• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın və İkardinin mövsümü...

Dünya futbolu

6-08-2023, 20:0

Türkiyə çempionatında son illərin ən başıbəlalı mövsümünü geridə qoyduq.

"Football-plus.az" xəbər verir ki, DÇ fasiləsi azmış kimi, zəlzələ və prezident seçkisi üzündən də fasilələr yarandı. Zəlzələdən sonra iki komanda mövsümün ortasında çıxışını dayandırmalı oldu. Qanadı qırılmış quşa bənzəyən mövsümü birtəhər başa vurmaq mümkün oldu. Amma 2022/23 həm də “Qalatasaray”ın və Mauro İkardinin mövsümü kimi yadda qalacaq...

2023-də 23-cü çempionluq
Antirekordlarla zəngin faciəvi 2021/22 mövsümündən sonra “Qalatasaray”da ötən yay, gözlənildiyi kimi, hər baxımdan ciddi dəyişikliklər oldu. Həm rəhbərlik, həm məşqçilər korpusu, həm də heyət yeniləndi. Okan Buruk məsuliyyətdən çəkinməyərək ən böyük arzusuna çatdı və belə böyük camiənin yükünü üzərinə götürdü. Heyətə Torreyra, Oliveyra, Mertens, Mata, İkardi kimi ulduzlar, Əbdülkərim Bardakcı, Raşitsa kimi faydalı oyunçular cəlb olundu. Təbii ki, yeni oyunçuların bir-birinə və baş məşçiyə uyğunlaşması zaman aldı. Mövsüm inamsız və möcüzəvi qələbələrlə başladı. İlk turlarda komandanı gah Qomis, gah da rəqiblərin avtoqolları xilas edirdi. 10 oyuna “Qalatasaray” yalnız 18 xal toplamış, 12 qol vurmuş və liderdən 5 xal geri düşmüşdü! Artıq Okan Buruka və bu layihənin gələcəyinə şübhə ilə yanaşanlar var idi. Amma görünür, uyğunlaşma və yeni sistemin “oturması” üçün 10 oyun kifayət etdi. Çünki məhz həmin andan etibarən İstanbul nəhəngi fırtına kimi əsməyə, İkardi isə qolları sıralamağa başladı. Sözsüz, avrokuboklarda oynamaması da “Cim-Bom”a əlavə üstünlük verirdi. İkardinin dublu sayəsində “Beşiktaş”la derbidə qazanılan qələbə, eləcə də səfərdə “İstanbul BŞ” üzərində qazanılan 7:0 hesablı tarixi zəfər komandanın özünəinamımı artırdı. DÇ fasiləsindən sonra “sarı-qırmızılar” artıq qarşısıalınmaz idi. Heç də təcrübəsiz olmayan Okan Buruk kollektivi gözəl idarə edirdi. Nəticədə oktyabrın 28-də başlayan qələbə seriyası 14 oyun davam etdi və martın 17-də Konya səfərində başa çatdı. Ardıcıl 14 qələbə Türkiyə çempionatı tarixinə yeni rekord kimi düşdü. Hərçənd bura “Qaziantep” üzərində qazanılan texniki qələbə də daxildi. 15-ci turdan zirvəni ələ keçirən “Aslan” sona qədər də ordan enmədi. Komanda çempionluğu təmin etdikdən sonra mövsümü “Fənərbaxça” üzərindəki parlaq qələbə ilə tamamladı. İcarə əsasında oynamasına baxmayaraq, klubu və fanatları çox sevən, vacib məqamlarda səhnəyə çıxan İkardi 22 qol, 7 məhsuldar ötürməlik mükəmməl performansla camiənin sevimlisi oldu. Türkiyə cümhuriyyətinin yüzillik yubileyini qeyd etdiyi 2023-cü ildə “Qalatasaray” tarixinin 23-cü çempionluğunu qazandı!

Qeyri-sabit “Fənərbaxça”
“Fənərbaxça” bu dəfə də ümidləri doğrultmadı. Halbuki təcrübəli Jorje Jezuşun gəlişindən sonra fanatlar, nəhayət, çempionluq həsrətinə son qoyulacağına ümid edirdilər. Əslində ümumi götürəndə komanda mövsümü pis keçirmədi. Amma iki əsas amil “Fənər”ə hədəfə çatmağa imkan vermədi. Söhbət iddiasız klublarla oyunlarda itirilən xallardan və derbilərdəki zəif performansdan gedir. Komanda bir neçə cəbhədə oynadığından Jezuş tez-tez rotasiyaya əl atmalı olurdu. “Fənər” mövsümə yaxşı başlasa da, sonradan qeyri-sabit nəticələr bir-birini əvəz etməyə başladı. Təkcə bir faktı vurğalayaq ki, “sarı-lacivərdlilər” elitanı tərk edən “Girəsunspor” və “Ümraniyəspor”a qarşı ümumilikdə 4 qarşılaşmanın yalnız 1-də qələbə qazandı. Eləcə də “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor”a qarşı 6 oyunda 18 mümkün xaldan cəmi 4-nü (1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət) toplamaq mümkün oldu. Artıq ikinci dövrənin gedişində hər kəsə bəlli idi ki, “Qalatasaray”a çatmaq mümkün olmayacaq. Yaxşı məqamlardan komandanın AL-də qrupu lider kimi tamamlayıb 1/8 finala vəsiqə qazanmasını qeyd etmək olar. Burda İstanbul nəhəngini sonradan turnirin qalibi olacaq “Sevilya” dayandırdı. Ən əsası ölkə kubokundakı zəfər sayəsində 9 illik fasilədən sonra, nəhayət, titul həsrətinə son qoyuldu. Eləcə də əla mövsüm keçirən və bir sıra rekordlar yeniləyərək adını klub tarixinə yazdıran Valensiya bombardirlər yarışının qalibi oldu.

“Beşiktaş” Günəşlə dirçəlsə də, qatar artıq getmişdi
“Beşiktaş”ın yeganə səhvi mövsümə Valerien İsmaellə başlamaq oldu. Kim bilir, bəlkə də Şenol Günəş əvvəlcədən komandanın başında olsaydı, çempionluq “Qartal”a qismət olardı. İsmaelin dövründə xallar sağa-sola paylandı. Günəş gələndən sonra isə dərhal qələbələri sıralamaq mümkün olmadı. Yalnız sistem yerinə oturandan və yanvarda Abubakar heyətə cəlb olunandan sonra nəticələr düzəlməyə başladı. Amma onda da qatar artıq getmişdi. Çünki sürət yığan “Qalatasaray” xal fərqini çox açmışdı. Bununla belə, komanda əlindən gələni etdi. Səfərdə “Fənərbaxça”, evdə “Qalatasaray” üzərində qazanılan inamlı qələbələr fanatlar üçün kiçik təsəlli oldu. Son turda “Konyaspor” üzərində qələbə əldə olunsaydı, komanda mövsümü 2-ci pillədə bitirə bilərdi. Amma bunun artıq elə bir prinsipial əhəmiyyəti qalmamışdı. Çünki həm 2-ci, həm də 3-cü pillənin sahibi yalnız KL-in 2-ci təsnifat mərhələsində oynamaq hüququ qazanırdı. “Trabzonspor” son illərin dəbinə ayaq uyduraraq çempionluqdan sonra bərbad mövsüm keçirdi. Bu, Türkiyə futbolunda sanki yeni tendensiyadı. Çempion komanda növbəti mövsüm tanınmaz halda olur. Ötən yay fanatların az qala başına and içdiyi Abdulla Avcı heç cür vəziyyəti düzəldə bilməyərək martda “ağ bayraq qaldırdı”. Təsadüfi deyil ki, trabzonlular yalnız 6-cı yeri tutdu. “Adana Dəmirspor” tarixinin ən yaxşı mövsümünü keçirərək 4-cü oldusa, Əmrə Belözoğlunun çalışdırdığı “İstanbul BŞ” 5-ci pillə və kubokun finalçısı statusu ilə kifayətlənməli oldu. Onu da xatırladaq ki, 23-cü turdan sonra çempionatdan məcburi çəkilən “Qaziantep” ilə “Hatayspor” yeni mövsümdə elitada oynayacaq.

Paylaş:
Digər xəbərlər

Aktual

26-03-2023, 10:0

"Qalatasaray"ın "Qarabağ"la keçirəcəyi oyun üçün heyəti

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

18-01-2023, 15:0

Okan Buruk rekordçular sırasında

Dünya futbolu

21-05-2023, 14:0

''Qalatasaray''ı çempionluqdan 1 qələbə ayırır

Dünya futbolu

18-04-2023, 11:0

“Qalatasaray”dan Okan Buruka yeni təklif

Aktual

26-03-2023, 18:0

"Qarabağ" və "Qalatasaray"ın start heyətləri

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 180
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə