İskonun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Sevilya”nın sabiq yarımmüdafiəçisi Sevilyaya qayıdıb.
Amma bu dəfə şəhərin digər klubu ilə anlaşıb. Son yarım ili klubsuz keçirən 31 yaşlı futbolçu “Betis”lə azad agent kimi birillik müqavilə imzalayıb.
Xatırladaq ki, “Valensiya”nın yetirməsi olan İsko bu komandada 2010/11 mövsümündə çıxış edib. Sonra “Malaqa” (2011-13), “Real” (2013-22) və “Sevilya”nın (2022) formasını geyib.