• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İlin ən yaxşı debütantı İtaliyaya xəyanət etdi!

İdman

4-08-2023, 19:0

MBA-nın 2022 draftının 1 nömrəsi Paolo Bankero yüksək statusunu dərhal doğrultdu, “Orlando”dakı debüt mövsümündə parlaq təsir bağışladı.

“Football-plus.az” xəbər verir ki, sorğuya qatılan 100 adamdan 98-nin anketində 1-ci göstərilməklə MBA-nın 2022/23 mövsümünün ən yaxşı debütantı sayıldı. Bankero orta hesabla 20 xal, 6,9 ribund və 3,7 ötürmə göstəricisi ilə yadda qaldı (düzdü, ağır forvardın fədakarlığı komandasının hətta pley-in uğrunda mübarizə aparması üçün kifayət etmədi). Belə parlaq debütdən sonra qarşıdakı dünya çempionatına hazırlaşan İtaliya yığmasının düşərgəsində Paolonu həvəslə gözləyirdilər... Ancaq Bankero heç gözlənilmədən ABŞ yığmasının şərəfini qorumağa qərar verdi.

İkili vətəndaşlığa malik (Sietldə dünyaya gəlib) Bankero ötən il açıq şəkildə məhz İtaliya yığmasında oynamaq istədiyini deyirdi: “16 yaşım olanda İtaliya Basketbol Federasiyasının rəhbərləri atama müraciət edib. Onlar soruşublar ki, “oğlunun İtaliya kökləri varmı, vətəndaşlıq ala bilərmi?” Atam “bəli” cavabını verib. Beləcə proses başladı, mən bir neçə dəfə San-Fransiskoya uçaraq İtaliyanın ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşdüm, bir neçə görüşün ardından İtaliya pasportu aldım. İtaliya yığmasında oynamağı planlaşdırıram, ancaq bunun nə vaxt olacağını bilmirəm. Ordan elə qeyri-adi sevgi alıram ki... İtaliyaya baş çəkməkdən ötrü səbirsizlənirəm”.

Paolo yuxarıda xatırlatdığımız cümlələri ötən ilin oktyabrında işlədib. Noyabrda da demişdi ki, əsas hədəfi bu ayın sonunda İndoneziya, Yaponiya və Filippində start götürəcək dünya çempionatında İtaliyanın formasını heyməkdi: “Buna çox ümid edirəm”.

Ancaq seçim etmək məqamı yetişəndə Paolo İtaliya Basketbol Federasiyası ilə təmasdan qaçdı. Amerikalı insayder Şəms Çaraniyanın iyunun sonunda Bankeronun DÇ-2023-ə ABŞ yığmasının heyətində yollanmaq istəyində olmasıyla bağlı yaydığı xəbər aydın səmada şimşək çaxmasına bənzədi. Təbii ki, ən azı italiyalılar üçün. Bir neçə gün sonra bu xəbəri təsdiqləyən federasiya prezidenti Canni Petruççi onu da vurğuladı ki, Bankero ona pasport almaqda yardım edən adamları axmaq yerinə qoyub: “Paolonun ABŞ yığmasında oynamaq hüququ var, o, Amerika vətəndaşlığına da malikdi. Ancaq bizə zəng edə, qərarından xəbərdar edə bilərdi. Biz isə bu məsələdən yalnız media vasitəsi ilə xəbər tutduq. Paolo son bir neçə gündə Milanda olub, onun agentliyi ilə aramızdakı razılığa baxmayaraq, yığmanın baş məşqçisi Canmarko Potsekko ilə görüşdən yayınıb. Xəyanət – xüsusən də basketbolda – hədsiz sərt ifadədi. Belə hallar olur, şəxsən mən buna öyrəşmişəm. Ancaq o, bizi axmaq yerinə qoydu, biz Paolo üçün böyük kommersiya kampaniyası planlaşdırmışdıq. İndi isə bu məyusluğu müsbət enerjiyə transformasiya etməliyik”.

Petruççi sırf vəzifə səlahiyyətlərinə görə səliqəli danışsa da, yığmanın azarkeşləri qəzəbdən dəliyə dönüb. Çoxsaylı şərhlərdə Paolonun ünvanına deyilməyən söz yoxdu. İtaliyanın aparıcı media qurumları da onun “payını verib”. Nəhayət, yığmanın kapitanı Luici Datome də bu mövzuya münasibət bildirməli olub: “O artıq seçim edib. Paoloya xəyanətkar kimi yanaşmamalıyıq. Hər kəsin öz yolu var. Komandamız Paolosuz da ötüşə bilər”.

Xatırladaq ki, İtaliya A qrupunda Anqola, Dominikan Respublikası və Filippinlə birgə mübarizə aparacaq. Potsekkonun komandası 2-ci qrup mərhələsinə vəsiqə qazanarsa, B qrupunun (Serbiya, Çin, Puerto-Riko, Cənubi Sudan) iki ən yaxşı komandasından biri ilə qarşılaşacaq.

İtaliya yığmasının sonuncu Avropa çempionatında çox yaxşı təsir bağışladığını nəzərə alaq, pley-offda yer almaq şansı çox yüksəkdi. Xatırladaq ki, italiyalılar bir il əvvəl keçirilən qitə birinciliyində Nikola Yokiçin lideri olduğu Serbiya yığmasını evə göndərmişdi (94:86). 1/8 final oyununun qəhrəmanı Marko Spissu olmuşdu. İtaliya 1/4 finalda turnirin daha bir favoritini – Fransanı da məğlub etməyə yaxın idi. Ancaq Tomas Ertel “üçrənglilər”i, demək olar ki, təkbaşına yarımfinala daşıdı.

Paylaş:
Digər xəbərlər

İdman

22-10-2022, 15:0

Yeni mövsüm rekordlarla başladı

İdman

7-07-2023, 21:0

ABŞ yığması DÇ üçün heyətini açıqladı

İdman

19-12-2022, 10:0

"Orlando" qələbə seriyasını 6-ya çatdırdı

İdman

29-10-2022, 15:0

“Bruklin” batır, azarkeş Donçiçə stəkan atır

Dünya futbolu

28-07-2022, 23:0

İtaliya nəhəngindən debütanta yollanacaq?

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 459
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 193
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə