• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünyanın ən baha 4-cü qapıçı transferi

Dünya futbolu

26-07-2023, 18:0

“Mançester Yunayted” “İnter”dən aldığı qapıçı Andre Onananın transferini rəsmi şəkildə elan etdi.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı kamerunlunun “qırmızı şeytanlar”la müqaviləsi 5 illikdi – 2028-in yayına qədər nəzərdə tutulan müqavilənin müddətini sonradan bir il də artırmaq olar. Transfer məbləği haqda bilgi verilməsə də, Avropanın ən nüduzlu insayderlərindən biri Fabritsio Romano söhbətin 50 milyon avrodan və əlavə 5 milyon bonusdan getdiyini deyir. “The Atletic” 51 + 4 milyon variantının üzərində dayanır. “Transfermarkt” isə öz növbəsində 52,5 milyon avrodan yazır.

Nə olur-olsun, sövdələşmənin həcmi aydındı və indi Onananın “İnter”dən MY-yə keçidi dünyada qolkiperlərin transferi baxımından dördüncüdü. Kamerunlu Canluici Buffona azacıq uduzur, ancaq əfsanəvi italiyalı “Parma”dan “Yuventus”a 2001-ci ildə keçib, onda hələ avro dövriyyəyə buraxılmamışdı, yəni onun transferinin qiymətləndirilməsində müəyyən şərtilik var.

Onana keçidin ardından ənənəyə uyğun olaraq, yeni klubunun ünvanına xeyli kompliment işlətdi:

“Mançester Yunayted”ə qoşulmaq qeyri-adi şərəfdi, buna nail olmaq üçün həyatım boyunca inadla çalışmışam, bir çox maneəni aşmışam. Qapını qorumaq üçün “Old Trafford”un meydanına çıxmaq və komandanın qələbəsinə töhfə vermək möhtəşəm təcrübə olacaq. Mənim üçün bu yeni yolun başlanğıcıdı. MY-nin qeyri-adi qapıçılarla bağlı tarixçəsi var. Mən də yaxın illərdə öz irsimi yaratmaq üçün mümkün olan hər şeyi edəcəm”.


Kamerunlu sosial şəbəkədə “İnter” azarkeşlərinə də vida məktubu yazıb:
“Bunun belə çətin olacağını düşünmürdüm. Bir il əvvəl “neradzurri” oldum. Çoxları deyirdilər ki, bu klub və şəhər xüsusidi. İndi bunu təsdiqləyə bilərəm. “İnter”dəki ilk günlərimdə anladım ki, bu ailədi. “İnterista” olmaq həyat tərzidi. “San-Siro”ya, “Kurvu Nord”a və şəhərə vuruldum. Şərait elə alınıb ki, “Mançester Yunayted”də yeni yola başlamalıyam. Entuziazmla doluyam, ancaq darıxacağımı da anlayıram. Bütün azarkeşlərə əbədi minnətdaram. Bu klubu böyük edən sizsiz. Bəlkə də bir dəfə yollarımız kəsişəcək, ancaq indi yeni çağırışların vaxtıdı”.


Beləliklə, Onana “İnter”dən niyə getdi?
Qolkiper vida məktubunda bu suala müəyyən mənada cavab verib. İlk növbədə şəraitin belə alındığını vurğulayıb. Onananı “İnter”dən zorla qoparmayıblar, sadəcə, klub ofisinə belə təklif daxil olanda dayanmaq çətindi. Unutmaq lazım deyil ki, “İnter” maliyyə çətinlikləri yaşayır. Bu çətinliklər bir neçə il əvvəl başlayıb. Klubun sahibi olan Çinin “Suning” şirkəti pandemiya və sərt lokdaunun, eləcə də yanlış idarəçilik qərarlarının əziyyətini çəkir. Üstəlik Çin Kommunist Partiyası belə hesab etdi ki, nəhəng biznes futbol menecmentinə hədsiz qaynayıb-qarışıb, bu üzdən belə xərcləri yoxlamaq lazımdı. İş o yerə gəlib çatdı ki, yerli liqada çıxış edən, zamanında braziliyalılar Ramireslə Aleks Teyşeyranın formasını geydiyi, Fabio Kapellonun ildə 10 milyon avroluq müqavilə ilə çalışdırdığı “Szyansu Sunin” klubu mövcudluğunu dayandırdı.

2021/22 mövsümü üçün olan maliyyə hesabatına görə, “İnter”in itkiləri 140 milyon avro təşkil edib, bir il əvvəl isə bu rəqəm 245 milyon idi. Prezident Stiven Çjan məhkəmələrdə kreditorlarla inadla çarpışır. Bu üzdən indiki vəziyyətdə Onanaya görə 50 milyon avro qazanmaq klub üçün əla sövdələşmədi.
Qapıçı özü isə Çempionlar Liqasında çıxış edən böyük kluba keçir, yaşı maaş alacaq (“İnter”də 3,8 milyon qazanırdısa, İngiltərədə ilə 7 milyon avro alacağı deyilir). Onun potensialını “Ayaks”da açan, indi isə MY-də görmək istəyən baş məşqçi amilini, Erik ten Haqı da unutmayaq. Təsadüfi deyil ki, Onana hörmətlə “usta” adlandırdığı mütəxəssislə yenidən birgə çalışmaq imkanını da xüsusi vurğulayır.

Onana MY-nin nəyinə lazımdı?

Qısaca ifadə etsək, kamerunlu ötürmə ilə oyun baxımından dünyanın ən yaxşı qapıçılarından biridi, top ayağında olanda özünü hədsiz inamlı hiss edir. Üstəlik Onana Ten Haqın tələblərindən yaxşı xəbərdardı və bunlara tam uyğun gəlir.

Yeri gəlmişkən, zərbələri qaytarmağı da bacarır. Onananın əla reaksiyası var, “9-luğ”a vurulan toplara uçmaq baxımından David De Xeadan zəif deyil. Çempionlar Liqasının son mövsümündə “Barselona” ilə ev (1:0) və ya “Portu” ilə səfər oyununa (2:0) baxmaq kifayətdi. Məhz Onananın qapısını qoruduğu “İnter” ÇL-də finala qədər irəlilədi. İndi isə qapıçı keyfiyyətlərini MY-yə uyğunlaşdırmağa və Ten Haqın rəğbətini yenidən qazanmağa məcburdu. Yəqin ki, bu məqamda onu Edersonla müqayisə etmək yerinə düşər. Braziliyalı dünyada top qaytarmaq baxımından heç də ən güclülərdən deyil, bununla belə, yetərincə etibarlıdı və ən əsası, Xosep Qvardiolanın sisteminə ideal şəkildə uyğun gəlir.

De Xea ilə yetərincə qalmaqallı ayrılıq olmasaydı, MY Onananı transfer edərdimi? Bir qədər sonra brataniyalı jurnalistlər bu sövdələşmə ilə bağlı bütün insaydları açıqlayacaq, ancaq bunlarsız da yuxarıdakl suala “bəli” cavabını vermək olar. Ten Haqa bir qədər köhnədəbli ispanın əvəzinə məhz belə qapıçı tipi lazım idi. De Xeanın gedişi, sadəcə, prosesi bir qədər sürətləndirməyə, hadisələri qabaqlamağa məcbur etdi. Yeni qapıçı nəhəng kluba məhz indi, ABŞ-a mövsümöncəsi turneyə yollanmaq ərəfəsində lazım idi.

Futbol tarixinin ən baha qapıçı transferləri
qapıçı hardan hara il məbləğ*
1. Kepa Arrisabalaqa Atletik Çelsi 2018 80
2. Alisson Roma Liverpul 2018 62,5
3. Canluici Buffon Parma Yuventus 2001 52,88
4. Andre Onana İnter Mançester Yunayted 2023 52,5
5. Ederson Benfika Mançester Siti 2017 40
* milyon avro ilə göstərilib, “transfermarkt”ın rəqəmi əsasında.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-07-2023, 21:0

De Xeanın yerini o tutacaq

Dünya futbolu

2-01-2023, 12:0

2022-ci ildə qiyməti azalan futbolçular

Dünya futbolu

19-07-2023, 16:0

MY De Xeanı onunla əvəzləyəcək

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Dünya futbolu

3-04-2023, 15:0

Simeone dünyada liderdi

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 212
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 198
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə