• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Henderson da Səudiyyə Ərəbistanına yollanır

Dünya futbolu

31-07-2023, 16:0

20 yaşlı Cordan Henderson 2011-ci ilin iyununda “Sanderlend”dən “Liverpul”a keçəndə (transferdən bir neçə həftə sonra 21 yaşı tamam oldu), çətin ki, kimsə onun “Enfild”dəki karyerasının belə parlaq olacağını düşünərdi. Özü də komandanı qəbul edən Brendan Rocersin elə ilk mövsümdən sonra Hendodan qurtulmaq istədiyini nəzərə alsaq.

Nəticədə nə alındı? 12 il, 268-i kapitan sarğısı ilə 492 oyun, 33 qol, 61 məhsuldar ötürmə. “Liverpul” tarixində yalnız 4 futbolçu kapitan kimi Hendersondan daha çox oyun keçirib. O, demək olar ki, bütün mümkün qənimətləri başı üzərinə qaldırıb – Çempionlar kuboku, premyer-liqa çempionluğu (bəli-bəli, 30 illik “quruluqdan” sonra – 2020-ci ildəki həmin titula qədər “Liverpul” sonuncu dəfə uzaq 1990-cı ildə, Henderson dünyaya gələndə çempion olmuşdu), İngiltərə kuboku, Liqa kuboku, İngiltərə Superkuboku, klub dünya çempionluğu, Avropa Superkuboku. Yalnız Avropa Liqasının qalibi titulu çatışmır, hərçənd şans var idi, sadəcə, 2016-da “Liverpul” finalda “Sevilya”ya uduzdu.

Ancaq həmin ilk mövsüm həqiqətən qorxunc idi. “Liverpul” Hendersona görə “Sanderlend”ə 16 milyon funt ödəmişdi – 12 il əvvəl çox ciddi məbləğ idi. Statistik göstəricilər zahirən qaydasında idi – premyer-liqada 31-i əsas heyətdə olmaqla 37 oyun, iki qol və iki məhsuldar ötürmə. Ancaq media və azarkeşlər Hendoya sərt təzyiq göstərirdilər. Əlbəttə, əsasən də qiymətinə görə. Amma heç kim detallara varmaq istəmirdi. Axı Cordan Sanderlenddə dünyaya gələn, orda böyüyən və həyatı boyunca yerli komandada oynayan gənc oğlan idi. İndi isə top-kluba – “Enfild”ə düşmüşdü. Orda mövsümün böyük bölümündə sağ cinah yarımmüdafiəçisi kimi oynadı. Klubun o vaxtkı idman direktoru Demyen Kommoli də tənqiddən payını alırdı – gənc yarımmüdafiəçi məhz onun seçimi idi. Nəticədə bir ildən sonra funksioneri qovdular. Çox şeyi onun üzünə vurdular, məsələn, Stüart Dauninqin 20 milyona transferini və Çarli Adamı. Ancaq ittihamların əsas bəndi Hendersonun alınması idi.

Yayda komandaya gələn Brendan Rocers Cordanla üzülüşmək istəyirdi. O, “Fulhem”dən Klimpt Dempsinin alınması üzrə sövdələşmənin bir hissəsi olmalıydı. Henderson 2012-nin noyabrında deyirdi: “Brendan məni yanına çağırıb dedi: “Qulaq as, sənlə bağlı təklif var, nə düşünürsən?” Sözündən belə hiss etdim ki, getməyimim əleyhinə deyil. Bazadakı otağıma qayıdıb ağladım. Çünki sözləri mənə çox ağrıdıcı gəldi. Agentimlə danışdım, nəyin baş verdiyini dedim. Onu da dedim ki, heç yerə getmək istəmirəm. Qalmaq, mübarizə aparmaq və baş məşqçiyə mənə münasibətdə haqsız olduğunu sübut etmək istəyirdim. Agent razılaşdı. Sonra atamla danışdım, o da qərarımı dəstəklədi”.

Bilirsizmi, bu hekayə köhnə məktəb qoxusu verir. Burda əsas davranış nümunəsi odu ki, futbolçu elə ilk çətinlikdə agentin üzərinə ona yeni klub tapmaq tələbi ilə qaçmayıb. Henderson atası ilə də danışdığını deyir. Yarımmüdafiəçinin karyerasındakı ən gözəl və yaddaqalan hadisələrdən biri məhz atası ilə bağlıdı. Çempionlar Liqasının 2019-cu ildəki finalını xatırlayın. Mükafatlandırma mərasimi yenicə başa çatıb, “qulaqlı” kuboku oyundaşlarına verən Hendo atası ilə qucaqlaşmaq üçün künc bayrağının yanına qaçır və bu məqam bütün dünyanın diqqətini çəkir. Axı bu jestdə tam gerçək sevgi və xoşbəxtlik var.

2014-cü ildə böyük Hendersona xərçəng diaqnozu qoymuşdular. O, əvvəlcə Cordana heç nə demədi, sadəcə, diqqətini futboldan yayındırmaq istəmədi. Xoşbəxtlikdən xəstəliyə qalib gəlmək mümkün oldu və bir neçə ildən sonra ata oğlunun bir-birinin dalınca kubokları başı üzərinə qaldırdığını gördü.

“Tottenhem”lə 2019-cu ildəki həmin final darıxdırıcı idi. Xüsusən də parlaq pley-offun və əlbəttə, “Barselona” ilə yarımfinaldakı cavab görüşünün fonunda – futbol tarixinin ən böyük geridönüşlərindən birinin baş tutduğu oyunu deyirik. Hər kəs oyunu buraxan Məhəmməd Salahın üzərində “heç vaxt təslim olma” yazılan maykasını, Trent Aleksander-Arnolda künc zərbəsini yerinə yetirmək üçün dərhal topu verən bolboyu xatırlayır. Həmin oyunda Henderson ilk yarının sonuna yaxın dizindən zədə aldı. Qazona yıxıldı və əlləri ilə üzünü örtdü. Corcinyo Viynaldum artıq kapitanı əvəz etməyə hazır idi, ancaq Hendo qaldı. Fasilədə isə oyunu davam etdirmək üçün hər şey etdi. “Liverpool Echo” nəşri sonradan yazırdı ki, paltardəyişmə otağında ağrıdan dayana bilməyən Henderson həkimlərin üzərinə “iynə, dərman, buz verin, hər şey verin”, - deyə qışqırırmış. Oyundaşları və baş məşqçi Yürgen Klopp belə fədakarlığa görə heyrətini gizlədə bilmirdi.

Bu tarixçə də adamın “könhə məktəb” olduğunu göstərir. Onda Tyaqo Alkantarada olan meydanı görmək və ötürmə bacarığı yoxdu. Və ya Fabinyo kimi dağıdıcı deyil. Heç bütün karyerası boyunca müzakirə olunduğu Stiven Cerrard qədər xarizmatik fiqur da deyil. Son onillikdə “Liverpul”un heyətində olan ən güclü yarımmüdafiəçi də sayıla bilməz. Ancaq bir önəmli məqam var: Hendo bütün gücünü meydanda qoyur, komanda və oyundaşları üçün ölməyə belə hazırdı. Henderson öz üzərində işləməyə və təkmilləşdirməyə dair klassik nümunədi. Hendo Rocersə faydalı olduğunu sübut edə bildi, nəticədə baş məşqçi ona kapitan sarğısını verdi. Və Hendo Kloppun pressinq maşınının vacib hissəsinə çevrildi. O, işə doğru münasibət göstərən klassik yaxşı oğlandı. Vircil van Diykə qulaq asaq:

“Cordan həmişə komandanın maraqlarını öz maraqlarından uca tutur. Kapitan olmaq, sadəcə, sarğını qoluna keçirib komanda yoldaşlarının üstünə qışqırmaq deyil. O, özünün neqativ təcrübəsindən – tənqiddən, zədələrdən yararlanır və belə vəziyyətə düşən başqalarına yardım edir”.


Hətta onun Səudiyyə Ərəbistanına gedişini də tənqid etməyə adamın dili gəlmir. Cordan köhnə tanışı Cerrardın yanına – “Əl-İttifaq”a yollanır. Əlbəttə, karyerasını “Enfild”də bitirmək daha gözəl olardı. Ancaq istənilən halda Hendo bu qərara görə tənqid olunası adam deyil.

Yeri gəlmişkən...
“Əl-İttifaq” bu transferə görə “Liverpul”a 14 milyon avro ödəyib. 33 yaşlı futbolçu ilə üçillik müqavilə imzalanıb. Səudiyyə Ərəbistanı klubu bundan öncə “Lion”dan azad agent kimi ayrılmış Mussa Dembeleni də heyətinə qatıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-07-2023, 23:0

Henderson “Əl-İttifaq”da

Dünya futbolu

28-01-2023, 15:0

Məşqçi Kloppun 1000 oyunu: rəqəmlər üzərində gəzişmə

Dünya futbolu

7-07-2023, 19:0

Firmino özünə yeni iş yeri tapdı

Dünya futbolu

30-07-2023, 19:0

Yeni kapitan kim olacaq?

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Dünən, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
Daha çox
Oxunub: 544
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 265
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə