Bu gün avrokuboklarda debüt edəcək "Sabah"ın düşərgəsində əhval-ruhiyyə yerindədi.
“Football-plus.az” xəbər verir ki, komandanın baş məşqçisi Murad Musayev oyunla bağlı bunları deyib:
"Komanda olaraq yaxşı hazırlıq keçdik. Bütün futbolçular oyunu gözləyir. Hazırda Latviyada çempionat davam edir. Bu məqam rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdu. Hər şey özümüzdən asılıdı. Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".