacaq. Üstəlik Messinin gedişindən sonra və Mbappe ilə mümkün ayrılıq fonunda mütləq Usmana heyətdə yer tapılacaq. Ancaq hadisələrin belə axarı “Barselona”nı qətiyyən razı salmır. İş ondadı ki, Usmanın müqaviləsində 50 milyon avroluq dəbbəhaqqı yer alıb. Yeri gəlmişkən, bu məbləğin 50 faizi ona çatıb. Kataloniyalılar bu yolla 2022-nin yayında müqavilə müddətini uzatdığına görə ona çatmalı olan pulu ödəyib. Yəni sövdələşmə halında “Barsa” liderlərindən birinə görə cəmi 25 milyon alacaqdı. 50 milyon məbləği bu il iyulun 31-nə qədər qüvvədə idi – avqustun 1-dən məbləğ ikiqat artacaqdı. Bahalaşmaya bir gün qalmış parislilər Dembeleni 50 milyona əldə etmək niyyəti ilə “Barsa”ya üz tutmaq fikrində olub. Ancaq İspaniya mediasına inansaq, Dembele onlardan belə etməməyi xahiş edib və “Barselona” ilə dürüst şəkildə anlaşmalarını istəyib. Bəzi insayderlər isə bildirir ki, PSJ futbolçunun xahişini geri çevirib və müqavilədəki bənddən yararlanıb. Dembele də sakitcə 5 illik müqaviləni razılaşdırıb və yaxın günlərdə Parisdə olacaq. “Le Parisien” yazır ki, sövdələşmə həftənin axırına qədər qapanmalıdı. “Barsa”nın baş məşqçisi Xavinin bu olayla bağlı fikirləri:

“Ona görə bir qədər məyusam. Dembele mənə dedi ki, təklif alıb, getmək istəyir. Biz heç nə edə bilmərik, ona görə ki, Fransadan aldığı təkliflə rəqabət aparmağa qadir deyilik. Amma Usmanın qərarı mənə yaxşı görünmür. Ona görə ki, onun qayğısını çox çəkdik, xoşbəxt olması üçün əlimizdən gələni etdik. Ancaq bu da bazarın qanunudu, Dembeleyə uğur arzulayıram”.


Xavinin məyusluğunu anlamaq olar. Onun ayağı qaldırdığı, formaya saldığı futbolçu çox qeyri-münasib vaxtda baş məşqçini və komandanı “satdı”. Xavinin Dembeleyə necə inandığını nəzərə alsaq, hisslərini anlamaq çətin deyil. Elə “Barsa”nın da halına yanmaq lazımdı. Bütün məlumatlar doğrudusa, Kataloniya klubu ulduzlarından birinə görə cəmi 25 milyon avro alacaq, qalan pul isə futbolçunun cibinə gedəcək. 25 milyon avroya Usmana adekvat olan futbolçu tapmaq mümkünsüzdü.

Şayiələrə inansaq, “Barselona”da Bernardo Silva, Joao Feliş və ya Leroy Saneni arzulayırlar, ancaq çətin ki, göstərilən məbləğ müqabilində bunlardan hansınınsa transferini maliyyələşdirmək mümkün ola. Yalnız Dembelenin özünə görə sevinmək olar – hər halda, bu oğlan taleni aldatdı və bir top-klubdan başqasına adladı, özü də əməkhaqqı artımı ilə. Zədə tarixçəsini nəzərə alsaq, onun özü və agenti üçün əla sövdələşmədi. “Barsa”ya isə taleyi ilə barışmaq və perspektiv üçün daha düzgün futbolçuya yatırım etmək qalır. Yaxşı olar ki, başında fərqli yellər əsməyən futbolçuya.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-07-2022, 21:0

"Barselona" Dembele ilə razılaşdı

Dünya futbolu

24-06-2022, 19:0

Dembele “haqq yoluna gəldi”

Dünya futbolu

19-06-2022, 21:0

Dembele “Barselona”nın azarkeşinə nə deyib?

Dünya futbolu

1-08-2023, 23:0

Dembele vətəninə qayıdır?

Aktual
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
Son xəbərlər
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə